Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Donald Tusk səlahiyyətlərini təhvil verib

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk səlahiyyətlərini yeni prezident, Belçikanın sabiq Baş Naziri Şarl Mişelə təhvil verib...

Bununla bağlı Aİ Şurasının Brüsseldəki yeni binasında rəsmi mərasim keçirilib.

Mərasimdə Donald Tusk vida nitqi ilə çıxış edib. O, komandasına təşəkkür edib.

"Mən çox qürur duyuram ki, son 5 ildə Avropaya xidmət etmək şərəfinə sahib oldum. Mücərrəd bir fikrə deyil, insanlara, millətlərə və onların ümumi maraqlarına xidmət etmək! Öz tarixini və mədəniyyətini bilən bir cəmiyyətin yaşadığı, azadlıq və qanunun aliliyinin hökm sürdüyü qitə olaraq qaldığı müddətdə Avropa planetdəki ən yaxşı yerdir. Mən əminəm ki, siz öz bacarıqlarınızı ittifaqımızı qorumaq üçün istifadə edəcəksiniz. Mən bu gün Aİ Şurasını tərk edirəm, lakin əsas olan odur ki, əziz Şarl, mən sizinlə olacağam", - deyə D. Tusk bildirib.

Aİ Şurasının yeni prezidenti Şarl Mişel Donald Tuska təşəkkür edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Qeyd edək ki, Polşanın keçmiş Baş Naziri Donald Tuskun Aİ Şurasının prezidenti kimi səlahiyyətləri başa çatdıqdan sonra onun Polşada keçiriləcək prezident seçkilərinə qatılacağı ilə bağlı fikirlər səslənsə də, D. Tusk seçkidə iştirak etməyəcəyini bildirib. O, noyabrın 20-də Avropa Parlamentində güclü partiyalardan biri olan Avropa Xalq Partiyasının prezidenti seçilib.

Əlavə edək ki, Aİ Şurasının yeni prezidenti Şarl Mişel dekabrın 1-dən rəsmi fəaliyyətə başlayır.

pia.az


Etiket: Donald Tusk


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar