Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Livan parlamenti nümayişçilər tərəfindən mühasirəyə alınıb

Livanın paytaxtı Beyrut şəhərində nümayişçilər parlament binasını mühasirəyə alıb...

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, yollarda barrikadalar quran nümayişçilər parlamentə tərəf yalnız hərbi və təcili yardım maşınlarını buraxırlar ki, onlar da içəridə deputatların olub-olmamasını yoxlayırlar.

Parlament binasının yaxınlığına gələn deputat Əli Əmmar vətəndaşların mitinq keçirərək öz hüquqlarını müdafiə etməyə haqqı çatdığını bildirib.

Deputatların bir qrupu parlamentə tərəf keçmək istəsə də, nümayişçilər tərəfindən daşa basılıb, mühafizəçilər isə havaya atəş açıblar.

Lakin deputatların bir qismi parlamentə daxil olmağa müvəffəq olub. Bir qismi də nümayişçilərə dəstək olaraq iclasa gəlməyib.

Qeyd edək ki, ölkədə oktyabrın 17-dən siyasi sistemin dəyişdirilməsinə, korrupsiyaya və xidmətlərin yarıtmaz fəaliyyətinə etiraz olaraq kütləvi nümayişlərin başlamasından sonra ilk dəfə keçiriləcək parlament iclasında nümayişçilərin qarşı çıxdığı ümumi əvf qanunu da daxil olmaqla bir sıra qanunlar qəbul ediləcəkdi. Belə ki, bu qanun çərçivəsində korrupsiyada adı hallanan məmurların məsuliyyətdən yaxa qurtaracağını güman edən müxalifət həmin qanuna qarşı çıxır.

pia.az


Etiket: Livan mühasirə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar