Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əhalinin artıq pul ödəməməsi üçün dövlət bu sahəyə subsidiyalar verməlidir” – Nazir müavini

“Bu gün ənənəvi elektrik stansiyalarına qoyulan investisiyaları tamamilə alternativ və bərpaolunan enerji mənbələrinə yönəltsək həmin effekti ala bilmərik. Üstəlik, bu, ölkədə elektrik enerjisinin qiymətinin artmasına gətirib çıxarar”...

Bunu “Report”a açıqlamasında Energetika nazirinin müavini Elnur Soltanov deyib.

“Ən mühafizəkar hesablamalara görə, enerji istehsalı potensialımız pik vaxtlarda belə tələbatımızdan azı 10% çoxdur. Bu da çox yaxşı göstəricidir. Yəni, Azərbaycan özünü enerji təhlükəsizliyi baxımından “güvənli sular”da hiss edə bilər. Çox etibarlı bir nöqtədəyik. Artıq liberallaşma üçün əla zəmin yaranıb. Təhlükəsizlik məsələsi həll olunduğuna görə, bu təhlükəsiz mühitdən daha çox səmərə əldə etməyə fokuslanmalıyıq.

Alternativ və bərpa olunan enerji istehsalına gəlincə isə burada problem ondan ibarətdir ki, onun qiyməti hələ də ənənəvi enerjidən yüksəkdir. O cümlədən də Azərbaycanda. Məsələn, hazırda Avropa ölkələrində ənənəvi yolla istehsal edilən 1 kVt/saat elektrik enerjisinin maya dəyəri orta hesabla 35 qəpik, Azərbaycanda isə 8 qəpikdir. Ölkəmizdə alternativ enerjinin maya dəyəri isə 10-12 qəpikdir. Bu fərqlə enerjini əhaliyə transfer etsək sosial çətinliklər ortaya çıxa bilər. Əhalinin artıq pul ödəməməsi üçün dövlət bu sahəyə subsidiyalar verməlidir”, – o bildirib.

Nazir müavini ayrılan subsidiyaların alternativ enerjiyə yönəldilməsi imkanlarına da münasibət bildirib: “Deyilə bilər ki, subsidiyanı ənənəvi sektora yox, məhz bərpaolunan sektora yönləndirək. Amma mənə elə gəlir, bu sahədə çox ciddi addımlar atılmaqdadır. Bilirsiniz ki, Nazirliyimiz artıq 10-a yaxın təşkilatla anlaşma memorandumu imzalayıb və danışıqlar gedir. Qiymətləri də kifayət qədər optimal səviyyəyə endirməyi bacarmışıq. Bu sahədə də işlər gedir. Mən deməzdim ki, bizim ənənəvi enerji sahəsində atdığımız addımlar bərpa olunan enerji sahəsində atdığımız addımları əngəlləyir. İşlər bütün sürəti ilə davam edir. Müəyyən məsələlər var, onların da başında qiymət məsələsi dayanır. Yeni mənbədən elektrik enerjisini almaq asandır, amma əsas məsələ həmin fərqi kim ödəyəcək. Əlbəttə ki, dövlətə də yeni subsidiyaların yüklənməsi istənilməzdir. Həmçinin əhali üçün də məqbul bir hal olmaz. Biz Azərbaycana töhfə verərkən qiymət artımı onun tərkib hissəsi olmamalıdır. Yəni yaranan məsələlər bundan ibarətdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar