Bu gün Yəmənin “Ansar Allah” hərəkatının üzvləri (husilər) Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus “Apaçi” vertolyotunu vurublar...
Bu barədə “Reuters” husilərə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, vertolyot Yəmənin Səudiyyə Ərəbistanı ilə sərhədində vurulub.
Hadisə zamanı vertolyotda olan iki nəfər həlak olub, vertolyot tamamilə yanıb.
Hələlik Səudiyyə Ərəbistanı bu məlumatı təsdiqləməyib. (APA)
pia.az
Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627
Populyar xəbərlər
loading...