Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Merkel hökuməti Rusiyaya “satılıb?” 

ABŞ-da lobbi fəaliyyətinə dair kəşfiyyat sənədləri yayıldı...

“Şimal axını – 2” ətrafında vəziyyət qızışır. İndi Almaniyanın qaz kəmərinə dəstək kampaniyası Avropanın xüsusi xidmət orqanlarından birini də aktivləşdirib. Bu barədə “Bild” tabloidi məlumat verir. Qərbi Avropanın xüsusi xidmət orqanlarından birinin sənədi nəşrin əlinə keçib.

Həmin sənəddə “Şimal axını – 2” ilə əlaqədar Almaniya hökumətinin ünvanına ciddi ittihamlar səslənib. İddialara əsasən, “Qazprom”un törəmə şirkəti “Almaniya hökumətini Vaşinqtonda lobbi fəaliyyəti ilə məşğul olmağa inandıra bilib”. Jurnalist Yulian Röpke sənədə istinadən yazır ki, “Nord Stream 2 AG” şirkəti kanslerin ofisi ilə yaxşı əlaqə qurub və “Şimal axını -2” ilə bağlı ABŞ-a qarşı Almaniya hökumətinin dəstəyini qazana bilib. Guya Angela Merkel sanksiyalara mane olmaq üçün şəxsən “Vaşinqtona adam göndərib ki, Konqresi mümkün tədbirləri təxirə salmağa razı sala bilsin”.

Belə ki, dekabrın 31-dək qaz kəmərinin tikintisində iştirak edən müəssisələrə qarşı sanksiya tətbiq edilsə, layihə daha 5 il uzana bilər. Amerika cəza tədbirləri həyata keçirməsə, boru kəməri gələn il istismara tam hazır olacaq. Xüsusi xidmət orqanı tabloidə açıqlamasında qeyd edib ki, mövcud vəziyyətdə söhbət “ilkin mənbədən əldə edilmiş etibarlı informasiyadan” gedir.

Aprel ayında “Bild” məlumat vermişdi ki, bu ilin mart ayında Almaniyanın Vaşinqtondakı səfiri Emili Haber Konqresin bir neçə üzvünə, o cümlədən Respublikaçılar partiyasının nüfuzlu senatorlarına məktub yazıb.

Səfir məktubda ABŞRusiyaya qarşı sanksiya siyasətini sərtləşdirməyə çağırıb. “Hazırda Konqresin energetika sahəsində Rusiyaya qarşı yeni sanksiya paketini nəzərdən keçirməsi bizi narahat edir”, - məktubda deyilir.

Əldə edilən məlumata əsasən, o vaxtdan bəri Haber mövzu ilə bağlı Ticarət və Energetika Komitəsinin üzvü Eliot Engel (Eliot Engel) də daxil olmaqla Demokratlar Partiyası ilə çoxsaylı danışıqlar aparıb. Haber Engele bildirib ki, ABŞ-ın qaz layihəsinə qarşı sanksiyaları “transatlantik birliyə təhlükə kəsb edir”.

Almaniyanın Xarici İşlər Nazirliyi səfirin amerikalı siyasətçi ilə görüşdüyünü təsdiqləyib. Digər görüşlər kimi bu danışıqlar da federal hökumətin “Şimal axını – 2” layihəsinə qarşı sanksiya istəyinə mənfi münasibətini bildirmək məqsədilə aparılıb. Məlum olub ki, Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer bugünün özündə də ABŞ rəsmilərinə mütəmadi olaraq məktub göndərir, istənilən yolla sanksiyaların həyata keçirilməsinin qarşısını almağa çalışır. Nəşr xüsusi xidmət orqanının ittihamları ilə bağlı həm nazirliyə, həm kanslerin ofisinə sorğu göndərib. Hər ikisi bildirib ki, hökumət və dövlət nümayəndələri ilə müxtəlif məsələlərlə bağlı qarşılıqlı fəaliyyət nazirliyin tapşırıqlarına daxildir. Beləliklə, federal hökumətin gözündə “Şimal axını -2” ilə bağlı arqumentlər və atılan addımlar tamamilə normal hesab edilir.

Lakin digər Avropa ölkələri və Avropa Komissiyası başqa fikirdədir. Avropalı məmur “Bild”-ə açıqlamasında bildirib ki, mövcud halda Almaniya “Kremlin dəlillərindən” istifadə edir. (...) Onun sözlərinə görə, Almaniya hökuməti yumşaq şəkildə olsa da, Kremlin tərəfini tutur. “Əgər bu, normaldırsa, onda mən öz işimi ata bilərəm”, - deyə o əlavə edib.(Tərcümə: Xpresse.net)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar