Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Alnına silah dirəyib deyirlər ki, axmaqla, o da danışır" - Paşinyan əsir götürülüb

Bunu “VETO” erməni ictimai-siyasi hərəkatının rəhbəri Narek Malyan deyib...

“Nikol Paşinyan əsir götürülüb. Sorosçular əsir götürüblər. Onlar baş nazirə öz iradələrini diktə edir və onu cəfəngiyyat danışmağa vadar edirlər”.

Bunu “VETO” erməni ictimai-siyasi hərəkatının rəhbəri Narek Malyan Facebook-da canlı yayımda deyib.

Baş nazirin erməni transgender- ağırlıqqaldıran Mel Daluzyanla bağlı dediyi “o mənim şəxsi nəzarətim altındadır” sözlərinə münasibət bildirən Narek Malyan bildirib: "...Paşinyanın Daluzyanı kimdən qoruduğu sual doğurur, çünki heç kimin onunla problemi yoxdur. Bütün bunları nəzərə alaraq, Paşinyanın əsir götürüldüyü qənaətinə gəldik. Sorosçular əsir götürüblər. Öz iradələrini baş nazirə diktə edir və onu cəfəngiyyat danışmağa məcbur edirlər. Məsələn, “Daluzyanı öz himayənə götür və məqsədəuyğun olmayan mənasız şeylər söylə”. Nikol Paşinyanı anti-milli gündəliyin icra mərhələsinə girməyə məcbur edirlər”.

O, həmçinin bildirib ki, noyabrın 20-də Açıq Cəmiyyət Fondu ofisinin qarşısında "Nikol Paşinyana azadlıq" şüarı altında aksiya keçiriləcək: "Biz onun sərbəst buraxılmasını tələb edəcəyik. Çünki hesab edirik ki, baş naziri Sorosun, xarici kəşfiyyat şəbəkəsinin caynağından qurtarmaq lazımdır. Biz hesab edirik ki, ayıq, adekvat bir insan bu cür açıqlamalar verə bilməz. Sadəcə alnına silah dirəyir və deyirlər ki, axmaqla, o da danışır”. (Virtualaz.org)

pia.az

 


Etiket: Nikol Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar