Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərq “tragediya”sı - 4 dövlət birdən “qanlı layihənin” qurbanına çevrilib

Diqqətlə baxdıqda görünür ki, qanlı aksiyaların hamısı İslam ölkələrində keçirilir. Həm də sanki, sıra ilə ölkələr xaosa sürüklənir...

Kenan Akın

“Yeniçağ” qəzeti, Türkiyə, 25 noyabr 2019-cu il

Əslində, təxminən dünyanın hər yerində qanlı nümayişlər keçirilir. Cənubi Amerikadan tutmuş, Honkonqa qədər ən azı həftə sonları etiraz aksiyaları azalmır. Hətta yaralananlarla yanaşı, ölənlər də olur. Lakin bizə daha çox aid olan və yaxın maraqlanmalı olduğumuz aksiyalarda, həm silahdan çox istifadə olunur, həm də aksiyalar yayılır və inkişaf edir. Üstəlik, Yaxın Şərq kimi həqiqətən də qarmaqarışıq olan bir regionda bəşəriyyət heç cür rahatlıq tapa bilmir. Diqqətlə baxdıqda görünür ki, qanlı aksiyaların hamısı İslam ölkələrində keçirilir. Həm də sanki, sıra ilə ölkələr xaosa sürüklənir.

Uzun illər əvvəl Pakistan və Əfqanıstan ərazisində yaradılan nümayişlər iqtidara, hətta rejim dəyişikliyinə təsir göstərmişdi. Üstəlik, “Ərəb Baharı” adı altında çıxan üsyanlar əvvəlcə rejim, sonra torpaq, yəni rejim dəyişikliyinə qədər davam edir. İraq, Suriya, Yəmən, Fələstin, Livan, Misir, Tunis, Liviya və Sudana qədər uzanan bu “uğursuz” canlanmanın bir çox insanın və liderin ölümünə səbəb olduğu da unudulmur. Həmçinin, mənbəyi “Genişləndirilmiş Böyük Yaxın Şərq Layihəsi”ndən gələn hərbi xaosun qarşısı heç cür alınmır.

Bəzi ölkələr ikinci, hətta üçüncü dəfə hücuma məruz qalıb. Bu ölkələrdən biri də İraqdır. İraqda yaradılan kiçik kürd dövlətciyini indi cütləşdirmək istəyirlər. Əlbəttə ki, bu məsələdə İraq qədər Suriya ilə, İranla hətta, Türkiyə ilə də yaxından əlaqəli idi. Ən azı 6 il əvvəl bildirildiyi kimi, xüsusilə Türkiyənin artıq bu “bəladan” xilas olması və Suriya ilə dərhal barışması çox önəmlidir.

Beləliklə, 4 dövlət birdən “qanlı layihənin” qurbanı olmaqdan özünü qorumağa çalışır. İraqda yenidən başladılan xaosun böyümə ehtimalı da hər zaman gündəmdədir. Yəni artıq dünyanın yenidən fokuslandığı Yaxın Şərqdə tarixi bir “tragediya” özünü yenidən göstərir.

Bir tərəfdə də ABŞ-ın “ənənəvi”, yəni uzunmüddətli, çox tərəfli, dəyişkən və təhlükəli Yaxın Şərq siyasəti durur. 3 hissəyə bölünməsi hədəflənən İraqda bitib tükənməyən sui-qəsdlər baş verir. Digər tərəfdə isə İran və dostlarından illərdir gecə-gündüz qorxan və bəlkə də, buna görə, təcavüzkar, qatı və işğalçı ABŞ-ın himayəsində olan İsrail var. Başqa bir tərəfdə isə kiminlə dost, kiminlə düşmən olacağına heç cür qərar verə bilməyən, dəfələrlə ABŞ-ın saymadığı ölkələrlə çaxnaşmasına şərait yaradılan, indi də Rusiya ilə münasibətlərini normallaşdırmaq istəyən “dəlisov” Türkiyə... Qarışıq qüvvələrin “iqtidar” üçün çarpışdığı Suriya və daşların hələ tam yerinə oturmadığı, sabitliyin təmin edilmədiyi Liviya... Hər an yenidən partlamaq üzrə olan Sudanı da qeyd etmək laızmdır. 

Bütün bu qeyri-müəyyən görüntülər Yaxın Şərqin yeni mənzərəsi hesab edilir. Bu cür fırtınaların içinə Rusiya və Çinin də girməsi mənzərənin dəqiqliyini müzakirə etmək lazım gəlir. Bütün bu proseslər neft daha doğrusu, enerji və yollarının güvən altına alınması mənasına gəlir. Balansın hər an dəyişdiyi Yaxın Şərqdə ABŞ-ın illər əvvəl hazırladığı, sonra ölkələrin vəziyyətinə görə dəyişdirdiyi siyasətin mövqeyi çox önəmlidir. ABŞ isə bir güllə iki yox, daha çox dovşan vurmaq istəyir və bunu edir. 

Yaxın Şərqin partlamağa hazır bir bombaya bənzəməsinin bir çox səbəbi varkən, əslində, başda ABŞ və AB ölkələrindən bəziləri olmaqla, regionda var olan bütün dövlətlərin böyük günahlarının olduğu qeyd etmək lazımdır. Dünyadakı 54-ə qədər İslam ölkəsinin daxilində yerləşən 22 ərəb dövlətinin ayrı-ayrı siyasətlər güdməsi və mənfəətlərini və ya maraqlarını qorumağa çalışması ilə yanaşı, İsrailin daim tətikdə olması və həssas durumlardan özünə bir vəzifə yaratması onsuz da Yaxın Şərqin həmişə xaos içində qalmasına səbəb olur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar