Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tbilisidə etirazçılar parlamentin binası qarşısında çadırlar qurublar - Yenilənib,Foto

Tbilisidə müxalif partiyaların nümayəndələri parlament binası yaxınlığında yürüş keçiriblər...

Tbilisidə etirazçılar parlamentin binası qarşısındakı Rustaveli prospektində bir neçə çadır qurublar.

"Report"un yerli bürosu xəbər verir ki, aksiyaçıların bir qismi gecəni prospektdə keçirəcək.

Binanın bütün girişləri yaxınlığında da çadırlar qurulub.

Nümayişçilər parlament binası ətrafına gətirdikləri yumşaq oturacaqlarda əyləşiblər. Onlar deputatların parlamentin sabahkı plenar iclasında iştirak etmələrinə imkan verməyəcəklərini bildiriblər.


***

Tbilisidə etirazçılar parlamentin binasını bloklamağa başlayıblar.

"Report"un yerli bürosu xəbər verir ki, aksiyaçılar qanunverici orqanın girişlərindən birində çadır qurublar.

Etirazçılar çadırda gecələyəcəklərini bildiriblər. Aksiyaçılar qeyd ediblər ki, sabah deputatları parlamentə buraxmayacaqlar.


 ***

Tbilisidə etirazçılar Gürcüstan parlamentinin binası ətrafında canlı zəncir yaradıblar.

"Report"un yerli bürosu xəbər verir ki, aksiya iştirakçılarının bir qismi gecəni parlament qarşısında keçirəcək.

Mitinqə Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili də qatılıb. Onun sözlərinə görə, Gürcü Arzusu Partiyası insanları aldadıb və ölkə ictimaiyyəti bu təhqiri unutmayacaq.

Polis qanunverici orqanın bütün girişlərini nəzarətə götürüb. Etirazçıların sabah səhər saatlarında parlament binasınıbloklayacağı gözlənilir.

 ***

Gürcüstanın parlament binası qarşısında kütləvi aksiya davam edir.
"Report"un yerli bürosu xəbər verir ki, binanın önündəki Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.

Aksiyaçılar parlamentin qarşısına dəmir qəfəs gətiriblər. Qəfəsdən hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin fotoşəkli asılıb.

Etirazçılar bildiriblər ki, B.İvanişvili xalqı aldatmaqda davam etsə və vədlərini yerinə yetirməsə, o, belə qəfəsə düşəcək.

Aksiyada həmçinin B.İvanişvilinin fotoşəklinin olduğu müqəvva başıaşağı salladılıb.

APA-nın yerli bürosu xəbər verir ki, Tbilisidə Birinci Respublika meydanına toplaşan Vahid Milli Hərəkat, Avropalı Gürcüstan partiyalarının liderləri və tərəfdarları, eləcə də müstəqil millət vəkilləri parlamentə doğru yürüş ediblər.

Etirazçılar parlament binasını yenidən mühasirəyə alacaqlarını və parlamentin sabahkı plenar iclasa millət vəkillərini buraxmayacaqlarını bildiriblər.

pia.az


Etiket: Tbilisi aksiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar