Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bağdadinin öldürülməsi hansı problemləri həll etdi?..

Yeni bir İŞİD lideri Bağdadinin böyük səhvlərini təkrar etməyəcəyi və hərəkatı fərqli bir tərzdə aparacağı üçün daha təhlükəli ola bilər...

Patrick Cockburn
“The Independent” qəzeti, 25 noyabr 2019-cu il

İraqda 2006-2007-ci illərdə Əl-Qaidə liderliyindəki təşəbbüş zirvəyə çatdıqda yol kənarına yerləşdirilən partlayıcılara görə əsgərlərini itirən ABŞ komandirləri bir strategiya yaraydı. ABŞ bu bomba həyəcanının qarşısını almaq üçün əldə hazırlanmış bomba hazırlayan qrupların liderlərini təsbit edib öldürməyə və ya yaxalamağa çalışdı. Bütün əməliyyatlar isə kameralarla çəkildi.

Həmin dönəmdə regional səviyyədə olan bir çox terror liderləri nümayəndələri izlənildi və təsirsiz hala gətirildi. Lakin daha sonra bu strategiyanın səhv oldyğu ortaya çıxdı. Çünki 2007-ci ildə liderlərin tutulduğu və ya öldürüldüyü 200 hadisə nümayiş etdirilmişdi və kameraların fəaliyyət göstərdiyi bölgədə bomba hücumları 20-40% artmışdı.

Bunun səbəbi isə Əl-Qaidənin regional hərbi komandirləri özlərinin yerinə həmişə varis təyin etməsi ilə bağlı id. Hər hansı bir regional liderin ölümündən sonra 24 saat ərzində ölsürülən lideri yenisi əvəz edirdi və yeni liderin ilk işi qisas almaq olurdu. Digər tərəfdən də yeni komandirlər özlərini sübut etmək və məşhurlaşmaq üçün daha çox hücumlar təşkil edirdilər.

İraqda uğursuzluğa düçar olan bu strategiyanı Əbubəkr əl-Bağdadinin 27 oktyabrda Suriyanın şimal-qərbində öldürülməsinin nəticələrini dəyərləndirərkən xatırlamaq lazımdır. Şərhçilər və analitiklər Bağdadinin ölümünə təmkinli yanaşaraq vurğulayır ki, bu ölüm İŞİD-ə böyük bir simvolik zərbə vurub, lakin bu, ölümcül bir yara deyil və hərəkatı bitirməyəcək.

Bununla yanaşı, Bağdadinin ölümündə narahat edici bir məsələ də var. Ölümü faydadan çox, zərər gətirə bilər. Çünki hətta İŞİD-çilərə görə, o, çox uğursuz bir lider idi. Bütün dünyaya qarşı açıq şəkildə müharibə elan edərək təşkilatını böyük bir məğlubiyyətə sürükləmişdi və Bağdadinin ortadan qaldırılması İŞİD-in yenilənməsi üçün ehtiyac duyulan bir hadisə idi. İllər əvvəl İraqdakı Əl-Qaidəçilər kimi yeni bir İŞİD lideri Bağdadinin böyük səhvlərini təkrar etməyəcəyi və hərəkatı fərqli bir tərzdə aparacağı üçün daha təhlükəli ola bilər.

Bağdadi liderliyinin İŞİD üçün güclü tərəfləri vardı: hərbi mütəxəssisliklə birləşmiş dini bir fanatiklik İŞİD-i güclü bir hərbi qüvvəyə çevirmişdi. Nifrət etdikləri hakimiyyət tərəfindən əziyyət görən İraqSuriyadakı sünni ərəb cəmiyyəti üçün Bağdadinin ortaya çıxması və cihad elan etməsi çox uyğun idi və İŞİD-n sürətlə yayılması da bunu sübut edib.

Lakin bir müddət sonra Bağdadinin rəhbərliyi altındakı eyni sünni ərəb əhalisi başa düşdü ki, ən kiçik bir sosial və ya dini sərhədin keçilməsi işgəncə və edamla cəzalandırılır. Yəni bu, qorxu ilə idarə edilən bir “dövlət” idi. Keçən il İŞİD-in faktiki olaraq paytaxtı olan Rəqqada İŞİD rəhbərliyi altında 3 il həyatda qalmış Əbdül Salamla tanış oldum. O, “İŞİD bizim qəlbimizdə və ağlımızdadır. 5 yaşındakı bir uşaq bir qadının daşlanıb, başının kəsilib, şəhərin mərkəzində bir dirəyə keçirildiyini gördü”, demişdi. Sözügedən dirəklər kəsilmiş başların ağırlığından önə doğru əyilmişdilər.

Bunlar İraqda və Suriyadakı sünni ərəblərinin yenidən yaşamaq istəməyəcəyi hadisələrdir. Üstəlik, bu vəhşiliyə görə İslam dövləti yerli xalqı düşmənlərinə qarşı qoruya bilməmiş və şəhərlərin, qəsəbələrin xarabaya dönməsinə mane ola bilməmişdi.

Lakin İŞİD Suriyadakı qanadı olan Əl-Nüsrə cəbhəsinin təsir sahəsini genişləndirərkən daha az qan axıtdığı 2011-2013-cü illərdə fərqli bir mövqe nümayiş etdirib. Bağdadi sürətlə rəhbərliyi ələ keçirmək, hərəkatı bölmək və nəzarət etdiyi bölgəni İslam dövlətinin qəddar dini cərəyanla idarə edilməsi üçün çalışırdı.

Bağdadi lider olduğu müddətdə İŞİD bir də heç vaxt yüksələ bilməyəcəkdi, lakin onun aradan götürülməsi ilə İŞİD-in Suriyada və İraqda yüksəlmək üçün daha çox şansı var. Hər iki ölkədə 2011-2014-cü illərdə İŞİD-in birdən-birə yüksəlməsinə səbəb olan bəzi faktorlar meydana çıxmışdı: İraq hökuməti geniş bir etiraza çevriləcək aksiyaları təzyiq altında saxlayır, uğurlu komandirlər ordudan atılır və sünni ərəblər yoxsullaşdırılır. Şimali Suriyada uğurlu bir şəkildə davam edən Kürd-ABŞ ittifaqı Türkiyə və Suriya hökumətlərinin bölgəyə öz qüvvələrini salması nəticəsində pozuldu. Bu cür bir xaos İŞİD-in özünü yenidən formalaşdırmasına səbəb ola bilər.

Bağdadinin ölümü bir xəlifə olaraq nüfuzlu olduğu bölgələrdə daha güclü bir təsir yaratmış ola bilər. Dini hərəkatlar, əsasən, açıq şəkildə uğursuz sayılan bir liderdənsə, bir şəhidə hörmət etməyi asanlaşdırır.

Dünyanın müxtəlif regionlarındakı siyasi və hərbi liderlər inanır ki, bəzi düşmən təşkilatların və ya hərəkatların başını əzmək problemləri həll edə bilər. Bəs onda 1993-cü ildə Kolumbiyanın kokain kralı Pablo Eskobarın öldürülməsi həqiqətən də, kokain işində bir dəyişiklik yaratmışdımı? Donald Trampın Bağdadinin ölümünə görə öz-özünü təbrik etməsi də eyni dərəcədə mənasız hesab oluna bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar