Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblərdə baş verən kriminal hadisələr və psixoloqların məsuliyyəti...

Sovet dönəmi ilə müqayisədə məktəbdə nələr dəyişib və məktəb psixoloqları öz vəzifələrinin öhdəsindən gələ bilirlərmi?

Təhsil eksperti: “Hazırda məktəb psixoloqlarının gördüyü işlər göz qabağındadır. Baş verən kriminal hallar onların işlərinin öhdəsindən necə gəldiklərinin bariz nümunəsidir”.

“Sovet təhsil sistemində istər orta ümumtəhsil, istərsə də ali təhsildə bir tələbkarlıq vardı. O dövrün insanları kortəbii deyil, istəkli formada təhsil almaqda maraqlı idilər. Amma indiki dövrdə tamamilə ziddiyyət var”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi son zamanların aktual mözvusu olan məktəblə psixoloq məsələsini PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar məktəblərdə psixoloq məsələsi aktuallaşıb. Sovet dönəmində məktəblərdə psixoloq anlayışı olmasa da, indi günümüzün əsas mövzularından birinə çevrilb. Buna baxmayaraq məktəblərdə kriminal hadisələr də günü-gündən çoxalmaqdadır və məktəblilər arasında kriminala meyl də artmaqdadır.

Bildiyimiz kimi Təhsil Nazirliyinin təklifi əsasında "Təhsil haqqında qanun"a psixoloji xidmətin təşkili ilə bağlı yeni maddə əlavə edilib, məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək qaydalar layihəsi hazırlanıb.

Bu qaydalar layihəsi təsdiq edildikdən sonra məktəb psixoloqlarının lazımi adekvat, vahid alətlərlə təmin edilməsi istiqamətində işlər görülməli, mövcud xarici testlərin standartlaşdırılması məsələsi həll edilməlidir. İslahatların uğurla həyata keçirilməsi həm də psixoloji xidmətin təşkilindən asılıdır.

Sovet dönəmi ilə müqayisədə nələr dəyişib və məktəb psixoloqları öz vəzifələrinin öhdəsindən necə gəlirlər? Ümumiyyətlə məktəblərdə psixoloqların sayı və təcrübələri Azərbaycan məktəblərini tam əhatə etmək üçün yetərlidirmi?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Bəzi məktəblərdə olan psixoloqların özlərinə psixoloq lazımdır. Biz onlardan vəzifələri barədə soruşsaq bilməyəcəklər”.

Bir çox orta ümumtəhsil müəssisələrində psxioloq çatışmazlığının olduğunu nəzərə çatdıran təhsil eksperti əlavə edib ki, ya da mövcud psixoloq vakansiyası üzrə vəzifəni əslində həmin ixtisas sahibi daşımır. Bu da ciddi fəsadlara yol açır:

“Biz Sovet dönəmi ilə indiki dönəmi müqayisə etsək, görərik ki, ortaya çoxsaylı dəyişikliklər çıxır. Sırf təhsil yönümündən məsələyə baxsaq burada da dəyişiklikləri görərik. Sovet təhsil sistemində istər orta ümumtəhsil, istərsə də ali təhsildə bir tələbkarlıq vardı. O dövrün insanları kortəbii deyil, istəkli formada təhsil almaqda maraqlı idilər. Amma indiki dövrdə tamamilə ziddiyyət var.

Müasir dövrdə təhsil sistemlərinin dəyişməsi, yeni təlim və tədris metodlarına keçilməsi mütərəqqi addımlar olsa da, özləri ilə problemləri də gətirdikləri qaçılmaz olur. İndi biz qloballaşan və hər tərəfli informasiyaya, informasiya texnologiyalarına bürünmüş bir dünyada yaşayırıq. Bu da öz növbəsində çoxsaylı problemləri özündə əks etdirir ki, onlardan biri də məhz kriminogen durumun olmasıdır.

Şagirdlərin dərsdən çox, əyləncəyə, oyunlara, söz-söhbətə marağı var. Bütün bunlar da orta ümumtəhsil müəssisələri rəhbərlərindən, məsul şəxslərindən ciddi və diqqətli olmağı tələb edir. Məktəblərdə şagirdlərlə sosial, psixoloji söhbətlərin aparılması zərurəti daha da artır. Amma təssüf ki, bir çox orta ümumtəhsil müəssisələrində psxioloq çatışmazlığı mövcuddur. Və ya mövcud psixoloq vakansiyası üzrə vəzifəni əslində həmin ixtisas sahibi daşımır. Bu da ciddi fəsadlara yol açır.

Elçin Əfəndi: “Hər bir məktəbdə psixoloqların olması üçün çatışmazlıq varsa, Təhsil Nazirliyi bu barədə ali məktəblərin müvafiq ixtisasları üzrə plan yerlərinin artırılması üzrə Nazirlər Kabinetinə müraciət etməlidir”.

Bilirsiniz ki, ali təhsil müəssisələrində belə bir ixtisas mövcuddur: “Təhsildə sosial-psixoloji xidmət”. Amma bu ixtisasa maraq olduqca azdır. İxtisas üzrə oxumaq istəmirlər. Səbəb kimi də harada işləyəcəyik ki, bu ixtisasla? sualı qarşısında qalırlar. Halbuki dediyimiz faktlar üzrə elə məhz bu ixtisas sahibləri məşğul olmalıdırlar. Bu ixtisaslar Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Qızlar Univeristetində mövcuddur. Amma ixtisasın tanıtımı yoxdur. İxtisaslar bağlı təhsil menecerləri ictimaiyyətə informasiya verə bilmirlər və təbliğatı aparılmır.

Fikrimcə, bu üzərində dayanılacaq məsələdir. Təhsil Nazirliyi, ASAN xidmət müəyyən qədər məktəblərin işinə dəstək üçün məktəblinin dostu layihəsi çərçivəsində addımlar atırlar. Amma bizə lazım olan məktəbdə güclü, ixtisaslı psixoloqların, sosioloqların olmasıdır. Hazırda məktəb psixoloqlarının gördüyü işlər göz qabağındadır. Baş verən kriminal hallar onların işlərinin öhdəsindən necə gəldiklərinin bariz nümunəsidir. Təcrübələri yox və ya bayaq dediyim kimi ixtisaslı kadr deyillər. Başqa sahənin adamlarıdır və o vəzifəni tutublar. Ona görə mövcud durumda orta məktəb psixoloqlarının işinin səmərəliliyini çox aşağı qiymətlənidirirəm.

Vicdanla iş görənlər təbii ki, azlıq təşkil etdikləri üçün onlar barmaqla sayılacaq dərəcədə azdırlar.

Bütün bunları nəzərə aldıqda demək olar ki, məktəb rəhbərləri özləri məhz psixoloq seçimlərində diqqətli olmalı, hətta Təhsil Nazirliyi hər bir məktəbdə psixoloqların olması üçün çatışmazlıq varsa, bu barədə ali məktəblərin müvafiq ixtisasları üzrə plan yerlərinin artırılması üzrə Nazirlər Kabinetinə müraciət etməlidir. Gülməli səslənsə də, mən bunu deyəcəm. Bəzi məktəblərdə olan psixoloqların özlərinə psixoloq lazımdır. Biz onlardan vəzifələri barədə soruşsaq bilməyəcəklər. Məsələn onların hər biri Azərbaycan Respublikasının Təhsil Qanununu, insan hüquqları və azadlıqları qətnaməsini, uşaq hüquqları haqqında konvensiyanı, uşaq və yeniyetmələrin təlim və tərbiyəsi haqqında normativ sənədləri, əməyin mühafizəsi, sağlamlığının qorunması, ümumi psixologiyanı, pedaqoji psixologiyanı və ümumi pedaqogikanı, şəxsiyyətin psixologiyasını, sosial psixologiyanı, uşaq və yaş psixologiyasını, fərdi və qrup məsləhətinin müasir metodlarını, uşağın normal və anormal inkişafının diaqnostikası və korreksiya metodlarını bilməlidirlər. Amma baxsaq ki, bilmirlər. Elə isə niyə onlar o vəzifədədirlər? Bu isə qaranlıq məqamdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar