Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Avrasiya İttifaqının sammitinə qatılır

Sankt - Peterburqda Qarabağ müzakirələri olacaqmı?

Azərbyacan Prezidenti İlham Əliyev Avrasiya İttifaqının dekabrda keçirləcək qeyri-rəsmi sammitində iştirak edəcək.

PİA.az bildirir ki, dövlət başçısı bunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı açıqlayıb: “Gələn ay Vladimir Vladimiroviçlə görüşümüz olacaq”-deyə İ.Əliyev vurğulayıb.

Xatırladaq ki, Putin MDB dövlət başçılarının oktyabrda Aşqabadda keçirilən sammiti zamanı onları Avrasiya İqtisadi İttifaqı üzvlərinin dekabr ayında keçiriləcək qeyri-formal görüşünə dəvət etmişdi:

“Biz hər il dekabrın 20-də ənənəvi olaraq qeyri-rəsmi yığışırıq. MDB-nin bütün dövlət başçılarını bizə qoşulmağa dəvət edirəm. Yeni il qabağı səmimi, tamamilə dostluq mühitində cari məsələlər, yeni ildə görəcəyimiz işlərlə bağlı fikir müdaliəsi aparaq, aktual beynəlxalq məsələləri müzakirə edək”.


Putinin sözlərinə görə, bu barədə Avrasiya İttifaqı üzvləri ilə məsləhətləşmə aparılacaq. O, bildirib ki, MDB dövlət başçıları ilə iemək masası arxasında cari məsələləri birgə müzakirəsi faydalı olar.

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu günlərdə başa çatmış Rusiyaya rəsmi səfəri zamanı Putin bir daha bu dəvəti xatırladaq Prezidentlə görüşəcəyinə ümid etdiyini demişdi.

Dövlət başçısı Peterburqda qeyri-rəsmi görüşdə Ermənistanın Baş naziri Paşinyan ilə görüşəcəyi də istisna olunmur. Putin tərəflərin bir araya gəlməsi üçün bu müzakirələrdə ev sahibi kimi vasitəçilik edə bilər.

Avrasiya İqtisadi İttifaqı 2015-ci ildə Rusiya, Belarus, Qırğızstan, ErmənistanQazaxstan tərəfindən təsis olunub. Əsas məqsədi keçmiş SSRİ məkqanında iqtisadi əməkdaşlığı təşviq etmək və postsovet ölkələri ilə birgə ticarət münasibətlərini və vahid gömrük sistemini formalaşdırmaqdır.

2018-ci ilin dekabrında keçirilmiş qeyri-rəsmi sammitdə Avrasiya İttifaqı qarşısında duran əsas vəzifələr müzakirəyə çıxarılıb. O zaman Qazaxstan Prezidenti Nazarbayev bildirmişdi ki, 2025-ci ilə qədər qarşılıqlı ticarətdə mövcud əngəlləri aradan qaldırmaq lazımdır. “Bu, bizim təşkilatın tam fəaliyyət göstərməsi üçün mühüm şərtdir”-deyə vurğulamışdı.

2018-ci il sammitində yalnız neft və qazla bağlı ümumi bazarın formalaşdırmaq üçün proqram təsdiq olunub. Lakin eyni zamanda Birlik ölkələri üçün qazın tranzit qiymətini müəyyən edilməsi mümkün olmayıb.

Azərbaycan Avrasiya İttifaqının üzvü deyil. Rusiya tərəfindən Birliyə və vahid Gömrük İttifaqına üzvlük üçün bir neçə dəfə dəvət alsa da Bakı quruma qoşulmaqdan imtina edib.(Azpost.info)

pia.az


Etiket: İlham Əliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar