Cümə, 06 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Super qüvvələr və Ərəb dünyasının çəkişmə üçbucağı...

Amerikanın mövcudluğu kiçilir, rus fürsətçiliyi çeşidlənir, Çin də diqqətlə və mərhələli şəkildə genişlənir. Bütün bunlar super güclərin strateji mövqeyini və Ərəb dünyası ilə Yaxın Şərqdəki maraqlarını dəyişdirir...

Nebil Fehmi
“The Independent” qəzeti, 19 noyabr 2019-cu il

Rusiya artıq başa düşür ki, əgər Qərbə üzünü çevirsə, ən yaxşı variant ABŞ-la iqtisadi və ya hərbi rəqabət aparmaq və Ukrayna ilə Yaxın Şərqdə əldə edilən uğurlarla qlobal etibarı yenidən qazanmaqdır. Dünya beynəlxalq hadisələri böyük imperiyalarla zənginliklərə nəzarət etmək istəyən, təhlükəsizlik və hərbi bacarıqlarından istifadə edərək təsir sahələrini artıran super qüvvələr arasındakı rəqabət vasitəsilə izləyir.

I Dünya müharibəsindən sonra dünyada köhnə Avropa ölkələri nüfuz qazanmışdı. II Dünya müharibəsindən sonra dünya Sovet İttifaqı (Şərq) və ABŞ (Qərb) liderliyində iki qütblü bir toqquşmaya şahid olmuşdu. Hər ikisi də geosiyasi rəqiblər idi. Bu proses Qərb liberalizmi, bazar iqtisadiyyatı, mərkəzçilik, kommunizm və sosializm arasında ortaya çıxan ideoloji bir xaosa çevrildi. Qoşulmama Hərəkatı və 77-lər qrupu ölkələri bu iki rəqibin pisliklərindən qorunmağa və onların ovuna çevrilməməyə çalışırdılar.

Sovet İttifaqı dağılana qədər bu durum belə davam etmişdi. Sonra da dünya əvvəlcə Amerika kimliyinə bürünən tək qütblü dönəmdən sonra problemlərin bölünməsi, regionallaşması və daha çox ölkənin ortaya çıxması ilə çoxqütblü bir dönəmə girdi. Bütün bunlar iqtisadi və sosial qloballaşmanın ilə yanaşı, texnologiya və kommunikasiya sahələrindəki inkişafla, siyasi və iqtisadi qərarlar üzəində də effektiv oldu. Keçmişdə iqtisadi və hərbi gücə əsaslanan “bilgi” bu dəfə gücün ifadə olunmasında önəmli bir ünsür kimi meydana çıxdı.

Son iki hətfədə ABŞ, Çin və Rusiyada apardığım görüşlərdə super qüvvələrin baxış bucağını izləmək məni bir az düşündürdü. ABŞ-da nə vaxt Rusiya, Çin və ya başqa bir məsələ ilə bağlı müzakirə yaransa, Prezidentin tərəfdarları, mediası və hətta rəhbərliyi Trampın qeyri-adi siyasətləri ilə məşğul olur. ABŞ-da bu sual ölkənin kimliyi ilə bağlı hələ də narahatlıq doğurur: ənənəvi siyasi və iqtisadi liberalizmdə davam edəcəklər, yoxsa siyasi sistemi dəyişdirmək istəyən qəzəbli və marjinal qrupu təmsil edən bu qurumları rədd edən bir cərəyan izləyəcəklər?

Prezident Tramp əsas rəqiblərinin və ya ABŞ üçün böyük təhdid yaradanların kim olduğunu çox da önəmsəmir. Kəşfiyyat təhlükəsizliyinə önəm verən və sadə bir iqtisadiyyata sahib olan Rusiya və ölkə prezidenti Vladimir Putini və böyüyən bir iqtisadi güc olan Çin dövləti ilə prezidenti Si Tsipinini nəzərdə tuturam.

Bununla yanaşı, Trampın prezident olduğu müddət ərzində böyüklüyünə və təsir dairəsinə görə zəif olan Rusiyadan fərqli olaraq Çin güclü bir ölkə olduğu üçün ABŞ Çini təhlükə kimi görə bilər. Rusiyanın isə son zamanlarda qazandığı bir sıra siyasi uğurları kənara qoyduqda geriləməyə başladığını görmək olur.

Tramp Çinin haqsız ticarət tətbiqlərinə qarşı aparılan mübarizəyə liderlik etsə də, görünür, buna davam edə bilməyəcək. 2020-ci ildə keçiriləcək prezident seçkiləri kampaniyası ərzində siyasi gücünü davam etdirmək üçün Çinlə iqtisadi razılıq əldə etməkdən də çəkinməyəcək. Asiya bölgəsində özü barədə bəzi siyasi qiymətləndirmələrin təlqin edilməsini və tenxoloji yeniliklərlə qlobal iqtisadiyyata qoşulmasını təmin edəcək qapının bağlanmasını əngəlləmək üçün Çin ABŞ-la toqquşmaq istəmir və investisiya qoymağa davam edir.

Çinin roluna mənfi yanaşan ABŞ-ın hərbi-siyasi qurumları, hərbitexnologiyaları hazırda ABŞ-ın prestijini və liderliyini təhdid etməsə də, Çini öz ölkələri üçün təhdid hesab edirlər.

İki ölkə arasında qısa müddətdə bir ticarət müqaviləsi imzalansa belə, hər şeyə ticarət və iqtisadi baxımdan yanaşan Tramp əgər yenidən prezident seçilməsə, ABŞ Çinə görə daha da narahat olacaq. Tramp vəzifəyə gəlmədən əvvəl də ABŞ-lı nümayəndələr sabiq preizdent Barak Obamanın dediyi kimi, Asiyaya çox nəzarət etməyə çalışırdılar.

Çin prezidenti Si Tsipinin bütün ictimaiyyətə bildirib ki, ölkəsi beynəlxalq iqtisadi islahat və sərbəstləşmə sisteminə öncüllük edə bilər. Lakin bu da narahatlığı azaltmadı. Əksinə bu il Çində Milli Gün bayramlarına görə keçirilən şoudan sonra ABŞ-ın narahatlığı daha da artıb. Bununla yanaşı, ABŞ Çinin orta mənzilli ballistik raketlər sahəsindəki bacarıqlarına və xüsusilə, süni intellekt işlərində sivil və hərbi tətbiqlərinə görə ciddi narahatlıq duyur.

Çin də təkmilləşdirdiyi bu silahların əvvəlcə müdafiə məqsədilə hazırlandığını deyir və bildirir ki, ABŞ-ın Çin sərhədinə yaxın ərazilərdə silah yerləşdirməsi Çinin milli təhlükəsizliyini təhdid edir. ABŞ-ın beynəlxalq rəqabəti qəbul etmədiyini, iqtisadiyyat sahəsindəki liderliyindən əl çəkmədiyini və bununla da müxtəlif ölkələr üzərində iqtisadi və siyasi təzyiq yarada bildiyini vurğulayan Çin əlavə edir ki, ABŞ və Qərb müttəfiqləri bu təzyiqləri milli təhlükəsizlik məsələləri kimi göstərməyə çalışırlar.

Bəzi çinli təhlilçilər düşünür ki, Rusiya, Avropa Birliyi, Braziliya, Hindistan, Meksika və önəmli Mərkəzi Amerika ölkələri ABŞ siyasətlərindən azad şəkildə qərarlar ala bilirlər və Çin onların bu bacarıqlarını dəstəkləyir. Buna qarşı Çində Qərb dünyasının son dönəmdə beynəlxalq sahədə lider olduğuna inananlar da var. Bu şəxslər Qərbin təcrübələrindən dərs çıxarmaq və ABŞ-la boş-boşuna rəqabət aparmaq əvəzinə, Qərbin qanadları altında inkişafa fokuslanmağın daha faydalı olduğunu düşünürlər. Lakin bu iki meylin ortaq tərəfləri də var. Onlar düşünürlər ki, Çinin mövqeyi AB və Rusiya daxil olmaqla digər ölkə və blokları aşır və Çinin Rusiyaya qarşı bacarıqlarını artırmaq çox daha yaxşı ola bilər. Çin qonşusu Rusiyanın, xüsusilə, Sibirin şərqindəki bölgələrində ciddi şəkildə təsirini artırmağa davam edir.

Əhalisi elə də çox olmayan bu rus bölgələrində Çinin davamedici investisiyalar qoyması ciddi narahatlıq yaradıb. Putin Çinlə olan sərhəd problemlərini qəbul edən rus analitiklər xəbərdarləq edib ki, Çinin uzunmüddətli risklərinə daha çox diqqət yetirmək lazımdır.

Rusiya artıq başa düşür ki, əgər Qərbə üzünü çevirsə, ən yaxşı variant ABŞ-la iqtisadi və ya hərbi rəqabət aparmaq və Ukrayna ilə Yaxın Şərqdə əldə edilən uğurlarla qlobal etibarı yenidən qazanmaqdır. Bununla yanaşı, Rusiyanın beynəlxalq siyasi arenadakı yerini sağlamlaşdırmaq üçün ABŞ kimi yardımlar etməsi və Çinin “Bir Kəmər Bir Yol” layihələsi kimi işlərə girişməsi mümkün görünmür. Buna görə də, ABŞAvropa nə vaxt bir yerdən uzaqlaşsa, Rusiya fürsətdən istifadə edərək oraya hücum edir. Rusiya, əsasən, fərqli siyasi cərəyanlarla əlaqəyə girərək və ya ideoloji olaraq Qərb liberalizmi anlayışını sorğulayır, beynəlxalq cəmiyyətdə əksəriyyət tərəfindən dəstəklənən “real siyasət” çağırışına fokuslanır və bununla da Qərbin siyasi sistemindəki zəiflikləri vurğulayır.

Həmçinin, Rusiyanın Çinə qarşı artan marağına və Qərb qarşısında strateji toqquşmalardan uzaq durduğuna şahid oluruq. Nə vaxt Qərbdə bir xaos yaransa və ya ABŞ-ın bir boşluğu yaransa, Rusiya bu fürsətdən istifadə edib təsir dairəsini genişləndirməyə çalışır.

Bütün bunların Ərəb dünyası üçün də bəzi mənfi təsirləri var. ABŞ-ın Yaxın Şərqdən tamamilə çıxmayacağını düşünürəm. Ərəb ölkələrindəki enerji qaynaqlarından asılılığı azaldıqdan və Soyuq Müharibə başa çatdıqdan sonra ABŞ-ın öz maraqlarına uyğun hərəkət etdiyi hər kəsə məlumdur. Yəni ABŞ-ın Ərəb dünyasına qarşı marağı azalıb. Bu, “Respublikaçı” və “Demokratlar” partiyalarında hakim olan bir reallıqdır.

Bunun əvəzində Yaxın Şərqdə Rusiyanın nüfuzunun daha da artdığına şahid olacağıq. Putinin son həftələrdə Səudiyyə Ərəbistana və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) etdiyi səfərlər də buna işarə edir. Levantda toqquşma tərəfdarlarının müraciət etdiyi, effektiv oyunçu Putin Suriya arenasında əldə etdiyi etibarı itirməmək üçün risk etmək istəmir.

Çin isə hələ də Yaxın Şərqdəki ölkələrin işlərinə və siyasi problemlərinə qarışmamağa çalışır. İran da daxil olmaqla, Yaxın Şərqdəki enerji qaynaqlarını təhlükəsiz şəkildə saxlamağa çalışan Çin Ərəb dünyasında öz məhsullarını satmaq üçün yeni bazarlar açıb və investisiyalar qoyub. Həmçinin, ABŞ-la toqquşmaq istəmədiyini də göstərib. Digər tərəfdən, yaxın zamanda Rusiyanın Sibirdəki enerji layihələrindən Çinin təbii qaz aldığına da şahid olacağıq. Çin 2022-ci ildə ehtiyac duyduğu enerjinin 10%-ni bu layihələrdən alacaq.

Nəticədə, Amerikanın mövcudluğu kiçilir, rus fürsətçiliyi çeşidlənir, Çin də diqqətlə və mərhələli şəkildə genişlənir. Bütün bunlar super güclərin strateji mövqeyini və Ərəb dünyası ilə Yaxın Şərqdəki maraqlarını dəyişdirir. Türkiyə də hər biri ilə münasibətlərini inkişaf etdirməli və özünə daha çox güvənməlidir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar