Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nəsimi ili" ilə bağlı 650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb

""Nəsimi ili" ilə bağlı 650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb"...

 

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. Onun sözlərinə görə, xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir:

"Harada hansı ağacların əkilməsi müəyyənləşib. Ağacların böyük hissəsi magistral yolların kənarında əkiləcək". 

 F.Əliyev bildirib ki, xəritədə yer alan ərazilərdə nazirliyin tinglik təsərrüfatlarında yetişdirilən 50 növə yaxın ağac əkiləcək:

"Yaxın günlərdə ağac əkiminə başlanacaq. Bal verən nektar ağacların əkilməsinə üstünlük veriləcək. Eyni zamanda, Suraxanı rayonu, keçmiş Yod-brom zavodunun ətrafında çirklənmiş 100 ha sahənin nazirlik tərəfindən təmizlənərək bərpa edilməsi və orada da ağac əkilməsi nəzərdə tutulub". 

Nazir müavini vurğulayıb ki, həmin gün ən çox ağac Nəsiminin anadan olduğu Şamaxı rayonunda əkiləcək:

“Bir gündə 650 min ağacın əkilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə dəqiq tarix ictimaiyyətə açıqlanacaq. Ağacların əkilməsi ilə yanaşı onlara qulluq edilməsi də vacib məsələlərdəndir. İctimai nəzarət nə qədər güclü olsa o qədər məsuliyyət artacaq".

F.Əliyev qeyd edib ki, ağacəkmədə iştirak edən qurumlar tinglərə aqrotexniki qulluğu özləri həyata keçirəcək:

"Artiq Sabirabadda, Şamaxıda damcılı suvarma şəbəkəsi çəkilib. Həmin şəbəkənin çəkilməsi o ərazidə əkilən ağaclarda bitiş faizinin yüksək olması deməkdir. Nazirlik mütəmadi şəkildə ağac əkiləcək ərazilərə Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının fəalları ilə birgə nəzarət tədbirləri həyata keçirir".




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar