Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millimizin futbolçusu porno videonu yaydı - həbsi gözlənilir

Millimizin daha bir futbolçusunun porno videoya görə başı dərdədir...

Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovun başı dərddədir.

“Yeni Sabah” xəbər verir ki, İspaniyanın "Albasete" klubunun üzvü 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.

"Portal Cadista"yanın məlumatına görə, Eddi 2015-ci ilin iyulunda "Eybar"da çıxış edərkən komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda suçlanır. S. Enriç və A. Luna ilə intim əlaqədə olan qadın bunu videoya çəkməməyi xahiş etsə də, onu aldadıblar. Onlar həmin görüntüləri lentə alıb və sonradan digər şəxslərə də göndəriblər. Həmin iki futbolçu ilə yanaşı, 27 yaşlı yarımmüdafiəçimiz də həmin görüntüləri yayıb.

Artıq araşdırmalar yekunlaşdığı üçün 1 saylı Eybar Məhkəməsi işin şifahi məhkəmə baxışına verilməsi barədə qərar çıxarıb. İttiham olunan şəxslərin vəkillərinə işlə tanışlıq üçün 10 gün vaxt verilib. Bildirilir ki, prokuror Enriç və Lunaya 5 il, İsrafilova isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. Lakin xüsusi ittihamçı İsrafilov üçün 3 il iş tələb edib.

Qeyd edək ki, Eddinin atası Dominqo Paskual Anqolanın paytaxtı Luandada anadan olub. Anası İradə İsrafilova isə Bakıda anadan olub. Qaydalara əsasən, o hər iki ölkənin milli komandasında, həmçinin İspaniya millisinin heyətində çıxış edə bilərdi. 2013-cü ildə Eddi Qətər millisi ilə yoldaşlıq oyunu üçün Azərbaycan milli komandasının heyətinə çağırıldı. Lakin, o, klub öhdəliklərini əsas gətirərək təklifdən imtina etdi. 2015-ci ilin yanvarında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Eddinin milli komandanın heyətində çıxış etməyə razı olduğunu bildirdi.

pia.az


Etiket: futbolçu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar