Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parisdə Azərbaycanın UNESKO üzrə Milli Komissiyasının 25 illiyi qeyd edilib - Foto

UNESKO-nun mənzil qərargahında Azərbaycan Respublikasının UNESKO üzrə Milli Komissiyasının 25 illiyi qeyd edilib...

"Report"un Fransa bürosu xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəz Qarayev, UNESKO baş katibinin müavini Firmin Edouard Matoko, Azərbaycanın UNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov, UNESKO yanında üzv ölkələrin nümayəndəliklərinin diplomatları, qurumun əməkdaşları və digər şəxslər iştirak ediblər.

Azərbaycanın UNESKO yanında daimi nümayəndəsi Anar Kərimov çıxış edərək Azərbaycanın bu qurumun dəyərlərini hər zaman yüksək tutduğunu, UNESKO-ya üzv olduğu dövr ərzində hər zaman üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışdığını, quruma yaxından dəstək göstərdiyini, istər bu təşkilatla, istərsə də üzv dövlətlərlə sıx əlaqələr qurduğunu bildirib.

Baş katib Elnur Sultanov milli komissiyanın fəaliyyətindən danışıb, qurumla əməkdaşlığın intensiv dinamik xarakter almasında, birgə müstəsna layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna rolu olduğunu bildirib.

Tədbirdə çıxış edən xarici qonaqlar üzv olduğu müddət ərzində Azərbaycanın UNESKO-nu və dəyərlərini daim dəstəklədiyini, öz sərhədləri daxilində bu dəyərləri uğurla inkişaf etdirdiyini, üzərinə götürdüyü öhdəliklərə hər zaman sadiq qaldığını bildiriblər.

Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə UNESKO baş katibinin xüsusi müşaviri Munir Buşenaki Azərbaycan ilə UNESKO arasında əlaqələrin inkişaf etdirilməsindəki roluna görə Azərbaycanın diplomatik orqanlarının 100 illiyinə həsr edilmiş medalla təltif edilib.

Daha bir medal Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xüsusi tapşırığı ilə Azərbaycanın UNESKO yanında daimi nümayəndəsi Anar Kərimova təqdim edilib.

pia.az


Etiket: Paris UNESCO

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar