Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıda dəhşətli “ekoloji terror” hökm sürür 

Nazirə müraciət...

Tanrının Azərbaycana bəxş etdiyi təbii sərvətlərdən biri də böyük turizm potensialına və ekoloji əhəmiyyətə malik olan meşələrimizdir. O meşələr ki, min illərlə ulu babalarımız burada ov ovlayıb,quş quşlayıblar. Hər bir ağacın üstündə körpə uşaq kimi əsiblər, qoruyublar, bizlərə ərməğan ediblər.

Elə dövlətimiz də bu gün meşələrin qorunması, meşə zolaqlarının sahəsinin genişləndirilməsi üçün irimiqyaslı layihələr həyata keçirir, milyonlarla vəsait sərf edir. Ümummilli lider “bir ağac kəsən elə bil ki,mənim qollarımı” kəsir deyirdi. Təbiətin qorunmasının zəruriliyi barədə bundan təsirli, bundan kəsərli söz ola bilməz. Zira dövlətimiz bu “qolların” qorunması üçün böyük çaba sərf edir, işlər görür. Amma,neynəyəsən ki,bəzən meşələrimizi onları qorumalı olan vəzifə sahiblərinin özlərindən qorumaq lazım gəlir!

Bu gün Yardımlı, CəlilabadMasallı meşələrində əsl ekoloji terror, yaşıl soyqırım yaşanır. Təbiətə tutulan amansız divan burada tezliklə ekoloji böhrana səbəb ola bilər. Özü də bütün bunlar aranı xəlvət görən Masallı regional Meşə Təsrərrüfatının rəhbəri Mustafa Əhmədovun başçılığı altında həyata keçirilir. “Mus-mus” deyincə birdəfəlik Mustafa müəllimin əməllərini sizin diqqətinizə çatdırmaq istəyirik. Çünki meşələrdə “ara xəlvət müdir bəy” prinsipi ilə hərəkət edən bu zatın əməllərini üzə çıxarmağı özümüzə borc bildik. Cənab Prezident biz jurnalistləri özünün dostu hesab edir, doğru məlumatları ona çatdırmamızı zəruri hesab edir. Buyurun, deməsi bizdən, tədbiri sizdən.

Ondan başlayaq ki, M.Əhmədov əsl meşəbəyi kimi “isti kabab isti fətir, doymaq olmur bir də gətir” deyənlərdəndir. Əksər vaxtlarda yamyaşıl meşələr qoynunda “pənco-pənco” eləyən Mustafa müəllim hətta içkili vəziyyətdə iclas aparmaq bacarığına da malikdir. İnsafən bu zaman “tutovka”nın iyini öldürmək üçün “Dirol” çeynəməyi də unutmur. Amma, bu elə bir qoxu ki, yazıq “Dirol” belə önündə acizdir. İndi düşünün, dəm iclasa gələn müdirin rəhbərlik etdiyi meşədə ağaclar nə gündə olar?

Masallıda Qəriblər Meşəbəyliyinin 3 saylı meşə dolayında Mustafa müəllim deyəsən xəzinə axtarır. Çünki meşə zolağı ağır traktorların tırtılları altında məhv edilir, eninə-boyuna qazılır, xarabazara çevrilir. Burda törədilənlərə ancaq meşələrə düşmən münasibət adlandırmaq olar. “Aqrobağ” adlandırılan ərazidə ikiillik qoz ağacları insafsızcasına məhv edilib. Yəni qısacası Mustafa müəllim qozu naməlum səbəblərdən zərərli hesab edərək kökünü kəsir. Bu “qoz-qoz” oyunu nəticəsində M.Əhmədov Cəlilabad Meşəbəyliyinin 1 saylı meşə dolayında 5 hektar, 5 saylı meşə dolayında isə 10 hektar sahəni yerlə bir edib. 12 və 13 saylı meşə dolaylarından isə əsər-əlamət qalmayıb. M.Əhmədovun qozu namünasib bilməyinin nəticəsində on hektarlarla meşə zolağı məhv edilib.

 

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, M.Əhmədovun viranə qoyduğu meşələrin yaxınlığında yağışdan sonra çoxalan göbələklər kimi ağac emal edən sexlər çoxalır. Biz 134 belə sex saya bildik, əlaqədar qurumlar bir az da dərinə getsələr yəqin ki, sexlərin sayı da çoxalacaq. Belə sexlər xüsusilə Xocavar və Binə Xocavar kəndləri ərazisində çoxluq təşkil edir. Təbii ki, bütün bu sexlər bilavasitə M.Əhmədovun “xammalı” ilə işləyir və dolayısıyla ona bağlıdır. İndi görün meşələrimizin min illik sərvəti kimlərin əlində qazanc mənbəyinə çevrilib, dədəsinin malı kimi talanır!

M.Əhmədovun özbaşınalıqları o qədər sərhədzisdir ki, o hətta meşə zolağından qanunsuz olaraq yol çəkilməsi üçün də ərazi ayırmaq cəsarətində bulunur. O, külli miqdarda rüşvət müqabilində Masallı Meşəbəyliyinin 18 saylı meşə dolayında qanunsuz olaraq yol çəkilməsinə razılıq verib. Həmin yerdə kommersiya məqsədi ilə obyekt yeri verilib. Bu bilavasitə qanunların ayaq altına alınması, dövlətə sayğısızlıq, özbaşınalığın pik həddidir.

Amma, bu da son deyil. Hal-hazırda Masallı Meşəbəyliyinin Əhmədli kəndi yaxınlığında meşə zolağı qırılaraq obyekt inşa olunur. Böyük bir ərazi rüşvət müqabilində satılıb, ağaclar kəsilərək yerində obyektlər sıralanır. Yəni əsaslı tikinti işləri aparılır.

Cəlilabadda 14 saylı meşə dolayında "Qırmızı kitab"a duşmüş ağcaqayın, azad, qızılağac, fıstıq ağacları məhv olunataq həmin ağaclardan 60 sm uzunluğunda çiliklər hazırlanaraq əhalinin pay torpaqlarında salınan çiyələk plantasiyalarına satılıb. Hər çiliyin qiyməti də 50 qəpikdir. Eyni vəziyyət digər meşə dolaylarında da müşahidə olunur. M.Əhmədovun ekoloji terroru cənub zonasının meşələrini məhv olma təhlükəsi ilə üz-üzə qoyub. Masallı meşələrinin meşəbəyi Mustafa müəllimin “kef üstündən kefini” görsəniz, şahidlik etsəniz yaxşı olar,cənab yetkililər, vəzifə sahibləri, əlaqədar qurumlar. Masallı meşələrində Azərbaycan qanunları işləmir, burada M.Əhmədovun “gərgin əməyi” nəticəsində səhralaşma prosesinə start verilib. Vəziyyətə tezliklə müdaxilə olunmazsa cənub bölgəsinin yaşıl tacı xatirələrə çevriləcək, Biz “mus-mus”unu dedik, buyurun Mustafasını da siz gətirin!(rubrika.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar