Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın kino xadimi Belarusda ruhi dispanserə yerləşdirilib - Video

Əməkdar mədəniyyət işçisi, kino xadimi Miroslava İsgəndərova Belarusda dəlixanaya yerləşdirilib...

PİA.az xəbər verir ki, bu barədə “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” proqramında məlumat verilib. Çəkiliş qrupu sözügedən dispanserə gedərək, Miroslava İsgəndərova ilə müsahibə gerçəkləşdirib.

Onun nitqində problem olması sujetdə nümayiş etdirilib. O, müsahibə zamanı oğlunun və qızının olduğunu, Bakı üçün darıxdığını söyləyib.

76 yaşlı M.İsgəndərova bir müddət öncə kürəkəni və qızı ilə Belarusun Viteks şəhərinə köçüb. Qızı həbs olunub, kürəkəni isə onu tək qoyub, ölkədən çıxıb. Sonra isə qonşuları tərəfindən psixoloji dispanserə yerləşdirilib.

Oğlu Eldar anasının başına gələnlərdən verilişdən sonra xəbər tutub. O, anasının Bakıya gətirilməsi üçün hazırlıq gördüyünü deyib.

Qeyd edək ki, M. İsgəndərova "Azərbaycanfilm" kinostudiyasında Animasiya şöbəsinin müdiri, həyat yoldaşı isə kinostudiyanın baş mühəndisi vəzifəsində çalışıb.

pia.az

 

 





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar