Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Matviyenko rus dilinə olan diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko rus dilinə olan diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib...

“APA”-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə o, Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumda çıxışı zamanı bildirib.

Rusiya-Azərbaycan əməkdaşlığında humanitar əlaqələrin xüsusi rol oynadığını vurğulayan V. Matviyenko deyib ki, Bakı Slavyan Universitetində rus dilinin öyrənilməsi, slavyan xalqlarının adət-ənənələri və mənəvi dəyərlərinin qorunub saxlanması istiqamətində böyük işlər həyata keçirilir.

Rusiya Federasiya Şurasının sədri Azərbaycanda M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin, İ. M. Seçenov adına Moskva Dövlət Birinci Tibb Universitetinin filiallarının fəaliyyət göstərdiyini və təxminən 400-ə yaxın məktəbdə tədrisin rus dilində aparıldığını da qeyd edib.

“Biz hər zaman rus dilinə bu qədər diqqətli münasibətinə görə Azərbaycan rəhbərliyinə təşəkkür edirik”, - deyə V. Matviyenko vurğulayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar