Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsiminin qəzəllər toplusu Ukraynada işıq üzü görüb

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə töhfə olaraq Ukrayna dilində ərsəyə gətirilmiş “І шляхом Істини постав я сам...” (“Haqq yolu mən özüm oldum”) kitabı Kiyevdə işıq üzü görüb...

Azərbaycan Dövlət Tərcümə Mərkəzindən verilən məlumata görə, kitaba dahi mütəfəkkirin 200-dən çox qəzəli, tuyuğ və rübailəri daxil edilib. Əsərlərdə işlənən mürəkkəb ifadələr izah və şərhlərlə verilib.

Şairin həyat və yaradıcılığını əks etdirən «У пошуку живих імен» (“Canlı adlar axtarışında”) adlı ön sözün müəllifi tanınmış Ukrayna şairi, tərcüməçi Dmitri Çistyakdır.

Ukraynanın nüfuzlu «Саміт-Книга» nəşriyyatı tərəfindən çap olunmuş kitab böyük Nəsimi poeziyasının ukraynalı oxucularla ilk görüşüdür. Şeirləri orijinaldan Ukrayna dilinə tanınmış yerli şairlər – Pavel Movçan, Mikola Miroşniçenko, Stanislav Telnyuk və Dmitri Çistyak çevirib.

Tərtib müəllifləri isə Dmitri Çistyak və Püstə Axundovadır.

pia.az


Etiket: Nəsimi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar