Cümə axşamı, 12 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir - Foto

Sumqayıtın 70 illiyi qeyd olunub...

Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 fevral 2019-cu il tarixli Sərəncamına əsasən 19 Noyabr 2019-cu il tarixdə şəhərin 70 illiyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, millət vəkilləri, Sumqayıtla qardaşlaşmış şəhərlərin nümayəndələri, ictimaiyyət nümayəndələri və on minlərlə şəhər sakini iştirakı edib.

Şəhərin yubileyinə həsr edilmiş bayram tədbiri Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında, Azərbaycan prospektində keçirilib.

Tədbir çərçivəsində Azərbaycan prospekti boyunca Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin müşayəti ilə hərbi keçid olub. Keçid zamanı Dövlət Sərhəd Xidmətinin malik olduğu müasir silah-sursatlar nümayiş olunub.

Bununla yanaşı, sənaye müəssisələri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar öz kollektivləri ilə bayram əhval-ruhiyyəsində keçid ediblər.

Tədbir tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə konsertlə davam etdirilib. (Trend)

pia.az

Fotolar



Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Sumqayıt

Şərh yazın.


loading...

Ən çox oxunanalar