Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslahatlar və Azərbaycandan xaricə axan kapital...

Sərmayələrin ölkədən çıxmaması və daxili istehsala yönləndirilməsində hansı problemlər var və son iki ildə aparılan iqtisadi islahatlar bu sahədə hansı problemlərin həllinə yol açıb?

İqtisadçı: “Sahibkarlıq subyektlərinin xaricə sərmayə çıxarması başa düşüləndir. Çünki sərmayə çıxarılan ölkələrdə biznes mühiti Azərbaycandan daha yaxşıdır”.

Məmur sahibkarlığı daha çox korrupsiyaya bulaşır və müxtəlif mexanizmlərlə ilə büdcə vəsaitlərini silirlər. Adətən mənimsəmiş vəsaitlər izi itirmək üçün dövlət investisiya layihələrindən pul silmiş vəzifə sahibləri tərəfindən xaricə çıxarılır”.

Bu sözləri tanınmış iqtisadçı Nazim Bəydəmirli Azərbaycandan xaricə özəl sərmayə axınının davam etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə Azərbaycana cəlb olunmuş investisiyaların repatriasiyasının həcmi 2019-cu ilin II rübündə 655 mln. ABŞ dolları (USD) təşkil edib.

Cari ilin ilk rübündə isə bu 741 mln. ABŞ dolları təşkil edib. Beləliklə ilk yarımillikdə kapital axının həcmi 1 milyard 396 milyon ABŞ dolları təşkil edib.

Onu da qeyd edək ki, geridə qoyduğumuz 2018-ci ilin III rübü və IV rübü üzrə yalnız AMB açıqlamalar verib. O açıqlamalarda qeyd edilirdi ki, III rübdə 687 mln. dollar və IV rübdə isə 756 mln. dollar kapital Azərbaycandan xaricə axıb.

Ölkədə real iqtisadiyyatın daxili mənbələrdən maliyyələşməsi demək olar ki, çox aşağı səviyyədədir. Eyni zamanda göründüyü kimi Azərbaycandan xaricə özəl sərmayə axını davam edir və bu tendensiya ildən-ilə artır.

Sərmayələrin ölkədən çıxmaması və daxili istehsala yönləndirilməsində hansı problemlər var və son iki ildə aparılan iqtisadi islahatlar bu sahədə hansı problemlərin həllinə yol açıb? Həmçinin adətən daxili iqtisadiyyata ayrılan dövlət vəsaitləri böyük korrupsiyanın qurbanı olur. Bunu həyata keçirilən tenderlərə də gözücü nəzər saldıqda görmək mümükdür. Tendensiya xarakterli bu vəziyyəti düzəltmək üçün hansı radikal addımlar atılmalıdır və radikal addımlar bu sahədə yeni şərtlər formalaşdıra bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı tanınmış iqtisadçı, Azərbaycan İqtisadçılar Klubunun prezidenti Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Hökümət çalışmalıdır ki, biznesin təşviq olunması sözdə yox, əməldə baş versin”.

Hökümətin daha çox ümumi iqtisadi vəziyyəti düzətməklə yanaşı, həm də məmur sahibkarlığı ilə bağlı təməlli və radikal addım atmalı olduğunu düşünən iqtisadçı PİA.az-a açıqlamasındatəəssüflə qeyd edib ki, son zamanlar daha çox dövlət büdcəsi hesabına MMC-lər yaradılır. Bu da dövlət vəsaitlərini səmərəsiz xərcləməyə gətirib çıxarır:

“Sahibkarlıq subyektlərinin xaricə sərmayə çıxarması başa düşüləndir. Çünki sərmayyə çıxarılan ölkələrdə biznes mühiti Azərbaycandan daha yaxşıdır və qat-qat əlverişlidir. Həmçinin o ölkələrdə icazə və lisenziyaların alınması da daha sadədir və vergi dərəcələri Azərbaycandan aşağıdır. Bu ölkələrə misal olaraq Gürcüstan və Rusiyanı göstərmək olar.

Bütün bunlara görə də Azərbaycanda sahibkarlıq subyektlərinin öz istehsal sahələrini və yaxud xidmət sahələrini başqa ölkələrə köçürməyində heç bir qəbahət görmürəm. Yerli hökümət çalışmalıdır ki, biznesin təşviq olunması sözdə yox əməldə baş versin. Həmçinin hökümət çalışmalıdır ki, Azərbaycanda monopoliya ləğv olunsun.

Nazim Bəydəmirli: “hökümət daha çox ümumi iqtisadi vəziyyəti düzətməklə yanaşı, həm də məmur sahibkarlığı ilə bağlı təməlli radikal addım atmalıdır ki, ölkədə daha çox iş yerləri açılsın”.

Məlumdur ki, kapital axınını əsas stimullaşdıran məmur sahibkarlığıdır. Çünki məmur sahibkarlığı daha çox korrupsiyaya bulaşır və müxtəlif mexanizmlərlə ilə büdcə vəsaitlərini silirlər. Adətən mənimsəmiş vəsaitlər izi itirmək üçün dövlət investisiya layihələrindən pul silmiş vəzifə sahibləri tərəfindən xaricə çıxarılır.

Ümumiyyətlə hökümət daha çox ümumi iqtisadi vəziyyəti düzətməklə yanaşı, həm də məmur sahibkarlığı ilə bağlı təməlli radikal addım atmalıdır ki, ölkədə daha çox iş yerləri açılsın. Amma çox təəssüf edirəm ki, son zamanlar daha çox dövlət büdcəsi hesabına MMC-lər açılır. Bu da dövlət vəsaitlərini səmərəsiz xərcləməyə gətirib çıxarır".

Nərminə UMUDLU

pia.az


Etiket: Kapital axını


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar