Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalistlərin ardınca azərbaycanlı və erməni deputatların qarşılıqlı səfəri başlayır

Qafar Çaxmaqlı: “Qarabağ məsələsinin həlli yolu bəlli olduğu halda biz bu mənasız səfərlərə, görüşlərə niyə gedirik, onu anlamıram”...

Jurnalistlərin qarşılıqlı səfərlərindən sonra Ermənistanla Azərbaycan deputatlarının qarşılıqlı səfərləri gözlənilir. Bu haqda Ermənistanda nəşr olunan “Qraparak” (“Meydan”) qəzeti yazıb.

“Barışıq prosesi çərçivəsində ikinci mərhələdə deputatların qarşılıqlı səfərləri məsələsi müzakirə olunur. Artıq belə səfərlərin təşkil olunması üçün ilkin müzakirələr aparılıb”, - qəzet belə yazır. Mənbə bildirir ki, səfərinə Bakının veto qoyduğu yeganə deputat “Çiçəklənən Ermənistan” fraksiyasından deputat Naira Zöhrabyandır. Çünki Azərbaycan tərəfi onu “qatı millətçi” hesab edir. Virtualaz.org-un xəbərinə görə, Zöhrabyan özü bu məsələni şərh edərkən deyib ki, əgər deputatların Bakıya səfəri məsələsi gündəmə gəlsə, Ermənistan XİN Azərbaycan tərəfinin şərtinə məhəl qoymaz. “Mən qəzetin məqaləsi ilə tanışam. Hesab edirəm ki, əgər məsələ gündəmə gəlsə, bizim xarici siyasət idarəsi vetoya məhəl qoymaz. Deyərdim ki, bu çox ilgincdir”, - o özünün Facebook səhifəsində yazıb.

Xatırladaq ki, noyabrın 17-dən 21-nədək üç erməni və üç azərbaycanlı jurnalistin qarşılıqlı səfərləri olub. Azərbaycanlı jurnalistlər İrəvanda, Dilicanda və işğal altındakı Dağlıq Qarabağda olublar. Erməni jurnalistlər isə Bakıya, Gəncəyə və Qubaya baş çəkiblər.

Qeyd edək ki, 29 noyabrda ATƏT-in hazırkı sədrinin Bakıya səfəri gözlənilir. Jurnalistlərin səfərinin təşkilatçısı olaraq bu qurumun rəhbərinin Azərbaycandakı görüşlərdə hansı mövqedən çıxış edəcəyi də maraq doğurur. Ancaq bu da var ki, Ermənistan XİN sözçüsü səfərdə Dağlıq Qarabağdan olan jurnalistin iştirak etdiyini xüsusi vurğulayıb və separatçıları “tərəf” olaraq sırımağa cəhd edib. Eyni zamanda Kasprşikin vasitəçiliyi ilə qondarma rejimin təmsilçisinin Bakı ilə birbaşa əlaqə yaratdığı da iddialar arasında yer alıb.

Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva isə bu barədə dedi ki, təmsil olunduğu qurum məsələyə münasibət bildirib. Sözügedən açıqlamada səfərin kim tərəfindən təşkil olunduğu açıqlanıb: “ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə AzərbaycanErmənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub”. O qeyd edib ki, səfər çərçivəsində jurnalistlərimiz Ermənistanda, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar: “Erməni jurnalistləri azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə görüşüblər. Azərbaycanda olarkən erməni jurnalistləri, habelə müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, belə səfərlərin heç bir nəticə verməyəcəyi əvvəlcədən bəlli idi: “2001-ci ildə bu səfərlərdən birinə mən də qatılmışdım. O zaman da missiya eyni idi. Xalqları hazırkı duruma alışdırmaq və erməni işğalına barışdırmaq. Bu da elə bir işdir. O zaman mən bu səfəri əhəmiyyətli hesab etməsəm də, doğulduğum torpaqları bir daha görmək, işğaldan sonra Dağlıq Qarabağdakı şəhər və kəndlərimizin xarabalıqlarını görmək baxımından maraqlı hesab etmişdim. Yazdığım yazılar da bu istiqamətdə idi ki, bu gediş-gəlişlər Kasprşikin ermənilərə növbəti xidmətidir. İndi həmin missiya davam etdirilir. Jurnalistləri kim seçib - bilmirəm, amma onların yazılarını gözləyirəm. Hələ ki dərc olunanlar mənim bildiklərimin heç yarısı deyil, heç oralara getmədən də bilirik ki, Ermənistanda tramvay var, hələ bunun gerilik əlaməti olduğunu da iddia edənlərdən deyiləm. Bunu misal olaraq dedim”. Q.Çaxmaqlı erməni jurnalistlərin təəssüratlarını bölüşməsindən də bəhs etdi: “Bizim jurnalistlərdən fərqli olaraq mən Artyom Yerkanyanın ”Aztutyun" radiosuna verdiyi müsahibəyə baxdım. O, təəssüratlarını bölüşərkən gördüklərindən qətiyyən heyrətini ifadə etmir, əksinə, rayonlarda Heydər Əliyev mərkəzlərinə xərclənmiş pullara “heyfi” gəlir. Azərbaycanın inkişafına fərqli gözlə baxır". Ekspert qeyd etdi ki, ATƏT-in bu təşəbbüsünün əsas məqsədi həm Ermənistanda, həm də Azərbaycanda ictimai rəyi, xalqın məsələlərə baxışını öyrənməkdir: “Bunun ATƏT sədrinin ayın 29-da bölgəyə səfəri ilə heç əlaqəsi yoxdur . Belə səfərləri çox görmüşük. Kasprşik və onun mənsub olduğu təşkilat son zamanlar Azərbaycan ictimaiyyəti tərəfindən ATƏT-in vasitəçiliyindən imtina tələblərinə qarşı kontrvasitə qoydu, davam işarəsini verdi. Amma bunların heç bir effekti olmayacaq. Qarabağ məsələsinin həlli yolu bəlli olduğu halda biz bu mənasız səfərlərə, görüşlərə niyə gedirik, onu anlamıram”.

pia.az

 


Etiket: Qarabağ Səfər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar