Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin probleminə çevrilən “Sürix protokolları”

Ermənistan “tarix komissiyası” təklifindən qaçır?..

Gülseren Aytaş

“Cumhuriyet” qəzeti, Türkiyə, 22 noyabr 2019-cu il

BBC-nin verdiyi xəbərə görə, Tramp-Ərdoğan görüşündə iştirak edən senat Lindsi Qraham “erməni soyqırımı” layihəsinin ABŞ Senatında səsverməyə çıxarılmasına mane olub və deyib ki, Türkiyə ilə Ermənistanın bu problemi həll edəcəyinə ümid bəsləyir. Həmçinin, xəbərdə qeyd olunur ki, prezident Ərdoğan da: “Ortaq tarixi komissiya qurulması ilə bağlı təklifimiz hələ də keçərlidir”, deyib.

Təssüf ki, Türkiyədə “Ermənistan ortaq tarixi komissiya təklifindən qaçır”, kimi yanlış bir düşüncə yayılıb. Lakin reallıq budur ki, Ermənistan tarixi komissiya təklifindən qaçmayıb, əksinə özü bunu israrla istəyib. Ermənistanın sabiq prezidenti Köçəryan Türkiyənin bu təklifini 25 aprel 2005-ci il tarixli cavabı ilə dərhal qəbul etmişdi. Üstəlik, təklifin əhatəsini genişləndirərək “əsas şərt kimi” diplomatik münasibət və “hökümətlərarası komissiya” qurulmasını istəyib.

- Burada “əsas şərt” ifadəsi 1921-ci il Qars müqaviləsini heçə saymaq, soyqırım iddiasından əl çəkməmək, Qarabağı tərk etməmək mənasına gəlir.

- “Hökumətlərarası komissiya” sözünün mənası nə idi? Köçəryandan Ərdoğanın təklifini niyə rədd etdiyi soruşulduqda o, hökümətlərarası komissiyanın mənasını belə izah edib: “Təəssüf ki, cavabını bilmirsiniz. Ərdoğana yazdığım məktubda bildirdim ki, bütün problemlər qurulacaq hökümətlərarası komissiya tərəfindən nəzarətə götürüləcək və bu tarixçilərin iştirakını da əhatə edəcək”.

- Ermənistanın heçə saymaq istədiyi 1921-ci il Qars müqaviləsi nədir? Bu, Atatürkün vaxtında Türkiyə, Ermənistan, Gürcüstan və Azərbaycan arasında 13 oktyabr 1921-ci il tarixində imzalanan bir müqavilədir və 98 ildir qüvvədədir. Ulu öndər Atatürk Qars müqaviləsi ilə bağlı deyib:

“Erməni məsələsi adlanan və erməni millətinin qeyri-real istəklərindən çox, dünya kapitalistlərinin iqtisadi maraqlarına görə həll edilməsi nəzərdə tutulan məsələ Qars müqaviləsi ilə ən doğru şəkildə həll edildi”.

İndi isə Ermənistan bu müqavilə ilə çəkilən Türkiyə-ErmənistanAzərbaycan-Ermənista­n sərhədlərini tanımağı rədd edir, torpaqları və soyqırıma məruz qaldığını iddia edir və Azərbaycan torpaqlarının 1/5-ni işğal altında saxlayır. Halbuki, Ermənistan sərhədi müəyyənləşdirən və qarşılıqlı olaraq razılaşma əldə edən Qara müqaviləsindən asılıdır və keçərliliyini müzakirə etmək hüququna malik deyil.

Təəssüf ki, Türkiyə Ermənistanın məktubunda qeyd edilən “əsas şərt olan diplomatik münasibət” və “hökumətlərarası komissiya” tələblərini 2009-cu ildə imzaladığı “Sürix protokolları” ilə qəbul etmişdi. Buna əsasən, hökumətlərarası komissiyaya bağlı olan tarix alt komissiyası və digər alt komissiyalar qurulacaq. Ermənistan bu komissiyalara soyqırım, bəşəriyyətə qarşı cinayət və təzminat tələbləri daxil olmaqla, hər cür iddia və tələblərini gətirə biləcək, Türkiyə qəbul etmədiyi təqdirdə məsələni beynəlxalq məhkəmələrə daşıya biləcək və Türkiyə Beynəlxalq Ədalət Məhkəməsində cəzalandırılacaq. Protokollar 1921-ci il Qars müqaviləsinə uyğun olmayan, yeni bir millətlərarası müqaviləsi şəklində hazırlanıb.

Ermənistan Konstitusiya Məhkəməsi bu protokolları vaxt itirmədən təsdiqləyib.

Yerevandan Türkiyəyə göndərilən mesajlar qısaca belə idi: “Qarabağa qarışmayın... Protokollara sadiq qalın və mətnləri təsdiqləyin”. Avropa Parlamentindən çıxan 15 aprel 2015-ci il tarixli qərar da eyni yöndədir: “Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların əsas şərt olmadan təsdiqlənməsi və tətbiq edilməsi israrla tövsiyə edilir”.

Türkiyə bu dəhşətli müqaviləni bu vaxtadək təsdiq etməyib. Hətta “Ermənistan prezidenti Sarkisyanın Sürix protokollarını ləğv etdiyi açıqlandı” xəbərinə görə, Türkiyə Respublikası Xarici İşlər Nazirliyi bildirib ki, Ankara protokolların əsas qərarlarına bağlılığını mühafizə edir. Hal-hazırda Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin verdiyi: “Protokollar təsdiq edilmək üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib”, açıqlaması hələ də davam edir. “Ermənistan qaçır” düşüncəsi Türkiyəni Ermənistanın və arxasındakı dövlətlərin hədəflədiyi yola doğru sürükləyir.

Heç olmasa bundan sonra ulu öndər Atatürkün əmanəti olan 1921-ci il Qars müqaviləsini gündəmə gətirmək və Ermənistanın tarix komissiyası təklifindən və ya protokollardan qaçmadığını, əksinə protokolları təsdiqləməsi üçün Türkiyəyə beynəlxalq təzyiq göstərdiyini bilmək lazımdır.

Türkiyə nə etməlidir?

1. Konstitusiya və 1921-ci il Qars müqaviləsinə zidd olan Sürix protokollarının TBMM tərəfindən təsdiqlənməsi ilə bağlı qanun təklifini geri çəkməli, protokolların keçərsiz olduğunu elan etməlidir.

2. Beynəlxalq müqavilələrin Türkiyə Respublikası Konstitusiyasına uyğun olub olmadığını yoxlamaq üçün lazımi konstitusiya dəyişikliyi edilməlidir.

3. Ermənistanla bundan sonra imzalanacaq hər cür müqaviləyə və o müqavilənin təsdiqinə “1921-ci Qars müqaviləsinə zidd olaraq izah edilə və tətbiq edilə bilməz” şəklində bir maddə əlavə edilməlidir.

4. Xarici ölkə parlamentlərinin Türkiyə əleyhinə “soyqırım qərarı/qanunu” qəbul etməsi qarşısında türk millətini təmsil edən TBMM də o ölkələrdə əleyhinə qınama qərarı/qanunu qəbul etməlidir.

Nəticə: Türkiyə 1921-ci il Qars müqaviləsini müzakirəyə çıxarılmasına şərait yaratmamalıdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar