Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afrika dövlətləri və korrupsiyaları...

Ən azından hər kəs başa düşməlidir ki, “sənin terrorçun, mənim terrorçum” anlayışı nə qədər mənasızdırsa, “sənin diktatorun, mənim diktatorum” fikri də o qədər mənasızdır...

Yusuf Kenan Küçük
“The Independent” qəzeti, 1 dekabr 2019-cu il

ABŞ-ın 44-cü prezidenti və ilk qaradərili prezidenti olan Barak Obama 28 iyul 2015-ci ildə Afrika Birliyində (Addis Ababa) afrikalə bir atanın oğlu olduğunu xatırladaraq nitqinə başlamış vəö qeyd etmişdi ki, Afrikanın demokratik maraqları yerindən əl çəkmək istəməy lider ucbatından risk altındadır.

Obama tez-tez Afrika liderlər üçün deyirdi ki, o qədər zənginliklə pensiyaya çıxıb həyatdan zövq almaq varkən, vəzifələrini başqalarına təhvil vermək istəməmələrini başa düşmür və düşünür ki, bu liderlərin “xalqı ancaq mən birlik içində saxlaya bilərəm” deməsi, əslində, liderin uğursuzluğundan xəbər verir.

Lakin Obama öz nitqində afrikalı liderlərin kreslo həvəsini vurğulasa da, bundan daha zərərli bir məsələni, yəni rəsmi olaraq “respublika”, “parlamentli demokratiya” olan bir çox Afrika ölkəsinin qeyri-rəsmi xanədanlıqlarla idarə edildiyini qeyd etməmişdi.

Əslində isə qitədəki liderlər təkcə kresloya yapışmaqla kifayətlənmir, həm də iqtidarın özlərindən sonra ailələrində qalması üçün lazım olan siyasi və iqtisadi zəmini hazırlayırlar.

Bu yazıda dövlətin özəlləşdirilməsi, yəni Səhra-altı Afrika ölkələrinin bir çoxunda dövlətin tək bir ailəyə və onun ittifaq münasibətlərinə xidmət etməsi təhlil olunacaq.

Qabon

Omar Bonqo 1935-ci ildə ölkənin şərqindəki Levai (indiki adı ilə “Bonqvil”) qəsəbəsində dünyaya gəlib.

1935-ci ildə Fransa Azad Masonlar Təşkilatı üzvü olan Bonqo Fransız ordusunda və kəşfiyyat təşkilatında çalışıb və 1960-cı ildəki azadlıqdan sonra Prezident köməkçisi kimi fəaliyyət göstərib. 4 il sonra baş tutan çevrilişdə girov götürülsə də, fransız paraşütçü qüvvələrinin keçirdiyi əməliyyatla xilas edildi və hökümət yenidən quruldu.

1967-cı ildə sələfi Leon Mba-nın ölümündən sonra prezident olub və 2009-cu ildə ölənə qədər 42 il bu vəzifədə qalıb.

1973-cü ildə atası Omar Bonqo kimi müsəlman olan Əli Bonqo 2009-cu ildən bu vaxtadək Qabonun lideridir. Ona görə də ölkə 52 ildir Bonqo ailəsi tərəfindən idarə edilir.

Bonqo ailəsinin “xanədanlıq” adlandırılmasının səbəbi təkcə ata və oğul Bonqonun deyil, eyni zamanda ailənin digər üzvlərinin də dövlətdə önəmli yerlər tutması ilə bağlıdır.

Məsələn, 2016-cı ildəki prezident seçkilərində rəqibi Jan Pinqin kürəkəni, Konstitusiya Məhkəməsinin rəhbəri Marie-Madelin Mborantsu isə ata Bonqodan iki uşağı olan sevgilisidir. Həmçinin, bacısı hələ də Prezident müşaviridir və qardaşı da Maliyyə naziridir.

Ekvador Qvineyası

Teodor Obianq Nguema Mbasoqo ölkənin 1968-ci ildə müstəqillik əldə etməsindən sonra ilk prezident olub və özünü əbədi prezident elan edən əmisi Fransisko Nguemanı hərbi çevrilişlə devirərək iqtidara gəlib.

1979-cu ildən bu yana 40 ildir prezident olan Obianq hazırda ən təcrübəli dünya liderləridir. Yəni ən uzun müddət iqtidarda qalan lider hesab olunur.

Digər tərəfdən, “kiçik Teodor” ləqəbli oğlu Teodor Nguemna Obianq 2012-ci ildən bu yana Prezidentin birinci köməkçisidir və milli təhlükəsizliyi təmin edir.

Konstitusiyaya görə, ata Obianq pensiyaya çıxdıqda birinci köməkçisi onun yerinə keçə bilər. Digər oğlu Qabriel Obianq isə Neft və Mədənlər üzrə nazirdir.

2014-cü ildə keçirilən “Türkiyə-Afrika Ortaqlığı İkinci Zirvəsi”nə ev sahibliyi etmiş olan neft zəngini Ekvador Qvineyası dünyada gəlir paylanmasının ən bərabərsiz olduğu ölkələrdən biridir.

Əhalinin təxminən yarısı təmiz su əldə edə bilmir. Doğulan hər 5 uşaqdan biri 5 yaşına gəlmədən həyatını itirir.

Digər tərəfdən, prezidentliyə namizəd olan Teodorin ölkənin bir illik neft gəlirlərinin təxminən 10%-ni, yəni 300 milyon dolları çox asanlıqla dəbdəbəli maşınlara və Maykl Ceksonun xatirə kolleksiyasına xərcləyir.

İctimai qaynaqları mənimsəməkdə ittiham edilərək Fransa məhkəməsinin verdiyi qərarla 3 illik həbs edilən bu şəxs barəsində yenə fransız məhkəməsinin verdiyi qərara əsasən mediada çıxıb ki, “ikinci əl” qiyməti yarım milyonla 8 milyon dollar arasında dəyişən bu dəbdəbəli maşınlardan 11-i İsveçrədə müsadirə olunub və keçən senytabrda hərracda satılıb.

Konqo Demokratik Respublikası (Konqo-Kinşasa)

1965-1997 illər arasında 32 il davam edən Mobutu iqtidarından sonra ölkənin şərqində “üsnyaçı lider” kimi tanınan Laurent Kabila qonşu ölkələr Ruanda, Uqanda və Anqolanın dəstəyilə, 1997-ci ildə paytaxt Kinşasanı ələ keçirərək Prezident olmuşdu.

Vətəndaş müharibəsində onu dəstəkləyən müttəfiqləri ilə münasibətləri pozulduqdan sonra 16 yanvar 2001-ci ildə cangüdəni tərəfindən sui-qəsdə qurban getdi.

Kabilanın ölümündən sonra oğlu Cozef Kabila Prezident elan edildi. Oğul Kabila karyerasına zabit kimi başlamasa da, atasının 4 illik iqtidarı ərzində general-mayor rütbəsinə qədər yüksəldilərək prezident varisliyi üçün hazırlanmışdı.

18 il ölkəni idarə edən Cozef Kabila iki dönəm qaydasına görə 2019-cu il seçkilərində namizəd ola bilmədi, lakin öz yerini səslərin 25%-ni aldığı deyilən Feliks Tşisekediyə verərək özü pərdə arxasından ölkəni idarə etməyə başladı. Bu baxımdan Tşisekediyə “Kabilanın Medvedevi” deyirlər.

Kenya

Kenyada hal-hazırda prezident olan Uhuru Kenyatta ölkə müstəqillik qazanandan sonra ilk prezident seçilmiş Jomo Kenyattanın oğludur.

Ata Kenyattanın əmlak, bankçılıq, sığorta, kənd təsərrüfatı və turizm sahələrinə qoyduğu “investisiyalar”a görə oğlu Kenyatta hazırda ölkənin ən zəngin insanıdır.

Özünün də media sektoruna qoyduğu investisiyalar həm siyasi, həm də iqtisadi gücünü daha da möhkəmləndirir.

Yuxarıda qeyd edilən dövlətin özəlləşdirilməsi problemi bir çox Afrika ölkəsində təzahür edir.

İstisnalardan başqa, bütün bu ölkələrin ortaq cəhəti odur ki, hər birində ilk nəsil on illərlə hakimiyyətdə qalıb, yerinə gələcək ikinci nəsli də ən güclü vəzifələrə gətirib və bu müddət ərzində ölkənin iqtisadi qaynaqlarını talayıb. Bundan əlavə görünür ki, ailə dövlətləri qlobal indekslərdə ən aşağı yerdə qərarlaşırlar. Problemli şəkildə də olsa, işləyən bir demokratiyası olan Botsvana isə idarəçiliklə bağlı məsələlərdə dünya miqyasında üst sıralardadır.

Xarici dəstək gücləndirir, qorxu isə geri çəkir

Özünü dövlətin sahibi kimi görmək anlayışı müstəmləkəçilik dönəmindən əvvəl Afrikadakı avtoritar rejimin ümumi xarakterindən qaynaqlanır.

“Patrimonial” (mirasçılıq) adlanan bu idarəçilikdə müasir mənasını hələ tam qazanmamış olsa da, dövlət liderin ətrafında formalaşır və onun şəxsi malı kimi qəbul edilir. İqtidar ənənəvi olaraq müəyyən edilmiş üsullarla idarə edilir, vəzifəli şəxslərin prezidentlə olan münasibətləri isə liderə olan sədaqət əsasında müəyyənləşdirilirdi.

Ən önəmli vəzifələrə sədaqətinə güvəndikləri insanları gətirirdilər və bunun üçün, əsasən, ailə üzvlərini seçirdilər.

Milli dövlətlər ortaya çıxana qədər dünyanın başqa bölgələrində də çox görülən bu avtoritar rejim Afrikada müstəmləkəçi qüvvələr tərəfindən yaradılan “dolaylı idarəçilik” çərçivəsində qorundu. Yəni cəmiyyətin ənənəvi liderləri vəzifələrində qalır, lakin onlar müstəmləkə idarəsinin tələblərini nəzərə almalı olurdular. Əks halda vəzifədən uzaqlaşdırılır və onalrın yerinə yeni liderlər gətirilirdi.

Bu baxımdan müstəmləkəçi rəhbərliklərin qanunlardan ibarət rasional dövlət idarəsi qurmaq kimi bir hədəfinin olmaması lider mərkəzli ənəni avtoritarlığın davam etməsinə yol açıb.

Digər tərəfdən, azadlıq mübarizəsinin müəyyən fərdlərin xarizmatik şəxsiyyətləri ətrafında formalaşması nəticəsində bu adamlar müstəqillik dövründən sonra əsas adam rejimlərinə çevrildilər.

Eyni dönəmdəki Soyuq Müharibə şərtlərində olan hər bir blok ittifaq münasibəti qurduğu Afrika ölkələrindəki anti-demokratik idarəçiliklərə və onların qanunsuzluqlarına göz yumdu. Üstəlik, onlara siyasi və iqtisadi dəstək verərək tək adamın dövlət və bürokratiyanı öz mənfəətlərinə görə formalaşdırmasına şərait yaradıb. Bu vəziyyətdə bəzi avtoritar Afrika rejimləri totalitarlığa meyil etməyə başladı.

Bütün bunlar baş verərkən edilən qanunsuzluqlar liderlərin özlərini, ailələrini və yaxın ətraflarını qorumaq cəhdlərini daha gücləndirdi. Bunun üçün də öldükdən sonra yerlərini ən çox güvəndikləri insanlara, yəni ailə üzvlərinə vermək üçün struktur yaratmağa başladılar.

Əks halda, Anqolada gördüyümüz kimi, iqtidar partiyası daxilindəki dəyişikliyin Portuqaliya-Anqola irqindən olan mütəşəkkil qrup daxilində baş verməsilə yanaşı, sabiq prezident Dos Santosun 40 ildə qurduğu ailə dövlətini bir anda məhv edəcəyi məlum oldu.

Halbuki Dos Santos rus əsilli həyat yoldaşından olan qızı İzabeli öz yerinə hazırlayırdı. Dos Santos bu mənada qızı İzabeli Afrikanın ən böyük ikinci neft istehsalçısı olan “Sonangol” şirkətinin rəhbəri, oğlu Joze Filomenonu isə ölkənin maliyyə fondunun rəhbəri təyin etmişdi.

Son günlərdə Dos Santosun özünü İspaniyada qızı Portuqaliyada könüllü olaraq sürgündədir, oğlu isə 1,5 milyardlıq qanunsuzluğa görə Anqolada məhkəməyə verilib.

Hər şeyin cəzasını xalq çəkir

Avtoritar/totalitar Afrika rejimləri idarə etdikləri dövləti ailə şirkətinə çevirərkən təhsil, sağlamlıq, struktur, məşğulluq və təhlükəsizlik kimi ictimai xidmətlər üçün xərclənməli olan büdcələr lider və ailəs tərəfindən Qərbin paytaxtlarında daşınmaz əmlaklara, ofşor şirkətlərə və dəbdəbəli əşyalara axıdılır. Rəhbər ailə və müttəfiqləri zənginləşərkən, xalqın böyük bir qismi get-gedə yoxsullaşır.

Həmçinin, cəzasızlıq ənənəsi qanunsuzluğun çoxalmasına və “gəmisini idarə edən kapitan” anlayışının yeridilməsinə səbəb olur. Buna görə də iqtisadiyyat pozulur, işsizlik artır və daxili təhlükəsizlik problemləri ortaya çıxır.

Yoxsul kəsim qeyri-qanuni şəkildə köç edərkən, əksəriyyəti orta sinif olan təhsilli və bacarıqlı gənclər də xaricə köçür. Ona görə də, davamlı olaraq ölkədən çıxarılan sərmayə və beyin köçü qanunsuzluğa və yoxsulluğa yol açır.

Nəticədə, 1643-dən 1715-ə qədər 72 il Fransanı idarə edən kral 14-cü Luis kimi “dövlət mənimdir” deyəcək qədər dövləti özününküləşdirən afrikalı liderlərin öz xalqlarına və dolaylı olaraq, qlobalı təhlükəsizliyə və sabitliyə zərər verməməsi üçün beynəlxalq cəmiyyət buna səssiz qalmamalıdır. Ən azından hər kəs başa düşməlidir ki, “sənin terrorçun, mənim terrorçum” anlayışı nə qədər mənasızdırsa, “sənin diktatorun, mənim diktatorum” fikri də o qədər mənasızdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar