Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml: Estoniyanın ərazi iddiaları qəbuledilməzdir

Kreml Estoniyanın Rusiyaya qarşı ərazi iddialarını qəbuledilməz hesab edir...

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Estoniya parlamentinin spikerinin açıqlamasına münasibət bildirərkən deyib.

“Biz bu tələbi qəbuledilməz hesab edirik və bununla razılaşa bilmərik”, - deyə Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, Estoniya parlamentinin spikeri 1920-ci ildə imzalanan Tartu müqaviləsinə uyğun olaraq Rusiyanın müəyyən əraziləri Estoniyaya qaytarmalı olduğunu deyib.

Estoniyanın Xarici İşlər naziri Urmas Reinsalu isə Tartu müqaviləsindəki fikir ayrılığı səbəbindən Estoniya ilə Rusiya arasında sərhəd müqaviləsinin təsdiqlənmə perspektivinin olmadığını deyib.

Daha əvvəl Estoniyanın Daxili İşlər naziri Mart Helme ölkəsinin 5,2% ərazisinin Rusiyanın nəzarətində olduğunu və Rusiyanın bu torpaqları geri qaytarmalı olduğunu bildirib. M. Helme ölkəsinin beynəlxalq hüquq normaları çərçivəsində bu məsələnin həllinə tərəfdar olduğunu qeyd edib.

Xatırladaq ki, 1920-ci ildə yenicə müstəqillik əldə etmiş Estoniya Respublikası ilə Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) arasında Tartu müqaviləsi imzalanıb. Bu müqavilə həm də sərhəd demarkasiyası məsələsini əhatə edib. Tartu müqaviləsinin şərtlərinə əsasən İvanqorod və Peçora ərazisi (Petseri) Estoniya torpaqlarına daxil idi. Estoniyanın indiki ərazisi Tartu müqaviləsi nəticəsində müstəqil Estoniyaya məxsus ərazidən müəyyən qədər azdır. Həmin ərazilər İkinci dünya müharibəsindən sonra Stalin tərəfindən Rusiyaya birləşdirilib. Bu səbəbdən, hazırda Estoniya ilə Rusiya arasında sərhəd mübahisələri mövcuddur. 1991-ci ildə Estoniya yenidən müstəqillik qazandıqdan sonra Rusiya tərəfi Tartu müqaviləsinin qüvvədən düşdüyünü bəyan edib.

pia.az


Etiket: Estoniya Kreml


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar