Cümə axşamı, 12 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Naxçıvan niyə 78 faiz Bakının dotasiyası hesabına yaşayır? - Hansı səbəblər var?..

Azərbaycanın Naxçıvana istehsal sərmayələri qoymamasını hansı iqtisadi və siyasi səbəblərlə əlqələndirmək olar?..

İqtisadçı-ekspert: “Naxçıvan kimi bir strateji bölgədə, rəsmi əhalisi az qala 400 mindən yuxarı olan bölgədə 383 milyon manatlıq büdcənin 300 milyonunu Bakıdan dotasiya alması ümumilikdə qəbul olunan vəziyyət deyil”.

“Türkiyə və İranın Naxçıvanda hansı sahələrə investisiya yatırmalarını öyrənərək həmin sahələr üçün münbit şərait yaratmaq lazımdır. Bu münbit şərait nəticəsində də yeni istehsalat sahələrinin, yeni iş yerlərinin sayını artırmaq olar”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Naxçıvan büdcəsinin cəmi 22 faizinin yerli gəlirlər hesabına formalaşmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən bildirib ki, “Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir: “Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin. Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir. Aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artıb. Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Bu əlavə 800 milyon manat sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da artıraq, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin büdcəsinə baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin artırılması, eyni zamanda, ümumi büdcədə yerli gəlirlərin faizinin artırılması üçün əlavə addımlar atılmalıdır”.

Qeyd edək ki, İran və Türkiyə ilə sərhəddə yerləşən Naxçıvanın Bakının 78 faiz Bakının dotasiyası hesabına yaşaması heç də adi hal kimi qıbul oluna bilməz. Xüsusən neft erasının yaşandığı dönəmdə Naxçıvanda istehsal sahələrinin açılmaması da maraqlı nüanslardan biri hesab olunmalıdır.

Muxtar Respublikanın iqtisadiyyatın bu günə qədər dotasiya üzərində formalaşmasının və Azərbaycanın Naxçıvana istehsal sərmayələri qoymamasını hansı iqtisadi və siyasi səbəblərlə əlqələndirmək olar?

Bu mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Naxçıvanın potensialının açılması üçün xüsusi bir yol xəritəsinin yaradılmasına ehtiyac yaranıb”.

Muxtar Respublikanın iqtisadiyyatının bu günə qədər dotasiya üzərində formalaşmasının obyektiv səbəbləri olduğunu vurğulayan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, Naxçıvan Ermənistanın təcavüzü nəticəsində uzun zaman blokada şəraitində qaldı. Yəni Naxçıvanın Azərbaycanla birbaşa yer üstü əlaqələri yoxdur. Bunun nəticəsində də Naxçıvanın iqtisadi potensialının açılmasında ciddi obyektiv maneələr yarandı:

“Naxçıvan kimi bir strateji bölgədə, rəsmi əhalisi az qala 400 mindən yuxarı olan bölgədə 383 milyon manatlıq büdcənin 300 milyonunu Bakıdan dotasiya alması ümumilikdə qəbul olunan vəziyyət deyil. Naxçıvanın potensialını kifayət qədər açmağa imkanlar və fürsətlər var. Çünki həm İran, həm də Türkiyə ilə ticarət əlaqələrinin daha da genişləndirilməsi imkanları var.

Muxtar Respublikanın iqtisadiyyatının bu günə qədər dotasiya üzərində formalaşmasının obyektiv səbəbləri də var. Bildiyimiz kimi Naxçıvan Ermənistanın təcavüzü nəticəsində uzun zaman blokada şəraitində qaldı. Yəni Naxçıvanın Azərbaycanla birbaşa yer üstü əlaqələri yoxdur. Bunun nəticəsində də Naxçıvanın iqtisadi potensialının açılmasında ciddi obyektiv maneələr yarandı.

Amma Naxçıvanın özünün həm istehsal potensialının, həm ixracat potensialının artırılmasının kifayət qədər imkanları var. Həmçinin həm idarəetmənin yenidən gözdən keçirilməsinə, həm də yeni müəssisələrin yaradılması üçün ən azından Türkiyə və İran investrları ilə rahat əməkdaşlıq edilməsinə, ümumiyyətlə yatırımların iqtisadi səmərəliliyinin öncədən hesablanmasına ehtiyac var.


Natiq Cəfərli: “Naxçıvan Muxtar Respublikası kimi bir ölkənin öz daxili imkanları hesabına dövlət büdcəsinə cəmi 83 milyon manat vəsait toplaması qəbul olunan məsələ deyil”.

Onu da qeyd edim ki, çox pis “Naz Liefe” örnəyi var. Hansı ki, onlar avtomabillərin yığılması ilə məşğul olurdu və heç bir istehsaldan söhbət getmirdi. Bunun nəticəsində də demək olar ki, istehsal dayandı. Buna görə də heç bir iqtisadi əsaslar olmadan yatırımların edilməsinə ehtiyac yoxdur.
Naxçıvanın potensialının açılması üçün xüsusi bir yol xəritəsinin yaradılmasına ehtiyac yaranıb. Türkiyə və İranın Naxçıvanda hansı sahələrə investisiya yatırmalarını öyrənərək həmin sahələr üçün münbit şərait yaratmaq lazımdır. Bu münbit şərait nəticəsində də yeni istehsalat sahələrinin, yeni iş yerlərinin sayını artırmaq olar.

Təbii ki, Naxçıvanın indiki vəziyyəti məqbul deyil. Naxçıvan Muxtar Respublikası kimi bir ölkənin öz daxili imkanları hesabına dövlət büdcəsinə cəmi 83 milyon manat vəsait toplaması qəbul olunan məsələ deyil. Çünki 83 milyonun da böyük bir hissəsini Naxçıvanda fəaliyyət göstərən dövlət və hökumət orqanlarında çalışan insanların gəlir vergisi təşkil edir. Burada da biznesin payı çox aşağıdır. Bu vəziyyəti dəyişməyin yolları axtarılıb tapılmalıdır”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar