Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan hakimiyyətində nəsil dəyişməsi.. - Zəruri təlabata adekvatlılıq 

Prezident yaxşı bilir və bütün mesajlarında yeni təyin etdiyi kadrlara bunu çatdırır ki, yeni yanaşma olmadan islahatları sona çatdırmaq mümkün deyil...

Azər Qaramanlı yazır...

Azərbaycanda iki ilə yaxındır ki, hakimiyyətin nəsil dəyişməsi prossesi gedir. Ölkə prezidentinin çox problemli olan bu prossesi səbrlə son nöqtəyə qədər aparmaq üçün bütün iradəsini ortaya qoyduğu da görünməkdədir və prezident bu iradəsini son zamanlar hər fürsətdə bir şeylərin altından xətt çəkərək ortaya qoyur.

Son iki ayda və xüsusən yaşadığımız bu həftədə Azərbaycan hakimiyyət strukturlarında fövqəladə hal kimi qəbul ediləcək ən radikal dəyişikliklər olub. Söhbət təbii ki, Milli Məclisin buraxılması və prezidentin fərmanı ilə yenidən formalaşdırılan Prezident Adminstrasiyasından gedir. Bundan əvvəl isə Nazirlər Kabinetində aparılan dəyişikliklər oldu və bu dəyişikliklər prezidentin yeni idarəetmə strukturlarının yaradılmasında ciddi axtarış içində olduğunu, striktur islahatlarının dərinləşməsində və bütövlükdə dövlət maşınının çevik və yeni dövrün tələblərinə cavab verən bir struktira çevrilməsi üçün durmadan çalışıdığını göstərir.

Nazirlər Kabinetinin başçısının dəyişdirilməsi, Kabinetdə və nazirliklərdə aparılna struktur islahatları da onu deməyə əsas verir ki, bütün bu islahatlar sonucda Azərbaycanda yeni keyfiyyətə və yeni dəyərlərə sahib olan bir hakimiyətin formalaşmasını hədəfləyir. Prezidentin yeni təyin etdiyi kadrlarla apardığı söhbətlərdən də hiss olunur ki, İlham Əliyev yeni yanaşma tələb edir və bu yeni yanaşmanın ölkənin bütün sahələrini əhatə etməsini istəyir.

Yaşadığımız bü həftənin içində isə İlham Əliyev iki ildən çox başlatdığı islahatları son nöqtəyə götürmək üçün doğrudan inqilabi addaımlar atdı. Əslinə baxılırsa Ramiz Mehdiyevin vəzifədən alınması prezidentin tamamilə yeni bir səhifə açması kimi dəyərləndirilməlidir. Hər nə qədər Ramiz Mehdiyev təcrübəli dövlət xadimi olsa da problemlərə yeni dövrün tələblərinə uyğun şəkildə yanaşmadığı, daha çox sovet təcrübəsi ilə yanaşdığı ortada idi. Onun yeni nəsil hakimiyyətlə ayaqlaşmayacağı da əvvəldən bəlli idi və bir ay əvvəl İlham Əliyev Ramiz Mehduyevi fəxri istefaya yolladığı zaman aydın idi ki, Azərbaycanda tamamilə yeni bir dönəmin qapısı açılır.

Ramiz Mehdiyevin ardınca Əli Həsənovun da siyasi araendan götürülməsi bir daha onu göstərdi ki, prezident yeni dövlət təfəkkürünün formalaşmasını zərurətini hər kəsdən yaxşı bilməkdə və görməkdədir. Eyni zamanda prezident yeni dövlət təfəkkürünün önclüllərinin gənclər olmasını dəstəkləyir və bunu istəyir.

Elə bu konteksdən də Milli Məclisin buraxılmasına və Prezident Adminstrasiyasının yenidən formalaşdırılmasına yanaşılmalıdır. Hər kəsə məlumdur ki, yenidən formalaşan dünya düzənində qocalar evinə çevrilən istər Nazirlər Kabineti, istərsə parlament və istərsə də Adminstrasiya Azərbaycan dövlətinin milli maraqları baxımından tələblərə cavab vermirdi və bu iki qurumların təmsil etdiyi fikir və ideoloji dəyərlər əslində qətiyyən yeni dövrün tələbləri iləayaqlaşmırdı.

Hazırda Nazirlər Kaminetində nəsil dəyişimi demək olar ki, başa çatıb. Milli Məclisin artıq getməkdə olan bu qatardan kənarda qalması islahatların ikinci hakimiyyətdən yayınması ciddi strateji səhv olardı və görüüyümüz kimi, ölkə rəhbərliyi bu zərurəti də vaxtında hiss elədi.

Əslində Milli Məclisin yenilənməsi, yeni düşüncə və yanaşmalara sahib olması strateji məsələdir. Bu məsələni bir il daha yubatmaq Azərbaycanda yeni dönəmi və islahatları ləngitmək, eyni zamanda islahatların mahiyyətindən kənarda davranmaq anlamına gələrdi. Parlamentin böyük bir hissəsinin siyasətdən və siyasi prosseslərdən kənar insanlardan olması da onu deməyə əsas verirdi ki, ikinci hakimiyət islahatların aparılması yolunda sadəcə artıq yükdür və bu yükdən xilas olmağın zamanı doğrudan gəlib çatmşdı.

Eyni sözləri ölkənin idarə olunmasında müstəsna rol oynayan Prezident Adminstrasiyası ilə bağlı da qismən demək mümkündür. PA-da uzun illər boyu formalaşan idarəetmə sistemi çox ağır tərpənən və hadisələrə adekvat reaksiylar verə bilməyən, sosial məsələlərlə bağlı ortaya çıxan problemlərdə ədalətli qərarların qəbul olunmasında bitərəfliyi qoruya bilməyən və adminstrativ gücünü faydasız yerə həddən artıq istifadə edən bir quruma çevrilmişdi və bu da hakimiyyətlə xalq arasında divar hörülməsi ilə nəticələnmişdi. Yalnız prezident İlham Əliyev bu divarı aşa bilirdi və təəssüflə qeyd etmək istərdik ki, çox vaxt prezidentlə xalq arasında təması belə ortadan qaldırmağa çalışanlar vardı. İndi bu baryer və divar sökülməlidir. PA-nın yeni nəsil nümayəndələri xalqla təmasada səmimi və ədalətli olmağı bacarmalıdırlar. Xalqdan gələn əsas təlabat budur və bu təlabat diqqətə alınmalıdr.

İndiki məqamda yeni seçkilərin xalqın iradəsini təmsil etməsi də çox aktual və islahatlar baxımından çox ciddi məsələdir. Yalnız yenilənmiş və xalqın iradəsinə tabe olan parlamentlə islahatları sürətlə irəli aparmaq və Azərbaycanı dinamik inkişaf edən bir ölkəyə çevirmək mümkündür. Bu zərurət siyasətin yenidən formalaşdırılmasını da tələb edir.

Digər bir aktual məsələ isə məhkəmə sistemində islahatların sürətləndirilməsidir. Prezident üçüncü hakimiyyətdə islahatları elan elan eləsə də açıq deməliyiki, bu sahədə hələ də islahatlar digər sahələrdəki kimi hiss olunmur. Xalqın narazılığını aradan əsas strukturlardan biri də məhz məhkəmə sistemidir və bu sistemdə aparılacaq islahatlar köklü xarakter daşımalıdır. Çünki hər bir xalqın öz dövlətinə inamı və sevgisi ədalət dəyərlərindən doğur. Ədalətsiz cəmiyyətdə xalq dövlətə inanmaz və özünü dövlətdən ayrı görər. Daha doğrusu dövləti onu əzən bir maşın olaraq görər. Ona görə də məhkəmə sistemində aparılan islahatlar bir başa ədalət prinsipləinin bərqərar olunmasına yönəldiləmlidir.

Bir daha qeyd edək ki, aparılan kadr və struktur islahatları hər şeyə, bütün anlam və dəyərlərə, bütün sahələrə, vətəndaşlara və predmetlərə qarşı yeni yanaşma tələb edur. Ölkə prezidentinin son aylarda atdığı addımlar da əminliklə onu deməyə əsas verir ki, İlham Əliyev yeni nəsil hakimiyyət nümayəndələrindən məhz yeni yanaşma tələb edir. Prezident yaxşı bilir və bütün mesajlarında yeni təyin etdiyi kadrlara bunu çatdırır ki, yeni yanaşma olmadan islahatları sona çatdırmaq mümkün deyil. Və bu da aksiomadır...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar