Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb ölkələrinə qarşı oyunlar - Türkiyə niyə ərəb dünyasına nüfuz edə bilmir?

Türkiyənin xarici siyasəti ərəb dünyasına qarşı dar milliyətçi və siyasi İslamçı yanaşmalar arasında ilişib qalıb...

Onur Sinan Güzaltan
“Aydınlık” qəzeti, Türkiyə, 27 noyabr 2019-cu il

Türkiyənin ərəb dünyası ilə münasibətlərini inkişaf etdirməsi, siyasi-iqtisadi və hərbi alternativləri genişləndirməsi yeni hərəkət sahələri yaratmaq üçün doğru bir siyasətdir.

“Ərəblər bizim tarixi düşmənlərimizdir”, kimi dar düşüncə ilə bu siyasətə qarşı çıxmaq nə qədər yanlışdırsa, ərəb dövlətləri və xalqları ilə münasibətləri təkcə dini və ideoloji amillər üzərindən qurmaq da eyni dərəcə xətalıdır.

Dar milliyətçilik və siyasi islamçılıq

Əsas səhv odur ki, bu durum Türkiyəni təkcə Qərblə münasibət quran bir çərçivəyə salır. Digər tərəfdən də bu vəziyyət onu ərəb dünyasının daxili işlərində baş verən toqquşmalara müdaxilə etməyə gətirib çıxarar və bu da münasibətlərin sıfırlanmasına, hətta Türkiyənin düşmən kimi göstərilməsinə səbəb ola bilər.

Türkiyənin ərəb dünyası ilə münasibəti, təəssüf ki, bu iki dar qəlibin içində sıxışıb qalıb.

Özünü siyasi İslam əleyhinə, milliyətçi və ya proqressiv adlandıran qisimlərin çoxu ərəb dünyasını “bataqlıq” kimi görür və ondan uzaqlaşmağı müdafiə edir.

Siyasi İslamçı köklərə əsaslanan AKP və ona bənzəyənlər isə din və ideoloji bağlar vasitəsilə Yaxın Şərqdə siyasətlərini təkmilləşdirdilər. Gəlinən son nöqtədə AKP-nin ərəb dünyasında apardığı siyasət “Müsəlman Qardaşlar”a bənzər qrupların məğlubiyyəti nəticəsində bölgə ölkələri ilə münasibətlər sıfırlanıb, hətta düşmənlik səviyyəsinə çatıb.

Türkiyənin xarici siyasəti ərəb dünyasına qarşı dar milliyətçi və siyasi İslamçı yanaşmalar arasında ilişib qalıb. Bu da Türkiyənin Suriya, Şərqi Aralıq dənizi, terrorla mübarizə və Şimali Kipr Türkiyə Respublikasının gələcəyi kimi həyati məsələlərinə, həmçinin, ərəb dünyası vasitəsilə cəbhəni gücləndirmək və müttəfiq qazanmaq cəhdlərinə mane olur. Çünki bu cür səhvlər ucbatından Türkiyə ərəb qonşuları ilə olan münasibətlərini bölgədən kənar qüvvələr vasitəsilə qurmağa məcbur olur.

Türkiyənin boşaltdığı sahələri İsrail doldurur

Türkiyənin Rusiya, Çin və İranla münasibətlərini inkişaf etdirməsi nə qədər zəruridirsə, eyni şəkildə bu ölkələrlə münasibətlərini nəzarətdə saxlaması baxımından ərəb ölkələri ilə siyasi-iqtisadi kanalların açlq saxlanması da bir o qədər önəmlidir.

Bir digər önəmli məsələ isə Türkiyənin bölgədə bölgələrin Türkiyə əleyhinə siyasət izləyən ölkələr tərəfindən doldurulmasıdır. Çünki bu, olduqca risklidir.

Bu gün Türkiyənin Yaxın Şərqdə boşaltdığı sahəni İsrail doldurur və bu durum Türkiyə üçün təhlükə yaradır. Belə ki:

1. ABŞ və İsrailin idarə etdiyi düşərgə Körfəz ölkələri ilə yanaşı, Misiri də yanına çəkərək Şərqi Aralıq dənizində Türkiyə əleyhinə fəaliyyətləri artırır.

2. Eyni düşərgə ərəb dünyasının tarixi lideri kimi qəbul edilən Misirin sosial-mədəni təsiri vasitəsilə ərəb xalqlarına Türkiyə düşmənliyi aşılanır (türk seriallarına qoyulan embarqolar və Osmanlı əleyhinə serial və ya filmlərin çəkilməsi buna nümunə ola bilər).

3. İnkişaf edən Misir və Suriya münasibətlərini izləmək də çox önəmlidir. ABŞ-İsrail düşərgəsi Körfəzdən gələn maddi dəstəklə Misir üzərindən Suriya ilə münasibət qurmağı hədəfləyir. Bu nöqtədə Suriyanın Qahirə səfirinin Misir parlamentində etdiyi çıxış və ikili münasibətlər olduqca önəm daşıyır.

4. Əlcəzayirdə, Tunisdə və Mərakeşdə Türkiyənin düşmənliyi yaradılması ilə bağlı məlumatlar var.

5. İsrailin İordaniya vasitəsilə Körfəz ölkələri ilə əlaqə yaratmaq üçün Hicaz Dəmiryolu Layihəsi başda olmaqla, etdiyi bir çox iqtisadi, mədəni və siyasi həmlələr ərəb dünyasında Türkiyə -İran əleyhinə bir cəbhə yaradılmasını hədəfləyir.

Qısaca, ABŞ-İsrail cəbhəsi Körfəz sərmayəsindən və Misrin ərəb dünyası üzərindəki sosial-mədəni təsirindən istifadə edərək ərəb ölkələrini və xalqlarını Türkiyə əleyhinə yaradılmış cəbhədə birləşdirmək istəyir.

Cəbhənin zəif bəndi Misirdir

Misir ABŞ-İsrail-Körfəz planlarının zəif halqasıdır.

Misir ordusu ölkənin iqtisadi zəifliklərinə görə bu gün ABŞ-la razılaşmış kimi görünsə də, Müsəlman Qardaşlar təhdidinin bu ölkələr vasitəsilə gəldiyini hələ unutmayıb. Həmçinin, Qahirə rəhbərliyi Rusiya və Çinlə qurduğu münasibətlər vasitəsilə ABŞ-a alternativlər yaratmağa davam edir.

Hərbi sahədə Qahirə və Moskva arasında keçmişdən gələn yaxın münasibətlər bu gün yenidən canlanmağa başlayıb. Misir Hava Qüvvələrinin rus istehsalı olan Su-35 müharibə təyyarələri alacağını elan etməsi də bu yöndə verilmiş bir qərardır.

ABŞ isə buna görə Türkiyəyə etdiyi kimi, Misirə də sanksiya tətbiq edəcəyini bəyan edib.

Vaşinqton-Qahirə gərginliyi və Qahirənin strategiyasını başa düşmək baxımından Misir Parlamenti Milli Təhlükəsizlik Komitəsinin üzvü Yəhya Kidvaninin məsələ ilə bağlı açıqlaması ilə çox önəmlidir: “Misirin strategiyası silah qaynaqlarını çeşidləndirməyi əsas götürür. Bu sahədə Rusiya, Çin, Almaniya, Fransa və ABŞ-la ortaqlıq edirik. Vaşinqtonun təzyiqlərinə boyun əyməyəcəyik. Rusiya ilə iş birliyi etməkdən hərbi sahə də daxil olmaqla heç bir sahədə əl çəkməyəcəyik”.

Bir digər önəmli xəbər isə prezident əl-Sisinin böyük oğlu Mahmudun Misirin Moskvadakı diplomatik heyətində vəzifələndirilməsidir. Bu proseslə bağlı mediada çıxan rəylərdə “sürgün qərarı” sözlərinə rast gəlsək də, bir prezidentin oğlunu Moskvaya göndərməsi Rusiya ilə münasibətlərinə çox önəm verdiyini göstərir.

Misir və Çin münasibətləri də sürət qazanıb. İki ölkə arasındakı ticarət həcmi 28% böyüyüb. Digər tərəfdən də uyğur mərkəzli qruplarla bağlı Qahirənin və Pekinin ortaqlıq etməsi mediada öz əksini tapıb.

Misirin hərbi sahədə ABŞ-dan, iqtisadiyyatda Körfəzdən və təhlükəsizlik baxımından İsraildən asılılığı davam etsə də, bu zəncirdən xilas olmaq və alternativlərini çoxaltmaq üçün bir strategiya yaratdığı məlumdur. Bu mənada Misirlə tarixi bağları olan Türkiyənin İslam İnqilabından sonra Tehranın buraxdığı səhvə düşmədən Qahirə rəhbərliyi ilə münasibətlərini tamamilə qoparmamalıdır.

Ankara Qardaşlıqdan əl çəkəcəyi təqdirdə Qahirə ilə diplomatik münasibətlərin başlaması və xüsusilə, Şərqi Aralıq dənizi məsələsində Misirin Türkiyə əleyhinə düşərgəyə qoşulmasına mane olması asanlaşacaq.

Türkiyənin ərəb dünyasında qazanacağı mövqelər beynəlxalq planda əlini gücləndirəcək və Şərqi Aralıq dənizi kimi həyati önəm daşıyan məsələlərdə də balansı dəyişdirəcək. Əks halda bu israrlar Ankaranı bölgədən kənarlaşdıracaq və ABŞ-İsrail düşərgəsinin Körfəz ölkələrinin dəstəyilə ərəb dünyasından Türkiyəyə qarşı istifadə etməsini asanlaşdıracaq.

Qeyd edək ki, Türkiyə ərəb dünyasında İranın düşdüyü səhvə düşməməlidir. Bu gün Tehran rəhbərliyi başda Misir olmaqla, ərəb ölkələri ilə münasibətlərini canlandırmağa çalışır. Bölgə ölkələrinin arasına girən ayrılıqlar ABŞ-İsrail xəttinin lehinə olsa da, bölgənin əleyhinədir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar