Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail bir ildə üçüncü seçkiyə hazırlaşır: Hökümət böhranı necə sonlanacaq?  

İsraildə üçüncü seçkilərin keçirilməsi qüvvələr nisbətində dəyişiklik yarada biləcəkmi?..

Politoloq: “İsraildə bu il ərzində baş tutmuş iki seçki koalisiya hökumətinin qurulması planlarının uğursuz olması ilə müşayiət olunmaqdadır. Artıq bu il üçüncü seçkinin keçirilməsi ehtimalı gündəmdədir”.

İsrail analitikləri və əhali ümid edir ki, qarşıda 19 gün vaxt var və bu müddətdə koalisiyon hökumətin qurulması şansı reallığa çevrilə bilər”.

Bu sözləri politoloq Nəzakət Məmmədova İsraildə hökümət qurmaqla bağlı yaşanan siyasi böhranı və nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

İsraildə hökümət qurmaqla bağlı siyasi böhran yaşanmaqdadır. Bu il aprelin 9-da keçirilmiş parlament seçkisində indiki baş nazir Benyamin Netanyahunun Likud Partiyası üstün gəlsə də, hökumət qurmaq mümkün olmayıb və parlament özünü buraxaraq təkrar seçkiyə qərar verib.17 sentyabr seçkisinin nəticələri təsdiqlənəndən sonra yeni hökumətin qurulması Benyamin Netanyahuya həvalə olunub. Baş nazir bu işin öhdəsindən gələ bilmədiyi üçün prezident Reuven Rivlin hökumət qurmağı Beni Qantsa tapşırıb. Onun hökumət qurmaq üçün vaxtı noyabrın 21-də bitib.

Bütövlükdə ölkədə qeyri-müəyyən siyasi vəziyyət yaranıb. Əgər koalisiya alınmasa, üçüncü dəfə seçki olmalıdır ki, bunu da israillilər istəmirlər. Çünki onlar bu proseslərdən artıq cana gəliblər. Xüsusilə 10 ildir B.Netanyahunun baş nazir olmasından bezdiklərini deyirlər. Bu səbəbdən ekspertlər hesab edirlər ki, Prezident Reuven Rivlin öz nüfuzundan istifadə edib, B.Netanyahu ilə B.Qantzın koalisiya yaratmasına çalışacaq. KİV-də yayılan məlumatlara görə, artıq bu istiqamətdə müəyyən addımlar da atılıb. Bir sıra ssenarilərdən bəhs edirlər.

İsraildə hökümət böhranı necə sonlana bilər və yeni və üçüncü seçkilərin keçirilməsi qüvvələr nisbətində dəyişiklik yarada biləcəkmi? Ümumiyyətlə İsrailin siyasi sistemi və siyasi partiyaları, o cümlədən eloktran kütləsi barədə hansı məlumatları vermək olar?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Netanyahu Qantsı İsrailin ərəb partiyaları ilə koalisiya barədə danışıqlar aparmaqda ittiham edərək, onu seçicilərə verdiyi vədlərə xilaf çıxmaqda ittiham edib”.

Hər iki partiyaya - həm Likuda, həm Kaxol - Lavana Libermanın “Bizim evimiz - İsrail” partiyasının dəstəyi olarsa, koalisiyon hökumətin təşkili mümkün olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, Netanyahu və Qantsın şəxsi münasibətlərinin gərgin olması siyasi dialoqa imkan vermədiyinə görə bir neçə deputata sahib olmasına Libermanın partiyası əsas açar rola sahiblənib:

“İsraildə bu il ərzində baş tutmuş iki seçki koalisiya hökumətinin qurulması planlarının uğursuz olması ilə müşayiət olunmaqdadır. Artıq bu il üçüncü seçkinin keçirilməsi ehtimalı gündəmdədir. Məlum olduğu kimi Netanyahu və Hans yeni kabinetin formalaşması şərtlərinə dair razılığa gələ bilməyiblər və beləliklə də, böhran vəziyyəti davam etməkdədir.

Netanyahu Qantsı İsrailin ərəb partiyaları ilə koalisiya barədə danışıqlar aparmaqda ittiham edərək, onu seçicilərə verdiyi vədlərə xilaf çıxmaqda ittiham edib. Üstəlik, “Bizim evimiz - İsrail” partiyasının lideri Aviqdor Liberman da onlardan heç birisinə ayrı-ayrılıqda qoşulmayacağını bəyan edərək, hər iki siyasətçini destruktivlikdə ittiham edib və böhranın uzanmasında təqsirləndirib, onların fəaliyyətinin ölkəni üçüncü seçkiyə sürüklədiyini vurğulayıb.

Halbuki, İsraildə düz bir ildir ki, davam edən siyasi böhran məhz “Bizim evimiz - İsrail” partiyasının hakim koalisiyadan çıxması ilə başlamışdı. Netanyahu ilə Fələstin məsələsində ciddi fikir ayrılığı yaşayan Liberman Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatlar keçirəmək planı irəli sürsə də, Netanyahunun bunu qəbul etməməsi kabinetdə parçalanmaya səbəb olmuşdu.

Nəzakət Məmmədova: “Aviqdor Liberman da onlardan heç birisinə ayrı-ayrılıqda qoşulmayacağını bəyan edərək, hər iki siyasətçini destruktivlikdə ittiham edib və böhranın uzanmasında təqsirləndirib, onların fəaliyyətinin ölkəni üçüncü seçkiyə sürüklədiyini vurğulayıb”.

Həmin vaxt Liberman İsrail hökumətinin müdafiə naziri postunu tuturdu və onun hökumətdən istefa verməsindən sonra Netanyahu məcbur olaraq bir neçə nazir potrfelinə özü yiyələnməli olmuşdu, lakin bu vəziyyət uzun müddət davam edə bilməzdi və hökumət növbədənkənar parlament seçkiləri təyin etməyə məcbur oldu.

Netanyahunun “Likud” partiyası lider oldu və 120 yerlik parlamentdə 35 yer qazandı. Lakin hökumətin formalaşmaması parlamentin buraxılması ilə nəticələndi. İkinci seçkilər sentyabrda oldu və bu dəfə bildiyimiz kimi Likud bir qədər geriləyərək 32 yer əldə etdi, Qantsın “Kaxol - Lavan” partiyası 33 səs qazanaraq ən lider mövqeyə yüksəldi. Lakin hökuməti qurma səlahiyyəti olsa da, onun koalisiya cəhdləri də uğursuz oldu.

Hər iki partiyaya - həm Likuda, həm Kaxol - Lavana Libermanın “Bizim evimiz - İsrail” partiyasının dəstəyi olarsa, koalisiyon hökumətin təşkili mümkün olsa da, Liberman inadından dönmür və nəticədə, hökumət böhranı davam edir. Netanyahu və Qantsın şəxsi münasibətlərinin gərgin olması da siyasi dialoqa imkan vermir və burada həlledici rolu Liberman oynaya bilərdi. Lakin hələ ki, proses uzanır. Yeni seçkilər isə ölkə büdcəsinə böyük xərclər hesabına başa gələcək. İsrail analitikləri və əhali ümid edir ki, qarşıda 19 gün vaxt var və bu müddətdə koalisiyon hökumətin qurulması şansı reallığa çevrilə bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar