Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu şirkət sakinləri intihara məcbur edir – Video

Nəsimi rayonu Mirəli Qaşqay küçəsində intihara cəhd baş verib...

PİA.az ARB-yə istinadən xəbər verir ki, intihara cəhd edən Damət Ağayev adlı vətəndaş olub. “Aslan” Mənzil Tikinti Kooperativinin (MTK) ona qarşı haqsızlığından cana doyan Damət Ağayev yaşadığı binanın damına çıxaraq özünü orada atmaq istəyib.

Vətəndaşın sözlərinə görə, 2006-cı ildə sözügedən MTK-dan 40 min 500 dollara sənəddə sahəsi 81 kv.metr olan mənzil alıb. Bir neçə ildən sonra mənzildə təmir işlərinə başlayan vətəndaş MTK tərəfindən aldadılıdğını başa düşüb.

Bəlli olub ki, mənzilin sahəsi sənəddə göstəriləndən azdır. Bundan başqa, mənzilin kommunal təchizatı da yoxdur. “Dedim ya evimi ver, ya təmir elə. Kommunal da yoxdur. Nə ev verilir, nə də təmir edilir. Yaşayış üçün şərait yoxdur”, - deyə Daməd Ağayev bildirib.

Polisin və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilətinin müdaxiləsi ilə intiharın qarşısı alınıb. Telekanalın əməkdaşı isə “Aslan” MTK-nın rəhbrəi olduğu bilririlən Tahir Manafovdan məsələyə münasibət öyrənmək istəyiblər. Lakin Tahir Manafov heç bir açıqlama verməyib, eyni zamanda jurnalistə qarşı kobudluq edib.

Yenisabah.az “Aslan” MTK ilə bağlı araşdırma aparıb. Vergilər Nazirliyinin reyestr məlumatlarından aydın olub ki, MTK 4 iyul 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 800 manat olan MTK-nın hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Vidadi küçəsi, ev 88-də yerləşir. MTK-nın qanuni təmsilçisi isə Bağırov Fikrət Əli oğludur.

Açıq mənbələrdə Fikrət Bağırovun adı Abbasov Fərhad Gülbaba oğlu ilə məhkəmə çəkişməsində keçir. Məlum olur ki, Fərhad Abbasov “Aslan” MTK-nın təsisçisi və qanuni təmsilçisi olub. Fikrət Bağırovun ona qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə iddia qaldırıb. Bu məhkəmə çəkişməsində tərəflərdən kimin qalib gəldiyi barədə açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Lakin, nəzərə alsaq ki, məhkəmə çəkişməsi zamanı Fərhad Abbasov “Aslan”MTK-nın təsisçisi və qanuni təmsilçisi təqdim edilib, hazırda şirkətin qanuni təmsilçisi Fikrət Bağırovdur, o zaman ikincinin qalib gəldiyini söyləmək olar. Fərhad Abbasovun taleyinə gəlincə, mediada onun İspaniyaya qaçdığı barədə məlumatlar yer alıb.

pia.az

 


Etiket: intihar Aslan MTK


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar