Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin hazırkı siyasi mənzərəsi - Netanyahu Trampı da pis vəziyyətdə qoydu...

Netanyahu özü haqda açılan cinayət işlərini “çevriliş cəhdi” kimi qiymətləndirilir. “Likud”un məşhur simalarından Qideon Saar isə Netanyahunun bir fikirlərini məsuliyyətsizlik hesab edir...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 26 noyabr 2019-cu il

Apreldə keçirilən seçkilərdən sonra İsraildə hökümət qurulmadığı üçün səsvermənin yenilənməsinə qərar verilib. 17 sentyabrda keçirilən seçkilərdə isə Netanyahunun “Likud” partiyası ikinci olub. Lakin “Mavi-Bəyaz” İttifaqı da təkbaşına hökümət quracaq saya çata bilməyib. Hər iki partiya da hökümət qura bilmədiyindən indi növbə İsrail Məclisindədir.

“Mavi-Bəyaz” İttifaqı Netanyahunun olmaması şərtilə “Milli Birlik Höküməti” qurmağa hazırdır, lakin buna da “Likud” razı deyil. Əgər hökümət qurulmasa, 2020-nin mart ayında yeni bir seçki keçiriləcək. Bundan başqa Netanyahu barədə 3 ayrı qanunsuzluq ittihamı irəli sürüldüyü üçün “Likud”çular da Netanyahusuz hökümət quruluşunu müzakirə edirlər.

Netanyahu özü haqda açılan cinayət işlərini “çevriliş cəhdi” kimi qiymətləndirilir. “Likud”un məşhur simalarından Qideon Saar isə Netanyahunun bir fikirlərini məsuliyyətsizlik hesab edir. Üçüncü dəfə keçiriləcək seçkilərdə “Likud”un ağır şəkildə məğlub ola biləcəyini deyən Saar düşünür ki, Netanyahu aradan çəkilməlidir. Saar “Likud”a yeni liderin seçilməsi üçün qurultay çağırılmasını istəyir. Saar yeni bir seçki qərarı alınmadan keçiriləcək qurultayda liderlik üçün yarışacağı mesajını da verir.

“Mavi və Bəyaz” İttifaqının lideri Benni Qantz Netanyahusuz birlik höküməti qurmağa hazır olduqlarını təkrarlayıb. Çağırış “Likud” daxilində toqquşma yaratsa da, Netanyahunu oyundan çıxarmaq şansı hələlik zəifdir. Netanyahunum taleyi “Likud”un liderliyi əlində saxlaması ilə çox əlaqəlidir. “Likud” arxasında dayandığı müddət ərzində Netanyahu istefa verməyəcək.

Netanyahu dönəminin başa çatdığını müdafiə edən bəzi “Likud”çular da var. Son halda Netanyahu İsrail siyasətini kilidləmiş kimi görünür.

Əlbəttə ki, Netanyahunun vəziyyəti ABŞ-da da müzakirə mövzusuna çevrilib. “Demokratlar” Netanyahunun durumu Tramp barədə davam edən impiçment istintaqı ilə müqayisə edirlər. Tramp həm Rusiya istintaqını, həm də vəzifədən uzaqlaşdırma istintaqını “cadugər ovu”, “dərin dövlətin sui-qəsdi”, “çevriliş cəhdi” adlandırmışdı. Trampın müttəfiqi Netanyahu da eyni arqumentlərdən istifadə edir.

Tramp “Yüzillik müqavilə” kimi elan etdiyi “Fələstin-İsrail Sülh Planı” üçün Bünyamin Netanyahuya güvənmişdi. Tramp Netanyahunun iqtidarda qalması üçün İsrailə çox böyük üstünlüklər qazandırıb. Netanyahu da Trampla olan ittifaqından seçki meydanlarında bir silah kimi istifadə edib. Trampın məqsədi isə “Fələstin Sülh Planı”nın İsrail tərəfindən qəbul edilməsinə şərait yaratmaq idi. Çünki bu planın bəzi maddələri üçün İsrail də güzəştə getməlidir.

Trampın verdiyi böyük üstünlüklərə baxmayaraq, İsraildə bu güzəştlərə qarşı ciddi şəkildə etirazlar yüksəlib. İsrail həmişə “almaq”, amma əvəzində “heç nə verməmək” siyasəti izləyir. Tramp isə Netanyahuya onun köməyilə əngəlləri aşa biləcəyini təlqin edirdi. Netanyahunun seçkilərdə məğlub olması nəticəsində Trampın planı uğursuz oldu. Trampın köməyi İsrailə çox şey qazandırıb, amma Netanyahunun seçkilərdə qalib edə bilmədi. Buna görə, Tramp da böyük bir zərbə aldı.

ABŞ səfirliyinin Qüdsə köçürülməsi, İordaniyanın qərb sahilindəki qeyri-qanuni yaşayış yerlərinin məqbul hesab edilməsi, Qolan Təpələrinin işğalı və 10 il ərzində 38 milyard dollarlıq hərbi yardım edilməsi başda olmaqla, İsrailə çoxlu hədiyyələr paylayan Tramp bunun əvəzini ala bilmir. Bütün bu hədiyyələr guya İsrailin fələstinlilərlə daimi bir sülh imzalaması üçün edilmişdi. Sadə amerikalılar ciblərindən axan bu qədər pula baxmayaraq, Trampın Yaxın Şərq siyasətindəki uğursuzluğunu mühakimə edəcəklər. İsrail dövləti isə Trampın gözlədiyi güzəştləri verməmək üçün Netanyahunu qurban verə bilər. Ona görə də, Netanyahu ilə birlikdə Tramp da məğlub olacaq. Bəlkə də, İsrail lobbisi üçün Trampın vaxtı çoxdan keçib.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar