Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəyanətdə suçlanan Fəxrəddin Abbasovdan yeni xəbər – Vaxt açıqlandı

Noyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlətinə xəyanətdə ittiham edilən Fəxrəddin Abbasovun işi ilə bağlı anket məlumatları dəqiqləşdirilib...

Hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə cinayət işi üzrə məhkəmənin qapalı keçirilməsi qərara alınıb. Məhkəmənin baxış iclası noyabrın 28-ə təyin edilib.

Rəsmi məlumata əsasən, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlu (özünü Fəxrəddin Aboszadə kimi təqdim ediridi-red.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib.

Bildirilib ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində həbs qətimkan tədbiri seçilib.

Abbasov Fəxrəddin Fərman oğlu Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış və istintaqa cəlb edilib.

Məlumatda qeyd edilib ki, hazırda Azərbaycan Respblikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Ermənistan Respublikasına səfərləri, özünün də bildirməsinə görə Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistan Respublikasında keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir.

Qeyd edək ki, ictimaiyyətə Fəxrəddin Aboszodə kimi tanınmış Fəxrəddin Abbasovun dəfələrlə Ermənistanda olduğu, orada keçirilən müxtəlif tədbirlərdə Azərbaycan dövləti əleyhinə çıxışlar etdiyi, Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlar səsləndirdiyi barədə dəfələrlə məlumatlar, videolar yayılıb. Onun Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələrinin olduğu barədə də hələ Azərbaycandan Rusiyaya getdiyi dövrlərdə məlumatlar yayılmışdı.

2016-cı il fevralın 27-də isə İrəvanda Ani Plaza Otelində “Azərbaycanın yerli xalqları: reallıq və perspektivlər” mövzusunda keçirilən tədbirə skaypla qatılan Fəxrəddin Aboszadə ermənilərlə birlikdə azərbaycanlıların və türklərin əleyhinə danışıblar. Tədbirin videosu erməni kəşfiyyatının layihəsi olan “Talyshistan Tv” adlı youtube kanalında yayılıb.

Azərbaycanda yaşayan talışların təmsilçiləri bu adamı satqın və xain saydıqlarını dəfələrlə bəyan ediblər.

Əvvəllər bəzi adamlar ona cinayət işi açılmasını siyasiləşdirməyə cəhd etsələr də cəhdlərinin əbəs olduğunu özləri də dərk edib geri çəkildilər.

İnsanlar müxtəlif siyasi baxışlara, fərqli düşüncələrə sahib ola bilərlər, lakin xalqın, dövlətin maraqlarından söhbət düşəndə bütün mövqelər birləşməli, dövlət və xalqın mənafeyi hər şeydən üstün tutulmalıdır. Əgər bir insan bu ali keyfiyyətlərdən məhrumdursa və dövlətə xəyanət yolunu tutubsa, o, ən ağır cəzaya məhkumdur.

Hüquqşünaslar isə bildirirlər ki, F.Abbasovun əməllərinin Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələri ilə tövsif olunması o deməkdir ki, onun barəsində ən azı 15 il azadlıqdan məhrum etmə hökmü çıxarılması gözlənilir. Ona ömürlük azadlıqdan məhrumetmə cəzası da kəsilə bilər. (“Yeni Müsavat”)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar