Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə-NATO xəttində "qırılma nöqtəsi" - Ankara Baltik ölkələri və Polşa üçün büdcəni bloklayır

NATO-nun sammiti ərəfəsində Türkiyənin Baltik ölkələri və Polşa üçün müdafiə planını təsdiqləməkdən imtina etməsi perspektivi barədə ehtiraslar qızışmaqdadır...

Son vaxtlar Ankara özünün prinsipial mövqeyini tez-tez ortaya qoyur. Bu dəfə isə qardaş ölkə milli təhlükəsizlik məsələsinin onun üçün ilk sırada dayandığını anlatmaq fikrindədir. Belədə, kompromis mümkündürmü?

KİV-lərin Türkiyə tərəfindən NATO-nun Baltik ölkələri və Polşa üçün müdafiə planını təsdiqləməkdən imtina etməsi barədə xəbər yaymasından sonra, Litvanın xarici işlər naziri Linas Linkyaviçyus ümid etdiyini bildirib ki, bu barədə lazımi qərar sammitə qədər qəbul olunacaq. Sammit isə növbəti həftə keçiriləcək.

«Yekun qərar hələ yoxdur. Biz, mövqelərin razılaşdırılması prosesindəyik və ümid edirik ki, bəzi qərarlar Londonda keçiriləcək sammitə qədər razılaşdırılacaq» - deyə, Linas Lineyaviçyus çərşənbə axşamı bəyan edib.

«Röyter» agentliyi çərşənbə axşamı xəbər verib ki, əgər Türkiyə Suriyanın şimalında kürd silahlı birləşmələrinə (YPG) qarşı mübarizədə daha güclü dəstək almasa, o zaman Ankara Baltik ölkələri və Polşanın müdafiəsi planını dəstəkləməkdən imtina edəcək. Linkyaviçyus Türkiyənin hərbi planlarını və mövqeyini ətraflı şərh etməkdən yayınıb. Onun sözlərinə görə, Ankara tələb edir ki, NATO-nun qəbul etdiyi sənədlər onun kürd təşkilatlarına yönəlik baxışlarını özündə əks etdirsin.

«Mən, detallara varmaq istəməzdim, çünki bir sıra sənədlər hələ razılaşdırılma mərhələsindədir – müxtəlif maraqlar və şərhlər var. Gerçəklik budur ki, Türkiyə üçün bəzi kürd qruplaşmalarına yönəlik mövqeyin sənədləşdirilməsi çox vacibdir. Bu barədə, yalnız indiki halda danışmırlar. Bu, uzunmüddətli prosesdir. Təsdiqləmək yanlış olardı ki, müəyyən fikir ayrılıqları və bloklamalar var. Proses tam gücü ilə gedir» - deyə, litvalı nazir bildirib.

Xatırladaq ki, NATO liderləri dekabrın 3-4-də Londonda görüşəcəklər. NATO ilk dəfə olaraq, Baltik ölkələrinin müdafiə planını 2010-cu ildə təsdiqləyib, Krımın ilhaqından sonra isə planlar yenilənib. Amma planların detalları hələ də müzakirə olunmaqdadır.

Türkiyənin məsələyə yönəlik mövqeyi tam məntiqidir. Belə ki, NATO çərçivəsində müttəfiq tərəf olaraq, Türkiyə sözügedən ölkələrin müdafiəsinə hər cür dəstək, o cümlədən, maliyyə dəstəyi verdiyi halda, onlar Türkiyənin terrordan müdafiəsi, ümumiyyətlə isə onun milli təhlükəsiliyi məsələlərinə barmaqarası baxmaqla yanaşı, hətta bəzi prinsipial məqamlarda terrorçuların tərəfini saxlamaqdan da çəkinmirlər. Məsələn, NATO üzrə müttəfiq ölkə olaraq, Amerika Birləşmiş Ştatları (ABŞ) YPG «generalı» Məzlumu prezident və senatorlar səviyyəsində Vaşinqtona dəvət ediblər. Mahiyyət etibarilə bu, terrorçunu (qatili) leqallaşdırmaqdan başqa bir şey deyil. Bu gedişlə, az müddətdən sonra, güman ki, ABŞ lap çoxdan terrorçu təşkilat kimi tanıdığı PKK-nı da tərəf-müqabil qismində «bağrına basacaq»!

Belə bir vəziyyətdə Türkiyə «terrorçunun dostlarına» hərbi-siyasi dəstək verə bilərmi?! Əsla! Deməli, əslində indiki məqam «qırılma nöqtəsi»dir.

Yollar ayrılırmı?... (azpolitika)

pia.az


Etiket: Türkiyə NATO

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar