Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fövqəladə Hallar Nazirliyi əməkdaşları növbəti uğura imza atıblar

22-24 noyabr 2019-cu il tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə İkinci Dünya Çempionatı keçirilib

Çempionatda 22 ölkədən 500-dən çox idmançı mübarizə aparıb. Yarışlarda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yüksək nəticələr göstəriblər.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin N saylı hissəsinin baş yanğınsöndürəni daxili xidmət çavuşu, Kunq-fu Sanda üzrə Respublika üçüncüsü, Alpaqut üzrə ikiqat Azərbaycan çempionu Useynov Tural 74 kq çəki dərəcəsində Alpaqut döyüşünün Caymaz və Batur (MMA) növlərində 1-ci yerə, DYMX-nin Bakı şəhəri Neft emalı müəssisələrinin mühafizəsi üzrə yanğından mühafizə dəstəsinin N saylı yanğın hissəsinin yanğınsöndürəni daxili xidmət sıravisi, Qriplinq üzrə Respublika çempionu Fərid Nəsirov 70 kq çəki dərəcəsində Alpaqut döyüşünün Batur (MMA) növündə 2-ci yerə, Dövlət Yanğından Mühafizə Xidmətinin N saylı hissəsinin yanğınsöndürəni daxili xidmət çavuşu Abbas Abbaslı Alpaqut döyüşünün Batur (MMA) növündə- 2-ci yerə və Qurşaq sistemində (Qriplinq) 3-cü yerə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcı daxili xidmət çavuşu, Alpaqut idman növü üzrə Avrasiya kubokunun qalibi, Dünya çempionu Elvin Mirzəyev 60 kq çəki dərəcəsində Alpaqut döyüşünün Caymaz növündə 1-ci yerə çıxıblar.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev idmançıları qazandıqları nailiyyətlərə görə təbrik edib, növbəti yarışlarda müvəffəqiyyətlər arzulayıb.

pia.az


Etiket: Sərhədçi FHN

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar