Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezident yeni bir hakimiyyət formalaşdırır” – Zahid Oruc Milli Məclisin buraxılmasından danışdı...

V çağırış Milli Məclisin 4 illik fəaliyyəti xalqın maraqlarına xidmət elədi, yoxsa əksinə?..

Millət vəkili: “Dövlət və milli həyat ötən 4 ildə xüsusi olaraq çox ciddi bir şəkildə dəyişikliyə uğrayıb”.

2018-ci ildə prezident seçkilərində millətin iradəsini ifadə edən bir nəticədən sonra Prezident daha genişmiqyaslı tədbirləri həyata keçirməyə başladı. Bu özünün xarakterinə, miqyasın, struktur dərinliyinə görə əvvəlki illərdə aparılan siyasətdən xeyli dərəcədə fərqlənməkdə idi. Buna görə də biz bu ilin əvvəllərindən start götürən prosesi əvvəlcə yeni kurs və yaxud da yeni elitanın formalaşması kimi dəyərləndirmişdik”.

Bu sözləri millət vəkili Zahid Oruc V çağırış Milli Məclisin 4 illik fəaliyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər veridyimiz kimi bir neçə gün əvvəl YAP-ın Siyasi Şurasının təcili iclası keçirildi. Bu iclasda Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edildi.

Dünən isə Milli MəclisAzərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxundu.

Qərar layihəsini Milli Məclisin sədr müavini Bahar Muradova deputatlara təqdim etdi. Qərar layihəsində ölkə başçısının həyata keçirdiyi siaysət, mərkəzi icra strukturlaırna həyata keçirilən islahatlar və islahatların daha da sürətləndirilməsi, Milli Məclisin effektivliyinin təmin edilməsinə, hərtərəfli islahatların həyata keçirilməsi, eyni zamanda qanunverici orqanın da bu islahatlardan qalamaması məqsədi ilə parlamentin buraxılaraq, növbədənkənar seçkilərin keçirilməsi öz əksini tapıb.

Qeyd edək ki, 99 nəfər lehinə olmaqla qərar layihəsi qəbul olundu.

Bu gün sonuncu islasını keçirdən V çağırış Milli Məclisin 4 illik fəaliyyətini necə dəyərləndirmək olar? Ümumiyyətlə bu heyətdə Milli Məclis xalqın maraqlarına xidmət edən qərarlarla yaddaşda qala biləcəkmi, yoxsa əksinə?

Mövzunu PİA.az-ın əməkdaşı Millət vəkili Zahid Orucla müzakirə edib.

Zahid Oruc: “Aparılan islahatlar məhkəmə orqanlarını daha geniş bir şəkildə əhatə edəcək”.

Ölkədəki hadislərin ümumi miqyası və istiqaməti nə qədər qəbul olunandırsa da, bir yandan bunun hüquq müstəvisində cəryan etməsinin də son dərəcə vacib olduğunu vurğulayan millət vəkili PİA.az-a açıqlamasında bildirib ki, ictimai müzakirələr bunu tələb edir və bu məqamı qətiyyən əldən verməyək olmaz:

“Parlamentin 4 illik fəaliyyətinə bir sözlə qiymət vermək çox çətindir. Çünki buna qədərki dövrdə aktiv həmkarlarımızın ictimai mənafeyi ifadə edən, milli maraqlara dayanan, həmçinin dövlət quruculuğu prosesinin tələb etdiyi ən müxtəlif siyasi, iqtisadi məsələlərdə mövqelərinin şahidi olmuşuq. Bu ardıcıl və intensiv işi özündə ehtiva edib. Həmçinin xarici əlaqələrin formalaşması baxımından Milli Məclisin rolu danılmazdır.

Eyni zamanda biz açıq qeyd etməliyik ki, dövlət və milli həyat ötən 4 ildə xüsusi olaraq çox ciddi bir şəkildə dəyişikliyə uğrayıb. 2015-ci ildə hökumət həyatında baş verən dəyişiklikləri ayrıca vurğulamaq lazımdır. Yəni dövlət başçısı Azərbaycanın daxili həyatında iqtisadi quruculuğu müəyyən səviyyəyə gətirib çatdırandan sonra və vətəndaşların sosial rifahını qaldırmaq üçün transmilli layihələrin, neft gəlirlərinin faydasını bu sahələrə qoyduqdan sonra hökumətin imicini, məmurların obrızını, onların fəaliyyətinin ictimai qiymətləndirilməsini dərindən apararaq çox sərt tədbirlər həyata keçirmiş oldu. Bu Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilməsi və onun yenidən formalaşdırılması, vergi strukturunda aparılan dəyişikliklər və s. oldu.

Ümumən bu proseslərin davamı olaraq 2018-ci ildə prezident seçkilərində millətin iradəsini ifadə edən bir nəticədən sonra Prezident daha genişmiqyaslı tədbirləri həyata keçirməyə başladı. Bu özünün xarakterinə, miqyasın, struktur dərinliyinə görə əvvəlki illərdə aparılan siyasətdən xeyli dərəcədə fərqlənməkdə idi. Buna görə də biz bu ilin əvvəllərindən start götürən prosesi əvvəlcə yeni kurs və yaxud da yeni elitanın formalaşması kimi dəyərləndirmişdik.

Zahid Oruc: “2018-ci ildə prezident seçkilərində millətin iradəsini ifadə edən bir nəticədən sonra Prezident daha genişmiqyaslı tədbirləri həyata keçirməyə başladı”.

Hesab edirəm ki, artıq bütün hakimiyyət qollarında aparılması istənilən və bu yöndə gözlə görünən dəyişikliklər, yeni təfəkkür tərzi, vətəndaşa xidmətin fərqli nümunələri, özünün kabinetinin cəmiyyətin üzərinə açılması, hər bir təyinatların birbaşa cəmiyyətin gözü qarşısında baş verməsi idarəetmənin fərqli bir formata daxil olduğunun sübutudur. Bu həm də mənim aləmimdə o deməkdir ki, Prezident yeni bir hakimiyyət formalaşdırır.

Parlamentin də həmin qeyd etdiyimiz hərəkata, dəsti-xəttə, üsluba adekvat addımlar atmasından danışarkən görürük ki, heç də hər bir deputat bu tələblərə uyğun fəaliyyət aparmaq imkanında deyil. Belə olan halda da hesab edirəm ki, hakim partiya çox düzgün və cəsarətli təşəbbüsdə bulundu. Şübhəsiz ki, bu birinci şəxsin iradəsinə dayanaraq baş verən istəklər idi. Bundan sonra bu Parlamentdə müzakirəyə çıxarıldı. Artıq faktiki olaraq hamının başa düşdü, hətta 45 nəfər şəxsin belə bir iddiada olması yetərlidir ki, məclisin fəliyyəti qeyri-mümkün olsun.

Ölkədəki hadislərin ümumi miqyası və istiqaməti nə qədər qəbul olunandırsa da, bir yandan bunun hüquq müstəvisində cəryan etməsi də son dərəcə vacibdir. Çünki ictimai müzakirələr bunu tələb edir ki, biz bu məqamı qətiyyən əldən verməyək.

Göründüyü kimi dünyanın bütün ölkələrində növbədənkənarlılıq həyatın əsas bir hissəsinə çevrilib. Məsələn İspaniyada son 4 ildə 4 dəfə yeni seçkilər keçirilməli oldu. O cümlədən İsraildə vaxtından əvvəl keçirilən seçkilərin şahidinə çevrilmişik. Hətta qonşu Gürcüstanda Şarkaşvilinin inqilabi dəyişikllikləri fonunda xeyri dərəcədə Sovet keçmişinin mirasını ortadan qaldırmış və demokratik bərqərar əldə etmiş bir ölkədə bu gün küçələrdə, meydanların keçirilən etirazların şahidiyik.

Zahid Oruc: “İstiqlaliyyət küçəsi 19, 1 nömrəli kabinetdən verilən qərarlar bu gün ölkəmizi bütünlüklə dəyişməkdir”.

Lakin bizim nümunəmizdə bu vətəndaş qarşıdurması fonunda yox, məhz prezident İlham Əliyevin iradəsi fonunda baş verdi. Artıq insanlarımız gündəlik gözləməyə, bu dəyişikliklərin sürəti ilə ayaqlaşmağa, həmçinin də onu müdafiə etməyə qadir olduqlarını sübuta yetirirlər. Mən obrazlı olaraq bunu belə söyləyirəm: “İstiqlaliyyət küçəsi 19, 1 nömrəli kabinetdən verilən qərarlar bu gün ölkəmizi bütünlüklə dəyişməkdədir”.

Onu da qeyd edim ki, aparılan islahatlar məhkəmə orqanlarını daha geniş bir şəkildə əhatə edəcək. Buna görə də hər bir Parlament üzvü başa düşməlidir ki, bu gün xidmət illərindən asılı olmayaraq bir addım kənara addım atmalıdır. Təki dövlətin bu kursu qalib gəlsin defsini öndə tutsun. Hesab edirəm ki, Heydər Əliyevçilər də bu dönəmdə özlərinin mövqeyini daha sadiq, daha ardıcıl olduğunu göstərmiş olacaqlar.

Mən əmiməm ki, yüz minlərlə insan bu dönəmdə də öz əqidələrinə, mövqelərinə sadiq qaldıqlarını göstərəcəklər. Kimsə yalnız mandat daşıyıcısı kimi qaldığında bu kurs gözəldir və islahatlar əladır kimi yanaşmanı tətbiq etməsin. Düşünürəm ki, yenilənmə kursunun mötəbərliyini qoruyub-saxlamaq lazımdır.

Əminəm ki, 2020-ci ildə yenidən formalaşacaq Parlament bir tərəfdən xalqın inam və etibarını bu qurumlara daha da geniş bir şəkildə qaytaracaq, bir yandan da bu dövləti böyük işləri həyata keçirməyə imkan verəcək”.

Nərminə UMUDLU
pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar