Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa hansı istiqamətə üz tutub?

Dünya siyasi bir zəlzələnin təsiri altındadır. Atlantik və Asiya arasında dərinləşən çəkişmə əsrlərdir səssiz qalan güruhları belə canlandırıb...

Onur Sinan Güzaltan
“Aydınlık” qəzeti, Türkiyə, 20 noyabr 2019-cu il

Sabitliyin və təhlükəsizliyin mərkəzi olmaqla öyünən Avropa qitəsi sarsıntılardan ən çox təsirlənən bölgələr içərisində ilk sıradadır.

Fransa prezidenti Emmanuel Makronun NATO-nu tənqid edən açıqlamaları və qitə ölkələrindən gələn reaksiyaları birlikdə birlikdə dəyərləndirdikdə görünür ki, II Dünya müharibəsindən bu yana ABŞ-la eyni düşərgədə qərarlaşan Avropa dünya siyasətindəki yerini yenidən müzakirəyə açıb.

Avropa ilə iqtisadi, siyasi və mədəni münasibətləri olan Türkiyə ilə birbaşa olaraq əlaqəli olan bu müzakirəni şüarlardan kənar şəkildə, faktlara əsaslanaraq aparmaq lazımdır.

Avropanı müzakirəyə gətirən səbəblər

Avropadakı müzakirələrin səbəbi Atlantik və Asiya arasındakı toqquşmanın nəticəsi ilə əlaqədardır. Nəticələri belə qruplaşdıra bilərik:

1. Atlantikə və NATO-ya liderlik edən ABŞ prezidenti Tramp ölkəsinin iqtisadi və hərbi çatışmazlıqlarına görə “Birinci Amerika” siyasətlərinə yönəlir.

Avropa təsbit edir ki, Tramp öz siyasətlərinə görə Şimali Afrikada və Yaxın Şərqdə Asiya qüvvələri qarşısında tək qalıb. Makronun ABŞ-la kifayət qədər iş birliyi olmaması barədə verdiyi açıqlama da bu təsbitdən xəbər verir.

2. AB daxilində ABŞ-ın ən yaxın müttəfiqi hesab edilən İngiltərənin BREXİT prosesi ilə Birliyin təməllərini zədələməsi qitə ölkələrini narahat edir.

3. Qitədəki sağçı partiyaların ABŞ-da Trampa yaxın olan güruhlar tərəfindən dəstəklənməsi mərkəzi siyasətləri müdafiə edən partiyalarda narahatlıq yaradır.

4. Rusiya ilə enerji üzərində qurulan münasibətlərin dərinləşməsi, iqtisadiyyatın güclənməsi və Çinlə sərbəst ticarətin təkmilləşdirilməsi AB ölkələrini Vaşinqtondan uzaqlaşdırır.

Xülasə, bu şərtlər Avropada Amerikadan uzaqlaşma meyillərinin artmasına səbəb olur.

Avropa hansı istiqamətə üz tutub?

Avropada yeni durumun yüksəlişi ilə bağlı xəbərlər ortaya çıxır:

1. Makronun NATO ilə bağlı açıqlamasına gələn reaksiyaları dəyərləndirdikdə ortaya belə bir mənzərə çıxır ki, Fransa, İspaniya və İtaliya, yəni qısaca Latın Bloku adlanan ölkələr ABŞ-dan uzaqlaşır və azad bir Avropa yaratmaq yolunda addımlayırlar.

Digər tərəfdən, Almaniya və Polşa, Bolqarıstan kimi Sovet dönəmində qismən də olsa rusların təsirinə düşmüş ölkələrdə Alman Xarici İşlər naziri Maasın səsləndirdiyi kimi bir fikir ön plana çıxır: “ABŞ olmadan Avropanın təhlükəsizliyini təmin edə bilmərik”.

Təhlükəsizlik məəsləsində bir-birinə zidd olan 2 fikrin səsləndirilməsi Birliyin gələcəyini sual altında qoyur.

2. Şarl de Qollun 1959-cu ildə məşhur Strazburq çıxışında dediyi “Atlantikdən Urala, Birləşmiş Avropaya” ifadəsi yenidən gündəmə gəlib. Makronun “Rusiya avropalıdır” açıqlaması da qitədə Rusiya ilə ortaqlığa yönəldiyini göstərir.

Rusiya Xarici İşlər Nazirliyinin Amerika və AB ölkələri arasındakı çəkişmələri dərinləşdirmə siyasəti də prosesi sürətləndirən bir digər faktordur.

3. ABŞ-ın iqtisadi sanksiyalar tətbiq etdiyi Çinlə Vaşinqtondan azad bir şəkildə ortaqlıq etmək üçün müəyyən addımlar atılır. İtaliya və Yunanıstanın “Bir Kəmər Bir Yol” layihəsi üçün göstərdiyi cəhdlər bu məsələyə nümunə ola bilər.

Bununla yanaşı, Parisin və Berlinin də Çinlə münasibətləri inkişaf etdirmək istəməsi ilə bağlı müəyyən işarələr var.

Türkiyənin şansı

Ankara əgər doğru siyasətlər izləsə, ABŞ və AB arasındakı siyasi problemlərlə, yanaşı qitə ölkələri arasında olan problemlərdən də öz maraqları üçün istifadə edə bilər. Bu nöqtədə Atlantik mərkəzli problemlərə görə tək buraxılmaqdan qorxan Yunanıstan və Bolqarıstan kimi qonşu ölkələrlə də iş fürsəti qazanmaq olar. Çünki Şərqi Aralıq dənizində Türkiyə əleyhinə yaranan düşərgə zəiflədilə bilər və bununla da bölgədə yeni ittifaq imkanları yarana bilər.

Türkiyə Rusiyaİranla ortaqlıq edərək, xüsusilə, enerji mübadiləsi məsələsində Avropada yeni mövqelər qazana bilər. Türkiyə Avropa siyasətini yenidən qura biləcəyi bir dönəmə girib.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar