Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pərviz Şahbazov Ağ Evin nümayəndəsi ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Vels Qriffit ilə görüşüb...

ABŞ-da səfərdə olan Energetika naziri Pərviz Şahbazov Ağ Evin Milli Təhlükəsizlik Şurasında Beynəlxalq İqtisadiyyat, Enerji və İqlim üzrə Baş direktoru Vels Qriffit ilə görüşüb.

Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edilib. Enerji sahəsində tərəfdaşlığın töhfələri kimi “Əsrin müqaviləsi”nin, BTC və Cənub Qaz Dəhlizi layihələrinin enerji təhlükəsizliyinin təminatında və enerji təchizatının şaxələndirilməsindəki strateji rolundan bəhs edilib.

P.Şahbazov deyib ki, 25 illiyi qeyd edilən “Əsrin müqaviləsi”nin imzalanmasında ABŞ şirkətlərinin də təmsil olunub.

"ABŞ şirkətlərinin də təmsil olunduğu “Əsrin müqaviləsi”nin imzalanması ilə ümummilli lider Heydər Əliyevin neft strategiyasının əsası qoyulub, bununla da Azərbaycan enerji tədarükçüsünə çevrilib. Azərbaycanın bölgədə sabitlik və inkişaf üçün mühüm əhəmiyyət daşıyan enerji sahəsində bütün təşəbbüsləri həmişə ABŞ-ın ardıcıl dəstəyi ilə təmin olunub. Biz bu dəstəyi bu gün də “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında həyata keçirilməsində görürük. Bu dəstəyə görə Azərbaycan hökuməti adından ABŞ hökumətinə təşəkkür edirəm”, deyə nazir bildirib.

Azərbaycanın qlobal enerji təhlükəsizliyi məsələlərində rolunu xüsusi qeyd edən Ağ Ev rəsmisi Azərbaycanla bu sahədə əməkdaşlığın yüksək qiymətləndirildiyini vurğulayıb. Görüşdə, həmçinin energetika sektorunda islahatlar prosesi, bərpa olunan enerji sahəsinin inkişafı ilə əlaqədar planlar müzakirə edilib. ABŞ-ın bərpa olunan enerji sahəsində təcrübəsinin öyrənilməsinin vacibliyi bildirilib. Vels Qriffit ABŞ-ın zəngin təcrübəyə, texniki imkanlara və müasir laboratoriyaya malik enerji departamenti ilə əməkdaşlığın səmərəli olacağını diqqətə çatdırıb. Görüşdə iki ölkə arasında enerji əməkdaşlığının perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar