Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ uyğur məsələsilə bağlı qərar qəbul etdi

Çin ABŞ Konqresinin Nümayəndələr Palatasında Çinin Sincan Uyğur Muxtar Rayonu ilə bağlı aktın qəbul olunmasına hiddətini və sərt etirazını bildirib...

ABŞ Çinin insan hüquqları vəziyyətini, rəsmi Pekinin terrorizmi aradan qaldırmaq səylərini və ekstremizmə qarşı mübarizəsini ləkələdiyi vurğulayıb.

Çin ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi sənədi Çinin Sincan Uyğur Muxtar Rayonu ilə bağlı dövlət siyasətinə “qərəzli hücum” kimi qiymətləndirərək bu addımın təkcə beynəlxalq hüququn və beynəlxalq münasibətləri tənzimləyən əsas normaların pozulması deyil, həm də Çinin daxili işlərinə müdaxilə cəhdi olduğunu bəyan edib.

Çin tərəfi həmin aktın qanun kimi qüvvəyə minməsini dayandırmağı tələb edib, lazım olarsa, cavab addımları atılacağını bildirib.

Qeyd edək ki, dekabrın 3-də ABŞ Konqresi Nümayəndələr Palatası "Uyğur müdaxiləsi və qlobal humanitar vəhdət cavabı aktı - 2019" adlı sənəd qəbul edib. Sentyabrın 11-də isə ABŞ Senatı 2019-cu il üzrə "Uyğur insan hüquqları siyasəti aktı" adlı sənədi təsdiqləmişdi.

Ötən ay isə Senat oxşar mövzuda qanun qəbul edib. Nümayəndələr Palatası çinli məmurlara sanksiyalarla yanaşı ABŞ-da istehsal olunan izləmə cihazlarının qadağan edilməsi istənilir. Qanuna əsasən Ağ Ev 120 gün ərzində uyğurlara qarşı insan haqlarını pozan məmurların siyahısını hazırlamalıdır.

Bundan bir qədər əvvəl isə ABŞ Honq Konq İnsan Haqları və Demokratiya Qanunu qəbul edib. Bu isə rəsmi Pekinin sərt etirazına səbəb olub və ABŞ hərbi gəmilərinin Honq Konq limaına yaxınlaşmasını qadağan edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar