Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AVRO-2020: Türkiyə millisinə Bakıdan hər oyunda 50 min nəfərlik dəstək

UEFA AVRO-2020-nin ümumi bilet satışına dekabrın 4-dən başlayacaq...

"Report"un məlumatına görə, biletlərin hamısı Avropa futbol qurumu tərəfindən satılacaq. İyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə yığmaları arasında keçiriləcək açılış oyununu canlı izləmək istəyənlər ən azı 50 avro ödəyəcək. Türkiyə millisinin azarkeşlərinə 24 min bilet veriləcək. Lakin İtaliya vətəndaşı olan və Avropa ölkələrində yaşayan çoxlu sayda türkün də "ay-ulduzlular"a dəstək verəcəyi gözlənilir.

Digər matçların biletlərinə gəlincə, UEFA milli gəlir səviyyəsini nəzərə alaraq, Bakı və Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək qarşılaşmalara girişi 30 avrodan edib. Qalan şəhərlərdəki oyunlara baxmaq üçün isə minimum 50 avro ödəmək lazım gələcək. Ən bahalı bilet isə 945 avroya olacaq.

UEFA Bakıdakı qarşılaşmalar üçün Türkiyə millisinə və rəqiblərinə hər oyun üçün 20 min bilet verəcək. 30 min bilet isə ev sahibi olan Azərbaycana veriləcək. Bu isə "ay-ulduzlular"ı 70 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda hər oyunda 50 min azarkeşin izləyəcəyi anlamına gəlir. Xarici fanatlara Heydər Əliyev Beynəlxalq Aeroportunda 1 aylıq viza veriləcək.

Qeyd edək ki, Türkiyə millisi Bakıda A qrupunun 2 oyununu keçirəcək. İyunun 17-də rəqib Uels, iyunun 21-də isə İsveçrə olacaq. Bakı Olimpiya Stadionundakı ilk qarşılaşma isə iyunun 13-də Uels və İsveçrə milliləri arasında təşkil ediləcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar