Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş Bakı merinin adı borc qalmaqalında - İttiham

“Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu Orxan Abutalıbov mənə olan 43 min manata yaxın borcunu vermir”...

Bu sözləri Azinforum.az-a açıqlamasında sabiq merin oğlu Orxan Abutalıbova məxsus olan “Spektr” MMC-nin direktoru işləmiş Məmmədov Bəxtiyar Vəli oğlu deyib. Şikayətçinin sözlərinə görə, o, 2006-cı ildən sabiq merin ailəsinə məxsus olan şirkətdə işləyib:

“Mənim Hacıbala müəllimdən heç bir narazılığım olmayıb. Sonra mənim gördüyüm işlərə onun oğlu Orxan nəzarət etməyə başladı. 2018-ci ildə heç bir ciddi əsas gətirmədən Orxan Abutalıbov mənə dedi ki, birlikdə işləməyimizi istəmir. Məndən tələb etdi ki, bir günün içində nə var təhvil verim. Hətta sürdüyüm avtomobilin nömrəsini belə çıxarıb verdim. Çünki maşını özüm almışdım, ancaq nömrə onlara məxsus idi. Həmin vaxt mən onların görülən işlərlə bağlı olan borclarına aid hesablamanı da təqdim etdim. Bu günə kimi nə həmin pulu, nə də mənim əmək kitabçamı vermirlər”.

Bəxtiyar Məmmədov deyir ki, işi görən ustalar, fəhlələr hər gün gəlib onu narahat edirlər:

“Həmin adamlar gördükləri işin pulunu məndən istəyirlər. Elə o vaxtdan da Orxan Abutalıbov mənim zənglərimə cavab vermir. Hətta başqa nömrələrlə də ona zəng vurub düşdüyüm vəziyyəti izah etmək istəyirəm, telefonu qaldırmır. Mühavifəçisinə deyirəm ki, məni görüşdür, yenə mümkün olmur. Bir kəlmə deyillər ki, get hara istəyirsən şikayət et. Mən bütün borclara aid siyahını “votsap” vasitəsilə Orxana göndərmişəm. Özü də oxuyub, amma yenə cavab vermir. Mən onlarla hər zaman bu sistemlə işləmişəm. Görülən işlərin sihahısını yazıb vermişəm, pulu ödəyiblər. Sonuncu haqq-hesabı isə vermək istəmirlər. Orxanın özü yaxşı bilir ki, hansı işləri gördüyümə görə mənə pul borcludur. Bəzi xırda detalları açıqlamaq istəmirəm. Mən sizin sayt vasitəsilə Hacıbala müəllimə müraciət edirəm. Əminəm ki, onun vəziyyətdən xəbəri yoxdur. Qoy bir ağsaqqal kimi məni bu çətin vəziyyətdən çıxarsın. Mən onlardan halal pulumdan başqa nəsə istəmirəm”.

Edilən şikayətlə bağlı bir neçə gün ərzində sözügedən MMC və Orxan Abutalıbovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da mövqeyini dinləməyə hazırıq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar