Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qazaxıstan Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir"

Azərbaycanla Qazaxıstan bütün sahələrdə əməkdaşlıq əlaqələrini müvəffəqiyyətlə inkişaf etdirir...

Bu barədə Qazaxıstanın Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbulda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib.

“Ticarət əlaqələrimiz getdikcə artır. 2018-ci ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi 221 milyon dollar, cari ilin 10 ayı ərzində isə 191 milyon dollar təşkil edib. Əsas əməkdaşlıq sahələri olan nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı kimi sahələrdə böyük inkişaf potensialı var. Ölkələrimizin ərazisindən Şərq-Qərb nəqliyyat-logistika dəhlizi keçir, Xəzər üzərindən yük daşımaları uğurla həyata keçirilir. Həmçinin bu ilin noyabr ayından Azərbaycanla Qazaxıstan Xəzərin dibi ilə keçəcək fiber optik magistralının tikintisinə başlayıb”, – deyən nazir iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığını xatırladıb: “Qazaxıstan Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini, ərazi bütövlüyünü dəstəkləyir”.

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdukərimov da iki ölkəni əsrlərə uzanıb gedən birgə tarix, dil, mədəniyyət tellərinin birləşdirdiyini qeyd edib: “Ölkələrimiz arasında qarşılıqlı etimad və dəstək əlaqələri var. İqtisadiyyat, siyasət sahələrindəki iki və çox tərəfli münasibətlər sürətlə inkişaf edir. Qazaxıstan daim Azərbaycan üçün etibarlı tərəfdaş olaraq qalacaq”.(Report)

pia.az


Etiket: Ramin Quluzadə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Ən çox oxunanalar