Bakı-Sumqayıt dəmir yolunun Xırdalan və Biləcəri hissələrində nasazlıq yaranıb...
PİA.az “Yeni Sabah”-a xəbər verir ki, bu gün 9.05-də yola düşməli olan qatarın maşinisti sərnişinləri texniki nasazlıqla bağlı xəbərdar edib.
O, bildirib ki, nasazlıq üzündən qatar nəzərdə tutulan vaxtda yola düşə bilmir. Bələdçi isə bildirib ki, qatar nasazlıq aradan qaldırılandan sonra yola düşəcək.
Təxminən 10 dəqiqə sonra qatar yola düşüb.
pia.az