Bazar, 19 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Fransanın Avropa ordusu yaratmaq cəhdi: NATO-nun gələcəyi varmı?

Fransanın Avropa ordusunu yaratmaqda göstərdiyi qətiyyət zamanla Avropa Birliyinin və NATO-nun parçalanmasına yol aça bilərmi?

Politoloq: “Paris görür ki, Vaşinqton ancaq öz problemlərini önə çəkir, hətta müttəfiqlərinin maraqlarını qurban verməkdən belə çəkinmir. Hər şey özü-özünə ortadadır, dünya nizamında hərc-mərcliyi məhz ABŞ gücləndirir ki, özünün rolunu qabartsın”.

Avropa artıq anlayır ki, ABŞ əsarətindən qurtulmayınca müstəqil siyasət yeridə bilməyəcək”.

Bu sözləri politoloq Tofiq Abbasov Parisin NATO-dan kənarda Avropa ordusunun yaradılması məsələsində qərarlı görünməsini və bunun nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar Fransa ilə ABŞ arasında dramatik gərginlik hiss olunur və Paris NATO-dan kənarda Avropa ordusunun yaradılması məsələsində qərarlı görünür . Makronun qalmaqallı “NATO-nun beyni ölüb”, ifadəsindən sonra dünən Fransanın Hərbi naziri Florens Parli bildirib ki,Tramp Avropanı öz müdafisənin məsuliyyətini NATO-dan kənarda daşımağa məcbur edir. Həmçinin Parli vurğulayıb ki, ABŞ-ın NATO üzvlərinə zorla öz silahlarını satır.

Fransalı nazir ABŞ-ın AvropaNATO üçün xüsusi əhəmiyyət daşıdığını qeyd etməklə yanaşı bildirib ki, Avropanın təhlükəsizliyinin təmin edilməsində Rusiya ilə dialoqun aparılmasının alternativi yoxdur. Xanım nazir həmçinin Avropanın iqtisadi və siyasi qüdrətinə cavab verə biləcək hərbi mexanizminin olmamasına diqqət çəkib.

Qeyd edək ki, son zamanlar Fransanın sərgilədiyi mövqedən Almaniyanın da ciddi narazı qaldığı haqda məlumatlar yayılır. İddialara görə Makronla son görüşündə Almaniya kansleri narazılığını açıq mətnlə dilə gətirib. Merkelin Makrona “Mən sizin qırdığınız çay fincanlarını yığıb yapışdırmaqdan bezmişəm. Sizin yürüfdüyünüz siyasət Rusiyanı gücləndirir”, söylədiyi qeyd olunur. Merkelin Fransanın Avropa İttifaqının maraqlarına zidd siyasət yürütdüyünü daha əvvəllər də kulislərdə dilə gətirdiyi bildirilir.

Fransanın anti-ABŞ ritorikasını necə başa düşmək olar və Fransanın Avropa ordusunu yaratmaqda göstərdiyi qətiyyət zamanla Avropa Birliyinin və NATO-nun parçalanmasına yol aça bilərmi? Ümumiyyətlə Türkiyədən sonra NATO ölkələrinin Rusiyadan silah almaları qəbul oluna bilərmi və bu faktor NATO-nun gələcəyinə nə vəd edə bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Tofiq Abbasova müraciət edib.

Tofiq Abbasov: “Paris silah bazarında ABŞ-ın təzyiqləri ilə üzləşib və buz üzdən də çalışır ki, vəziyyəti köklü sürətdə öz xeyrinə dəyişsin”.

Avropanın ABŞ əsarətindən qurtulmayınca müstəqil siyasət yeridə bilməyəcəyini anladığını düşünən politoloq mövzu ilə bağlı PUA.az-a verdiyi açıqlamada bildirib ki, dünyada fövqəl qüvvələrin bir nömrəli problemi olan təhlükəsizlik məsələsində ciddi problemlər yaşandığı üçün Paris və digər regional güclər artıq təşəbbüsü öz əllərinə almaq qərarına gəldilər:

“Əslində NATO öz tarixi missiyasını bitirib. Bu hərbi ittifaq vaxti ilə Sovetlərin Şərqi Avropadan gələn təhlükəsinə qarşı yaradılmışdı və 90-ların əvvəlində Şimal Alyansının Avropanı təhlükədən qorumaq kimi hədəfi də qalmamışdı. Hətta həmin dönəmdə Qərb mütəxəssisləri NATO-nun lazımsız birlik olmasını gündəmə gətirdilər. Səbəb tək “Varşava müqaviləsi” blokunun buraxılmasında deyildi. Ümumiyyətlə dünyada yeni, daha etibarlı geosiyasi mühitin formalaşması təxmin edilirdi. Təsadüfdən siyasi elitalar “Berlin divarı”nın sökülməsini yeni dünyanın işartısı kimi qiymətləndirmədilər.

Lakin ABŞ öz hegemonluğunu doğrultmaq istiqamətində öz əlləri ilə yeni təhdidləri yaratmağa qərar verdi. İslam təhlükəsi də bu qəbildən idi və bütün dünyada islafobiyanın yayılması da NATO-nun hərbu ittifaq kimi qorunub saxlanılmasına xidmət edirdi.

NATO-nun qorunub saxlanılması ABŞ üçün həyati əhəmiyyət daşıyırdı və bu üzdən də hazırda bütün dünya problemliərə qərq olub. Yeni yaranan dünyada maraqlar dıəyişir, lakin Vaşinqtonda bu reallığı görmək istəmirlər. Ağ Ev birmənalı şəkildə dünyanı yönəldən tək mərkəz olaraq qalmaq istəyir.

Tofiq Abbasov: “Tramp iqtisadi zəmində müttəfiqləri sıxışdırır ki, özünə əlverişli atmosfer formalaşdırsın”.

Hazırda beynəlxalq gərginlik alətlərinin idarə olunması birbaşa ABŞ və onun müttəfiqləri tərəfindən həyata keçirilir. Lakin Rusiya və Çin kimi ölkələrin maraqları önə çıxdığı kimi, Avropada da bəzi dövlətlərin ABŞ-dan fəqrli maraqları meydana çıxır.

Fransaya gəldikdə isə onu deyə bilərəm ki, Parixsin mövqeyi Avropada həlledici rol oynayır. Fransanın ABŞ-a qarşı müxalif mövqeyi isə yeni bir şey deyil və bu siyasət hələ Şarl de Qollun vaxtında formalaşıb. Ona görə də demək olar ki, Makron Fransanın ənənəvi siyasi kursunu davam etdirir.

Paris görür ki, Vaşinqton ancaq öz problemlərini önə çəkir, hətta müttəfiqlərinin maraqlarını qurban verməkdən belə çəkinmir. Hər şey özü-özünə ortadadır, dünya nizamında hərc-mərcliyi məhz ABŞ gücləndirir ki, özünün rolunu qabartsın. Ona görə də Makronun Avropanın təhlükəsizliyini NATO-dan kənarda axtarması da başa düşüləndir.

Tramp Avropadakı müttəfizlərini NATO-ya yetərincə pul ayırmamaqda ittiham edir və eyni zamanda müttəfiqlərin Amerika silahlarını almağa məcbur edir. Bu isə bazarda disbanals yaratmaqla yanaşı, ABŞ-ın müttəfiqlərinin maraqlarını qətiyyən nəzərə almadığını çılpaq bir şəkildə ortaya qoyur. Tramp həm də iqtisadi zəmində müttəfiqləri sıxışdırır ki, özünə əlverişli atmosfer formalaşdırsın. Hətta digər ölkələri sanksiyalarla təhdid edər və bazardakı rəqiblərinə ağır sanksiyalar tətbiq etməkdən çəkinmir. Bu isə hegemoniyadır.

Tofiq Abbasov: “ Avropa İttifaqı Vaşinqtonun əlaltısı olduğu kimi, bü gün bütün Avropada Vaşinqtonun fort-postu kimi çıxış edir”.

Ağ Ev çalışır ki, rəqiblərini iqtisadi cəhətdən çökdürsün və onları ABŞ-dan asılı vəziyyətə gətirsin. Bu faktor Trampın yürütdüyü siyasətin ana xəttini təşkil edir. Söhbət müttəfiqləri qismində çıxış edən rəqiblərdən gedir. Məsələn, İrana, Çinə qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərdən zərərə çəkən yalnız Fransa, Almaniya, Avstriya, hətta Britaniya şirkətləri oldular.

Buna görə də Avropa artıq anlayır ki, o, ABŞ əsarətindən qurtulmayınca müstəqil siyasət yeridə bilməyəcəklər. Avropa İttifaqı Vaşinqtonun əlaltısı olduğu kimi, bü gün bütün Avropada Vaşinqtonun fort-postu kimi çıxış edir. Buna görə də dünyada fövqəl qüvvələrin bir nömrəli problemi olan təhlükəsizlik məsələsində Paris və digərləri artıq təşəbbüsü öz əllərinə almaq qərarına gəliblər.

Onu da qeyd edim ki, Ankaranın S-400 sistemlərini almaq presedenti digər ölkələrə münasib örnək oldu. Yəni artıq NATO digər üzvləri də ABŞ silahından imtina edə biləcəkləri bir nümunə var ortada. Odur ki, Paris həm də silah bazarında ABŞ-ın təzyiqləri ilə üzləşdiyindən çalışır ki, vəziyyəti köklü sürətdə öz xeyrinə dəyişsin. Ona görə də Fransanın mövqeyi və yürütdüyü siyasət anlaşılandır”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay