Bazar, 19 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

ABŞ Fransa mallarına qarşı 2,4 milyard dollarlıq rüsum tətbiq edə bilər

Bu barədə ABŞ-ın ticarət nümayəndəsinin məruzəsində deyilir...

Fransanın ABŞ-ın rəqəmsal şirkətlərinə qarşı tətbiq etdiyi siyasətə cavab olaraq Birləşmiş Ştatlar təxminən 2,4 milyard dollar məbləğində fransız mallarına rüsum tətbiq edə bilər.

Fransada milli rəqəmli verginin tətbiqi həyata keçirilir. Fransa prezidenti Emmanuel Makron həmin verginin beynəlxalq miqyasda məsələnin həlli tapılanadək atılan müvəqqəti addım olduğunu dəfələrlə vurğulayıb. Buna baxmayaraq ABŞ prezidenti Donald Tramp Fransanı cavab vergilərin tətbiqi ilə hədələyib.

ABŞ ticarət nümayəndəsinin məruzəsinə əsasən Fransa rəqəmli vergi ilə Amerika şirkətlərinə qarşı ayrıseçkilik edir. Söhbət “Google”, “Apple”, “Facebook” və “Amazon” şirkətlərindən gedir.

Buna cavab olaraq ABŞ bir sıra Fransa mallarına əlavə rüsumlar tətbiq etməyi nəzərdən keçirir. Rüsumların ümumi dəyəri 2,4 milyard dollar təşkil edə bilər.

Avstriya, İtaliya və Türkiyəyə qarşı da anoloji araşdırmalar başlanılıb. (oxu.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Fransa ABŞ

Şərh yazın.


loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay