Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dekabr ayına olan hava proqnozu

Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə isə normadan bir qədər aşağı olacağı gözlənilir...

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, sylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Dekabr ayının birinci ongünlüyünün birinci yarısında ayrı-ayrı günlərdə havanın yağıntılı keçəcəyi, arabir güclənən cənub-qərb küləyinin güclü

şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 5-9, bəzi günlərdə 2-4, gündüzlər 8-13, bəzi günlərdə 2-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da

iqlim normasına yaxın və 1 dərəcə aşağıdır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-34 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 0-3 dərəcə isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə dağlarda 7-12 dərəcə şaxta, gündüzlər 8-13,

bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 14-35 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, DaşkəsənGədəbəy rayonlarında

Orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 8-13 dərəcə

şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (27-53 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 2-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2

dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim norması yaxın və bir qədər aşağıdır..

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (13-32 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 1-3 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-7, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 6-11

dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-48 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,

Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 3-6 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 16-32 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 3-6 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda 6-11 dərəcə şaxta,

gündüzlər 8-13, bəzi günlərdə 1-4 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 45-106 mm) gözlənilir.

pia.az


Etiket: hava


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar