Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat arzusu ürəyində qalan sənətçilərimiz

Deputatlıq eşqinə düşən məşhurlarımız...

Xəbər verdiyimiz kimi, bir neçə gündür Xalq artisti Afaq Bəşirqızının Parlament seçkilərində iştirak etməsi üçün kampaniya başladılıb. Sosial şəbəkələrdə bu barədə paylaşımlar edilib, istifadəçilər A.Bəşirqızını Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın əvəzinə Milli Məclisdə görmək istədiklərini bildiriblər. Bu kampaniyaya qoşulanlar arasında məşhur simlara, sənətçilər də var.

Dünya təcrübəsi göstərir ki, incəsənət nümayəndələri nəinki öz peşələri ilə məşğul olur, hətta ölkənin ictimai-siyasi həyatında da iştirak edə bilirlər. Elə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri arasında da deputat seçilənlər, seçilmək istəyənlər az deyil. Seçilmişlər bəllidir, bəs görəsən deputat seçilmək istəsə də, arzusu ürəyində qalan sənətçilərimiz kimlərdir.

PİA.az “Yeni Sabah”-a istinadən parlament seçkilərində namizədliklərini irəli sürən və deputat olmaq arzusunu dilə gətirən azərbaycanlı sənətçiləri təqdim edir:

Bəstəkar-müğənni Elza Seyidcahan 2015-ci ildə parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Xanım ifaçı namizədliyini irəli sürsə də, seçilməyib. O, deputat olmaq istəyini dilə gətirməklə, mərhum müğənni İlhamə Quliyeva ilə qalmaqal da yaşamışdı.

Xalq artisti Flora Kərimova 2005-ci ildə parlament seçkilərində iştirak edib. 42 saylı Sumqayıt Seçki Dairəsində namizədliyini irəli sürən xanım ifaçı qalib də gəlib. Lakin həmin dairədə nəticələr ləğv olunduğuna görə, o deputat ola bilməyib. Onun sözlərinə görə, hətta yaşanmış problemlər məhkəmə yolu ilə öz həllini tapıb: “Haqqımı Avropa Məhkəməsi bərpa etdi. Bütün bu problemdən sonra artıq qətiyyətlə deyə bilərəm ki, deputat olmaq istəmirəm”.

Xalq artisti Akif İslamzadə 57 saylı Kürdəmir Seçki Dairəsində deputatlığa namizədliyini irəli sürüb. A.İslamzadə namizədliyini irəli sürsə də, seçilməyib.

Bəstəkar Cavanşir Quliyev də deputatlığa namizəd olanlar sırasındadır. O, vaxtilə 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyini irəli sürüb, seçilməyib

Namizədliyini irəli sürənlərlə yanaşı, bu arzuda olanlar da var:

Xalq artisti Bilal Əliyev xalqın seçimi ilə parlamentdə təmsil olunmaq istədiyini bildirmişdi: “Əgər xalqım istəyərsə, tələb edərsə ki, biz Bilal Əliyevin vəkilimiz olmasını istəyirik, onda mən xalqın qarşısına çıxaram. Haradan seçilsəm, o bölgəni cənnətə çevirərəm, dəyişikliyi hamı görər ki, deməli, belə işləmək lazım imiş”.

Şou-biznesdə "Elit-star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova da deputatlıq arzusunda olanlar sırasındadır. Bu haqda ifaçı özü açıqlamasında bildirib.

Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev də deputat olmaq arzusundadır. O, 2 gün öncə parlament seçkilərində iştirak etmək istədiyini dilə gətirib. Tolik eyni zamanda bununla bağlı izləyicilərinə sual da ünvanlayıb: “Sizcə seçkilərdə iştirak edimmi?”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar