Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vilayət Eyvazov Türkiyənin Əmniyyət Genel Müdirini qəbul edib

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Əmniyyət Genel Müdiri Mehmet Aktaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib...

Daxili İşlər Nazirliyinindən PİA.az-a verilən məlumata görə, nazir Mehmet Aktaşı Emniyet Genel Müdiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, xidməti fəaliyyətində ona uğurlar arzulayıb.

İki qardaş ölkə arasındakı münasibətlərin dərin tarixi kökə malik olduğunu məmnunluqla xatırladan general-polkovnik V. Eyvazov müstəqilliyini əldə etdikdən sonra Azərbaycan-Türkiyə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, Heydər Əliyevin bu sahədəki misilsiz xidmətlərini, onun "Bir millət, iki dövlət" siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

Nazir dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin dünyada bir nümunə olduğunu Mehmet Aktaşın bu səfərinin də ölkələrimizin DİN-ləri arasında əməkdaşlığın daha da genişlənəcəyinə xidmət edəcəyinə əminliyini bildirib.

Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, təhlükəsizliyin də möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini, bu gün Azərbaycan polisinin, Daxili Qoşunların peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müsbət nəticələr qazanıldığını nəzərə çatdıran nazir V. Eyvazov bu sahədə Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Emniyet Genel Müdirliyinin və Jandarm Komandanlığının rolunu, xidmətlərini məmnunluqla xatırladıb, buna görə Mehmet Aktaşın şəxsində Türkiyə Daxili İşlər Nazirlyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib.

Daha sonra o, Daxili İşlər Nazirliyinin funksional vəzifələri və fəaliyyət istiqamətləri, mövcud kriminogen durum, həmçinin ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan dönməz ictimai-siyasi sabitliyin, əmin-amanlığın etbarlı şəkildə qorunması barədə məlumat verib.

Problemlərə toxunan Vilayət Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi və qeyri-qanuni miqrasiya ilə mübarizənin ölkəmizdə də diqqət mərkəzində saxlanıldığını, qlobal xarakter almış terrorçuluğun bütün forma və təzahürlərinin tərəfimizdən də kəskin şəkildə qınandığını, belə təhlükələrə qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Türkiyə Əmniyyət Genel Müdiri Mehmet Aktaş ölkəsinin Daxili İşlər naziri Süleyman Soylunun salamlarını general-polkovnik Vilayət Eyvazova çatdıraraq, qısa zaman kəsiyində Azərbaycanın qürur duyulacaq səviyyədə möhtəşəm inkişaf yolu keçməsindən, əlaqələrimizin günbəgün genişlənməsindən məmnunluğunu ifadə edib. O, deyib ki, dost və qardaş dövlətlərimiz dünyada və bölgədə sülhün və ədalətin bərqərar edilməsinə, əmin-amanlığa və ictimai təhlükəsizliyə ciddi təhdid olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış edir.

M. Aktaş iki ölkənin müvafiq orqanları arasındakı faydalı iş birliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Qəbulda Türkiyə səfiri Erkan Özoral da iştirak edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar