Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Türkiyənin nüvə proqramına başlamaq qərarı verə bilər – İngiltərə nəşri

İngiltərədə dərc edilən “The Economist” jurnalı, Türkiyədə yerləşdirilmiş ABŞ-a məxsus nüvə silahlarının ABŞ və avropalı NATO müttəfiqlərinin narahatlığına səbəb olduğunu yazıb

Jurnalda qeyd edilir ki, gələn həftə Londonda keçiriləcək NATO sammitində bir çox dünya liderinin ağlında Türkiyədəki nüvə bombaları mövzusu olacaq.

ABŞ-ın NATO-nun nüvə proqramı çərçivəsində Avropanın beş ölkəsində ümumi 150 nüvə başlığı yerləşdirdiyini xatırladan “Economist” bunlardan çoxunun (təxminən 60-70 nüvə başlığı) Türkiyə və İtaliyada, qalanlarının isə Belçika, Almaniya və Hollandiyada yerləşdirildiyini yazıb.

Nüvə silahları ilə bağlı narahatlıqların ən çox Türkiyə ilə bağlı olduğunu yazan jurnal, bunun pərdəarxası məqamlarını aşağıdakı kimi izah edib:

* Amerikalı səlahiyyətliləri ən çox narahat edən məsələ Türkiyənin cənubunda, Suriya sərhədinə bir neçə saatlıq məsafədə olan İncirlik Hərbi Bazasında yerləşdirilmiş nüvə başlıqlarıdır.

* 1960-cı ilin dövlət çevrilişində və 1975-ci ildə iki ölkə arasındakı diplomatik qarşıdurmada amerikalılar bombaların geri alınmasını düşünürdülər.

Bombaların geri alınmasına gərək qalmadı

* 2016-cı ildə Türkiyə dövlətinə qarşı uğursuz çevriliş cəhdi zamanı üsyançıların F-16 döyüş təyyarələri həmin bombalarla təchiz edilərək İncirlik Hərbi Bazasından havaya qalxmışdı. Bazaya verilən elektrik enerjisi kəsildikdən və hərbi bazanın komandiri həbs edildikdən sonra çevriliş planına böyük zərbə vuruldu.

* Bu, Vaşinqtonda “silahlarının təhlükəsizliyi və Türkiyə ilə əlaqələrin gərginləşdiyi zaman bu silahların girov olması riski” mövzusunda həyəcan təbilinin çalınmasına yol açdı.



* Böyük səlahiyyətə sahib olan rəsmilər İncirlik bazasına göndərilsə də, bombaların geri alınmasına ehtiyac olmadığı qənaətinə gəlindi.

* Nüvə başlıqları yalnız bir kod ilə aktiv edilə bilərdi. 16 iyul 2016-cı ildə baş vermiş çevrilişə cəhd zamanı elektrik kəsintisi ilə nüvə başlıqlarının saxlandığı seyflər avtomatik olaraq kilidlənmişdi.

* Bu, Amerika qüvvələrinə lazım gələrsə, hərbi gücdən istifadə edərək bazaya daxil olmaq üçün zaman verirdi. Ancaq son illərdə Birləşmiş Ştatlar yenə də bomba başlıqlarını bazadan gizli şəkildə qaçırıb, yerinə saxta başlıqlar qoymağı planlamışdı.

Diplomatik böhran dərinləşə bilər

BBC Türkcədə yer alan xəbərdə Yunanıstan və Almaniyanın Ramstein Hərbi Bazasındakı nüvə başlıqlarının 2005-ci ildə geri alındığı xatırladılıb. Yazıda qeyd edilir ki, İncirlik Hərbi Bazasında olan nüvə başlıqlarının da geri alınması böyük üstünlük gətirə bilər.

Lakin “The Economist” jurnalına görə, bu proses bacarıqsızlıqla edilərsə, diplomatik böhran daha da dərinləşə bilər. Hətta ölkə prezidenti Ərdoğan Türkiyənin özünün nüvə proqramına başlaması ilə bağlı qərar verə bilər.

“Nüvə başlıqlarının paylanılması mövzusundakı etirazlar özəlliklə Almaniyada uzun müddətdir, gündəmdədir”, - jurnaldakı məqalədə qeyd edilir.(musavat.com)

pia.az


Etiket: Nüvə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar