Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur aktrisanın şəxsi əşyaları satışa çıxarılacaq - Foto

Dizayn geyimləri, bəzək əşyaları, interyerə məxsus müxtəlif elementlər - ümumilikdə aktrisa Elizabet Teylora məxsus olan minə yaxın əşya "Julien's" hərrac evi tərəfindən dekabrın 6-da Beverli Hilsdə (Kaliforniya) satışa çıxarılacaq...

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, aktrisanın pərəstişkarlarına "Christian Dior", "Gucci" və "Versace" kimi dizayn evlərindən geyimlər təklif olunacaq. Belə ki, Hollivudun qızıl dövrünün dizayneri sayılan Edi Hetdən mavi şifon don 6 min dollar qiymətində dəyərləndirilib. Aktrisa bu donu vaxtilə "Bax bu əsl əyləncədir!" (1974) filminin premyerasında geyinmişdir. Aktrisanın Conni Karsonun şousuna (1992) geyindiyi dəridən bayker gödəkcəsi də eyni məbləğə təklif olunur.

Ancaq hərracın ən qiymətli lotu fransız heykəltəraşı Aqafon Leonardonun modern üslubunda hazırladığı lampadır. Bürüncdən olan sənət əsəri 20 min dollar qiymətində dəyərləndirilir.

Elizabet Teylor Hollivudun "qızıl dövr"ünün simvoluna çevrilən bir aktrisadır. Ona məşhurluq gətirən "Milli məxmər" filmidir. Aktrisanın çəkildiyi "Batterfild 8" və "Kim Virciniya Vulfdan qorxur" ekran əsərləri Oskara layiq görülüb.

Qeyd edək ki, E.Teylor 2011-ci ildə 79 yaşında dünyasını dəyişib.

pia.az


Etiket: Elizabet Teylor


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar