"Sosial media intihar fikirlərini geniş yayır və adiləşdirir. Biz bu məsələdən narahat olmalıyıq"...
Bunu inklüzivlik uşaq və təhsil üzrə beynəlxalq ekspert Mişel Mur "İntiharların qarşısının alınması" mövzusunda keçirilən dəyirmi masada deyib. Onun sözlərinə görə, gənclər arasında intihar yoluxucu fenomendir:
"İntihar şəxs tərəfindən öz həyatına son qoymaq əməlidir. İstənilən intihar halı faciədir. Adətən gənclər inkişaf yaşında olanda bəzən çaşqınlıq içərisində olurlar. İntihar haqqındakı düşüncələr xüsusilə gənclər üçün təhlükəlidir. Gənclərə verdiyimiz mesajlarda onları bu fikirdən yayındırmaq lazımdır. İntiharların qarşısını almaq mümkündür. Düşünürəm ki, Azərbaycanda bu məsələ ətrafında görülən iş, Milli Fəaliyyət Planının hazırlanması intiharın qarşısının alınmasına töhvə verəcək".
pia.az